Saturday 16 February 2019

Dünya müharibəsindən soyuq müharibəyə



İkinci Dünya Müharibəsi Sovet əsgərlərinin Berlinə girməsi ilə sona çatmışdı. Reyxstaq binasında dalğalanan qızıl bayraq bunu söyləyirdi ən azından. 9 may 1945-ci il faşizmə qarşı qələbənin elan edildiyi gündür.

Amma uzun müddət müharibənin sahilində duran və dincəlmiş gücləri ilə son anda müharibəyə girən ABŞ üçün müharibə hələ bitməmişdi. Qarışdırılıb dağılan kartlar və yeni dünya tarazlıqları arasında Amerikanın super güc olaraq çıxması üçün böyük həmləyə daha ehtiyac vardı: Atom bombası!

Əslində Hitlerin fizikləri atom bombası işlərinə çox öncədən başlamışdılar. Nə var ki, fürerin bu böyük xəyalı reallaşmadı. Amerika kəşfiyyatı tərəfindən təqibə alınan Almaniyadakı atom araşdırmalarına qarşı “Manhattan proyekti” yaradıldı. Bu prosesdə Hitler zülmündən qaçan Albert Eynşteyn və bir sıra elm insanı da Amerikadakı atom işlərinə daxil edildilər. Manhattan proyektinə təxminən 200 min insan qatılmışdı.

Amerika səhralarında və açıq dənizlərdə reallaşan atom sınaqları nəhayət sona çatdığında ABŞ böyük silah gücünü əldə etmişdi. “Fat Man” və “Little Boy” dünyaya gücünü göstərmək üçün artıq hazırdı. Militarist Yaponiya rəhbərliyinin ərköyünlüyü və Pörl Harbor hücumu isə bombardman əmrini vermək üçün tapılmaz fürsətdi.

Amerikalılar ilk atom bombasını (Little boy) Hiroşimanın təpəsinə buraxdıqlarında tarix 6 avqust 1945-ci ildi.

Ölənlərdən geriyə kölgələrin, yaşayanlardan geriyə isə çeşid xəstəlik və atom kataraktının qaldığı bu vəhşi qətliamının tarixdə tayı-bərabəri yoxdu. Qırmızıya çalan atəş topu bəyaza bürünərək göyə yüksəlir, ondan yaylan yüksək təzyiq və istilik önünə gələn hər nəsnəni qovururdu. Hiroşima yerlə bir olarkən 140 min insan həyatını itirdi. Sonrakı illərdə ölənləri sayı daha da artdı.

İlk partlayışla şok olan yaponlar ABŞ üçün sadəcə düşmən və sıçrama taxtası idi. Sivillər Ağ Sarayın vecinə deyil deyildi və baş qərargahdakı xəritədə 17 şəhərin vurulacağı yazırdı.

Sadəcə 3 gün sonra (9 avqust 1945) yaponlar hələ acılarını sara bilmədən 2-ci bomba yola çıxarıldı. Yaşanan bir sürü çatışmazlıq səbəbi ilə atom bombası daşıyan təyyarə Naqasakiyə atıldı. 5 ton ağırlığındakı “Fat Man” 70 min can aldı. Bombardmandan yaralı qurtulan insanların görünütüsü qorxuncudu. “Hibakuşa” adı verilən bu insanların önəmli bölümü zaman içində öləcək, onların uşaqları və nəvə-nəticələri isə iflic olacaqdı.

Amerika militarizmi əsgərlərini bir ruh xəstəsi olaraq yetişdirmişdi. Belə ki, məsul ekipaj Hiroşimaya atılacaq bombanın üstünə “Sizə bir hədiyyə” deyə yaza bilmişdi! Naqasakiyə atılan bombanın üstündə də “Hirihotoya (yapon imperatoru) 2-ci öpücük” deyə yazırdı.

Yaponiya 3-cü bombaya ehtiyac qalmadan təslim bayrağını çəkdi. İmperator Hirohoto radiodan xalqa təslim olduqlarını açıqlarkən ABŞ prezidenti Harri Trumen “atom bombasının almanlardan öncə kəşf edilmiş olması insanlığı qurtarmağa yönəlik çox önəmli qəlıbədir” demişdi. Trumen ABŞ-ın qələbəsini insanlığın qələbəsi olaraq makiyajlayıb elan etmiş, beləcə Sovetlərin Hitler faşizminə qarşı elan etdiyi 9 may qələbəsini də oğurlamaq istəmişdi.

Hitler ordularının yenilməsindən daha çox Sovetlərindən qələbəsindən narahat olan Çörçill də düzü yaponları qovuran atom bombasından çox məmnundu. Bir bəyanında bunları söyləyəcəkdi: “Rus barbarlığı Avropanın köklü dövlətlərinin mədəni və azadlğını ciddi şəkildə təhdid edəcək səviyyəyə gəldi bə bu təhdid müharibədən dərhal sonra İran, İraq, Türkiyə və Yunanıstanın Qızıl Ordu tərəfindən işğal edilməsi ilə bambaşqa miqyas qazana bilərdi” Berlinə çəkilən qızıl bayrağın əslində Londonun, Parisin qəlbinə sancılmış bayraq olduğunu söyləməkdən çəkinməyən Çörçill atom bombaları ilə əldə edilən qələbənin öz qələbəsi olaraq qeyd etmişdi.

Hiroşima və Naqasaki İkinci Dünya Müharibəsindən ayrıla bilməzdi. Müharibənin bitdiyi yerdə havalanan atom bombaları xalqların faşizmə qarşı əldə etdiyi qələbənin üzərinə də bir gənə kimi yapışmışdı. Eynən müharibənin finalına sonradan yapışması kimi ABŞ tərəfindən atılan atom bombaları da daha böyük müharibənin önünü açmışdı. SOYUQ MÜHARİBƏ!

Bunu göstərən ən real sözlər bəlkə də ingilis fizik P. M. S. Bleykettə aiddir. Hiroşimadan 3 il sonra, 1948-ci ildə belə demişdi: “Təhlillərimizin sonunda bombanın 6 avqustda çox təcili qərarla atılmasının heç bir hərbi səbəbi olmadığını görürük. Amma siyasi səbəbin varlığın açıq görə bilirik. Bu, daha çox müharibə sonrasındakı dünyada qüvvələr tarazlığını müəyyənləşdirməyə yönəlik edilmiş hücumdur. Atom bombasınnın atılması İkinci Dünya Müharibəsinin son hərbi hərəkətı deyil, Sovetlər ilə indi inkişaf etməkdə olan Soyuq müharibənin ilk hərəkəti olmuşdu.”

Qısacası, “Soyuq müharibə”ni başladanın SSRİ olduğunu düşünənlər yanılmışdı. Əksinə bunun nə qədər strateji həmlə olduğu Hiroşima və Naqasakidə sübut olunmuşdu! Həmən arxasınca gələn “Trumen doktrinası” isə soyuq müharibənin istisadi təməllərini atacaqdı.

Bütün bu proses müxaliflərin hədəfə qonduğu “cadigər ovu”na çevriləcək və müharibəyə qarşı çıxanlar xainliklə, SSRİ agenti olmaqla günahlandırılacaqdı. Məsələn, amerikalı kommunist Yulius və Etel Rozenberqlər 1950-ci ildə atom sirlərini ruslara vermək iddiası ilə həbs ediləcək və günahsız yerə elektriklik kürsüdə edama göndəriləcəkdilər.


Li Martin, Linda Loson, Pola Harris...Bu adlar Amerikanın atom gözəlləriydi! Hiroşimada test edilən atom gücü Amerika səhralarında etdiyi sınaqlarla gücləndirən ABŞ imperializmi yeni kültür ikonlarına ehtiyac duyurdu.

1950-ci illər boyu Nevada mərkəzli təşkil olunan atom festivalları və keçid mərasimlərində həmişə bu gözəllər boy göstərdi. Nə də olsa atom bombası əldə edildi və onun gücü ən gözəl qadın bədəni üzərində təmsil edilə bilərdi. Toplum belə çılğınlığın astanasına gətirilmədən ictimaiyyətdən atom bombası vizası alına bilməzdi.


1950-ci illər boyu başında, göbəyində atom bulud makletləri ilə boy verən atom gözəlləri Hiroşimaya edilən bəlkə də ən böyük küfürdü. Çünki o vaxtlar Hiroşimanın da gözəlləri vardı və bu gözəllər daxili-xarici orqanları yanaraq bir-birinə qarışmış, göz bəbəkləri atom bombasının işığında qovrulmuş “hibakuşa uşaqları” idi.

Amerika televizorları atom çılğınlığını bikinili qadınlarla bazarlayarkən Nazim Hikmət Hiroşima-Naqasaki qızlarının fəryadlarını bütün dünyaya çatdırır:

Bir kız vardı Japonya’da
ufacık, tefecik bir kız,
Bir bulut vardı dünyada
işi: öldürmekti yalnız.

Bu bulut bu kızcağızın
öldürdü nineciğini,
külünü göğe savurdu,
sonra, yine apansızın
gelip babasını vurdu,
sonra da kızın kendisini.
Ve doymadı ve doymadı
yeni kurbanlar arıyor.
Atom ölümüdür adı,
karanlıkta bağırıyor.

Büyük bir birlik kuralım,
canavarı susturalım.
Savaş cengine gidelim,
canavarı yok edelim.

0 comments :

Post a Comment