Friday 15 February 2019

İnsan zooparkları


İnsan zooparkları 1950-ci illərə qədər Avropanın ən utancverici sirlərindən biridir. Dünyanın 4 bir yanından gətirilən insanlar heyvanlarla bərabər qəfəslərə qapadılıb sərgilənirdi və ziyarətçi sayları da olduqca çox idi.

1880-ci illərin sonlarından ən son görülən 1958-ci ilə qədər Avropada dünyanın 4 bir yanından gətirilən yerlilərin “insan zooparkı” adı verilən yerlərdə sərgilənməsi çox məşhur idi.

Afrikalılar, qızıldərililər, aborigenlər kimi topluluqlardan həbs edilən insanlar qollarından tutulub Avropaya gətiirilr və qəfəs içində, tel hörgülər arxasına həbs edilərək avropalı insanlara sərgilənirdi. Ən çox diqqəti afrikalılar çəkirdi.

Bu qədər çox diqqət görən insan zooparkları bir müddət sonra Şimali Amerika da dəstək verərək bu karvana qatıldı.

Sərgilənən bu yerlilərin özəlliklə özləri tərəfindən meymunlarla bağları olduğunu aşağılayıcı iddialar üçün qucaqlarına meymun verilərək poz verməyə məcbur buraxılırdılar.

Bütün bu sərgilənənlər arasında bəlkə də ən çox aşağılananı Ota Benqa adlı piqme bir yerli olmuşdu.

Ota Benqa ağıllara durğunluq verən bir hekayəyə sahibdir. Adı yerli dildə “dost” anlamına gələn Konqoda piqme topluluqda yaşayan bir yerli idi. Bir gün çıxdığı ovdan kəndinə qayıtdığında həyat yoldaşının və 2 uşağının, qəbiləsinin çoxu ilə birlikdə öldürüldüyünü gördü.
Bu vəhşəti törədən amerikalılar sanki marketdən alacaqlarının siyahısı ilə gəlmiş kimi idilər. İstədikləri bir ədəd piqme şefi, şefin arvadı, 1 yetkin kişi, bir yetkin qadın, 1 evlənməmiş gənc qadın, 2 uşaq, 1 qadın rahib, 1 kişi rahib (və ya tibb doktoru), mümkünsə yaşlı. Bu sayılanların hamısı piqme olacaq.

Ota Benqa və digər məhbuslar 1904-cu ildə amerikalılar tərəfindən sərgilənəcəkləri qəfəslərə götürüldülər. Ota Benqa digərlərinə görə daha dost canlı idi və dişlərinin sivriliyindən ötrü digərlərindən ayrılırdı. İnsanlara tanıdılarkən “düşük səviyyəli insan” deyə təqdim edilirdi.
Ziyarətə gələnlər Ota Benqanın özünü görmək üçün 25 sent, dişlərini görmək üçün əlavə 5 sent ödəyirdilər. Aşağıanma elə qorxunc səviyyəyə yüksəldi ki, amerikalılar onu 1906-ci ildə Bronx zooparkında meymun və oranqutanlarla eyni qəfədə atdılar.

Ota Benqanın olduğu qəfəsin önündə yazılanlar ağıllara durğunluq verirdi. Sanki heyvanı tanıdır kimi:
Afrika piqmesi, “Ota Benqa”
Yaş: 23 il
Boy: 1,49 metr
Ağırlıq: 46 kq
Kasai çayı, Konqo, cənub-orta Afrikadan.
Dr. Samuel P. Verner tərəfindən gətirilid.
Sentyabr boyunca hər nahardan sonra sərgilənəcək.


İnsanların sərgiləndiyi bu yerlərdə çalışanlar, özəlliklə zənci məsullar bu duruma qarşı çıxmağa başladılar.

Qısa müddətdə ziyarətçi rekordu qıran zoopark rəhbərliyi digər tərəfdən insan haqları müdafiəçilərinin artan təzyiqlərinə dözə bilmədi və Ota Benqanı bir müddət sonra sərbəst buraxdı. Benqa daha sonra mədəniləşdirmə adı altında müxtəlif təzyiqlərə məcbur buraxıldı. Dişlərini doldurulub Amerika tərzi geyimlər geydirildi. İngilizcə öyrədilərək tütün fabrikində bir iş verild. Yaşadıqlarının izlərini heç vaxt silə bilmədi və 10 mart 1916-ci ildə 32 yaşında ikən tapança ilə özünü qəlbindən vuraraq intihar etdi.


1880-ci illərin sonları, 1900-cü illərin əvvələrində sadəcə ABŞ-da deyil, Avropanın Paris, Amsterdam, Hamburq, London, Brüksel kimi önəmli mərkəzləri Avstraliya aborigenləri, Afrika zənciləri, Filippin iqorotları və Amerika qızıldərililərinin sərgiləndiyi çox sayda “insan zooparkı”na ev sahibliyi etdi.


1889-cü ildə Parisdə “Dünya sərgisi”ndə 400 aborigen və afrikalı yarı-çılpaq halda qəfəslərə qapadılaraq sərgiləndi. Bu sərgini tam 18 milyon insan ziyarət etdi. 1931-ci ildə yenə Parisdə təşkil olunan və sadəcə 6 ay açıq qalan sərgi 28 milyon insan tərəfindən gəzildi. Üstəlik bunların 9 milyonu başqa ölkələrdən gələn insanlar təşkil edirdi.

1958-ci ildə müharibədən sonra ilk “sərgi”yə ev sahibliyi edən Brüsseldə bir Konqo kəndi sərgiləndi və Avropa Birliyini təməli olan Avropa İqtisadi Birliyinin qurulduğu o il tam 41 milyon insan “təkamülünü tamamlamamış afrikalılar”ı görmək üçün o sərgiyə axın etdi.

İnsanların yaaratdığı bu vəhşilik İkinci Dünya Müharibəsindən sonra azaldı və qalan son insan zooparkı 1958-ci ildə Belçikada bağlandı.

İkinci Dünya Müharibəsindən sonra insan zooparkı qavram yox olsa da, Avropanın qüsurlu keçmişinin narahat edici irqçilik hekayəsi olaraq yaddaşlarda yer almağa davam edir.

0 comments :

Post a Comment