Thursday 22 November 2018

Yox edilən irq: Aynular


Yaponiyanın şimalında yer alan Hokkaydo adası, Kuril adaları və Saxalin yerlisi, bəyaz irqdən etnik topluluq olan Aynuların keçmişi eramızdan əvvələ uzaqmaqdadır.

Aynu (Aynu dilində "insan" deməkdir) kəlməsi Yaponiyada uzun zaman etnik həqarət olaraq işləndiyi üçün hələ bəzi aynular özlərinə Utari (yoldaş) deməyi tərcih etməkdədir.

Qədim yapon mənbələri aynuları bəyaz cildli, açıq rəng gözlü, olduqca tüklü və ayıya ibadət edən topluluq olaraq göstərməkdədir. Yenə eyni mənbələrə görə aynu qadınları dodaqlarının üstünə bıyıq oxşarı şəkillər çəkməkdə idilər.  Antropoloji özəlliklərində və ayı kultundan dolayı bəzi elm adamları aynuların atalarının ruslar ola biləcəyi istiqamətində tezislər irəli sürmüşdülər. 

Aynu mədəniyyəti e.ə. 1200-cü illərə qədər uzanmaqdadır. Ən son araşdırmaların nəticələrinə görə Oxotsk və Satsumo mədəniyyyətinin birləşməsi ilə meydana gəlmişdi. İqtisadiyyatları ovçuluq, balıqçılıq və yığıcılığa söykənməkdədir. Şimala doğru hərəkət edən yapon məskunlaşdırma və ictimailəşdirmə hərəkatlarına qarşı bir neçə üsyan xaricində (1457, 1669, 1789) əsasən daha da şimala doğru çəkilərəl cavab verməyi seçən aynular XIX əsrin sonlarında Meydzi dövrünə qədər Edzo (Hokkaydo) adasında izafi azadlıq içində  yaşamağa davam etdilər.

Rusiya və Yaponiya sülalələri arasında imperial mübarizənin bir ayağı olaraq görülən Edzo adası Meydzi sülaləsi tərəfindən koloniyalaşdırıldı. Adanın adını Hokkaydoya təbdil edilməsi də bu perioda dəng gəlməkdədir. Rəsmi assimilyasiya siyasəti və Yaponiya əhalisinin adaya endemik olmayan xəstəlikləri və kolonizasiyanın yerli əhali üzərindəki təzyiqi səbəbi ilə Aynu əhalisi ciddi şəkildə azaldı. 1899-cu ildə milli yapon kimliyi yaratmaq məqsədilə həyata keçirilən siyasətlərə dəstək mahiyyətində Aynuları assimilyasiya etmək məqsədi ilə onları aborigen elan edan qanun parlamentdən keçdi. Yaponiya nəhayət 6 aprel 2006-cı ildə aynu əhalisini rəsmən yerli qrup olaraq qəbul etdi.

Günümüzdə aynu dil ailəsinin təsbiti xüsusunda filoloqlar ortq hökmə vara bilməmişdilər. 1991-ci ildə dili Yaponiyada axıcı şəkildə danışa bilən sadəcə 15 şəxs qeydə alınmışdı. Yaponiyadakı əhalinin əksəriyyəti öz üzvləri tərəfindən də irqçilik və ayrı-seçkiliyə tabe olmamaq üçün yaponlarla evlənməyə təşviq edildiyindən bugün saf ayni millətindən danışmaq o qədər də mümkün görünməməkdədir.Rusiyadakı əhalinin bir qismi də ənənəvi dinləri olan animizmdən uzaqlaşıb rus ortodoks kilsəsinə daxil olmuşdu.

0 comments :

Post a Comment