Tuesday 20 November 2018

Lourens Alma-Tadema "Helioqabalın gülləri"


Helioqabal 218-222-ci illər arasında 4 il boyunca Roma imperiyasını idarə etmiş və 18 yaşında öldürülmüş hökmdardır. Gənc yaşına və çox qısa sürən imperatorluğuna rəğmən maraqlı xarakteri və qeyri-adi hökmranlığı ilə tarixdə önəmli yer tutmağı bacarmışdı.

Ən mübahisəli Roma imperatorlarından biri olan Helioqabal səltənəti sırasında Romanın dini ənənələrini və mövcud cinsi tabuları ciddi ölçüdə görməzdən gəlmişdi. Roma pateonundakı baş tanrı Yupiteri belə özünün ibadət etdiyi Semitik tanrı El-Qabal ilə dəyişdirən imperator Roma hakimiyyəti üzvlərini belə bu yeni tanrıya ibadət ayinlərinə məcbur etmişdi. Anası və nənəsini Roma senatına qəbul etdirərək senatdakı ilk qadınlar olmasını təmin etməsi, nizama olan aldırmazlığı arxa plandakı anası və nənəsinin onu necə idarə etdiyinin göstəricilərindəndir.

Helioqabal siyasi şəxsiyyəti xaricində cinsi meyli ilə də olduqca səs gətirmiş imperatordur. 18 illik həyatında 5 fərqli qadınla evlənib boşanmış olan imperatorun arvadlarından biri də bakirə qalmalı olan (əks təqdirdə diri-diri gömüləcək) Vesta rahibələrindən biridir. Bu qalmaqallı evliliyin yanında Helioqabalın bir çox kişi ilə əlaqəsi olduğu, qadın geyimləri ilə gəzdiyi və özünü bir qadına çevirə biləcək həkimlərə yüklü məbləğlər təklif etdiyi dedi-qodular arasındadır. Helioqabalın qeyri-adi şəxsiyyəti ilə birlikdə şişirtmədən xoşlanması, qəribəlikləri və bədxərcliyi ilə imperiyanın çürüyüb pozulmasına ciddi anlamda kömək etdiyi düşünülür.

İmperatorun bu bədxərc və şişirdilmiş təbiətinə dair danışılan bir çox hekayə mövcuddur. Bunlardan biri sarayındakı qonaqlarını (daha çox sarayın nemətlərindən faydalananları) verdiyi ziyafətdə yuxarıdan açılan bir örtükdən aşağı tökülən bənövşə yığını içində buraxıb boğaraq öldürməsidir.
Helioqabalın şəxsi zövqü üçün insanların ölümünə səbəb olduğu bu əfsanəvi hərəkəti ingilis rəssam Alma-Tademanın əsərində vizuallıq qazanmışdı. Alma-Tadema əsərdə hekayənin əsl halındakı bənövşə yerinə qızılgülləri tərcih etmişdi. Aylar boyunca mövsüm xarici olmasına rəğmən fransız Rivyerasından Londondakı atelyesinə güllər gətirdən rəssam əsərdəki gül ləçəklərinin realist görüntüsünü əldə etməyə çalışmışdı.


Əsərin geri planında bir balkonda geniş yataqlara uzanan zədagənlər görünür. Roma adətlərinə görə yataraq yeyib içən zədagənlər yataqlara uzanmış ön planda yaşanan qarışıqlıq anını izləməkdə və ləzzət almaqdadırlar. Sol tərəfdə qızıl rəngli donu, başındakı incə tacı və qulağının arxasındakı çiçəklə görünən fiqur Helioqabala aiddir. Həyəcan və narahatlıqdan yoxsul biçimdə hüzurla həmən önündə yaşananları izləyən imperator bir yandan da içkisini qurtumlamaqdadır. Ehtimalla anası və nənəsini də özündə cəmləşdirən, başlarında çələnglər olan digər zədagənlər yanındakı digər yataqlara uzanmış əyləncə içində insanların yuxarıdan tökülən ləçəkləri altında mübarizəsini izləməkdədirlər.


Bu zadəgən atmosferə yoldaşlıq edəcək musiqini isə arxa planda görülən gənc qadın çaldığı “aulos” deyilən ikili-qaval ilə ifa etməkdədir. Bu gənc qadının geyimi üzərinə bağlanmış leopard naxışlı post Roma şərab tanrısı Vakxa (yunan mifologiyasında Dionis) dair işarədir. Simvolu leopard olan Vakxa ibadət edən insanlar (özəlliklə qadınlar) əyləncəyə və sərxoşluğa düşkünlükləri ilə tanınırlar. Vakxant olaraq adlandırılan bu qadınların özlərindən keçərək musiqi çalmaları, rəqs etmələri və cinsi faəliyyətlər içində yer almaları bilinən ən tipik özəllikləridir
.

Ayrıca arxa planda ortada görünən bürünc heykəl yenə Vakxın heykəlidir və ilhamlanan orijinalı “Ludovisi Dionysus” olaraq adlandırılan mərmər heykəldir. Ortamdakı Vakxa dair bu çağırışlar Helioqabalın zövq düşkünü, şişirdilmiş, kontrolsuz və əyləncəli təbiətini vurğulamaq üçündür.


Ön planda solda görünən mələfə kimi qumaşın ucunda ilmək görünür. Bu ilməyin taxılı olduğu asqıdan çıxarıldığı və dolayısı ilə üzərində olan kilolarla ağırlıqda gül ləçəklərinin qonaqlar üzərinə boşaldıldığı anlaşılır. Yuxarıdan böyük qismi tökülmüş olan gül ləçəkləri sol hissədəki qonaqların üzərini örtmüş olsa da, bəzi qonaqlar ləçəklərin altından çıxmağı bacarmışdılar. Qonaqların ləçəklər arasında çapalaması bir ölüm-qalım məsələsindən çox bir əyləncə kimi göstərən Alma-Tadema əsərə şeirvari dad qatmışdı.

Akademik incəsənətin İngiltərədəki ən məşhur təmsilçilərindən olan rəssam əsərin böyük qismini əhatələyən çəhrayının onlarla tonundakı gül ləçəklərinin gerçəkliyi ilə göz qamaşdırıcı mənzərə əldə etmişdi. Eyni zamanda mərmər kolonlar, yastıqlar, örtüklər və qumaşlardakı toxumaları rəsmetmədə göstərdiyi diqqət də akademizmin vizual uğurunu ortaya quyur.


0 comments :

Post a Comment