Sunday 25 November 2018

Şri-Lanka müsəlmanlarının müstəmləkə təhsilinə etirazları və inkişaf edən təhsil prosesləri


Təxminən 22 milyon əhalisi olan Şri Lankanın 75%-ni buddist sinhallar, 11%-ni hindu tamillər, 10%-ni müsəlmanlar, geridə qalan 4%-ni isə fərqli etnik kimliklərə mənsub xristianlar təşkil edir.

2016-cı il rəqəmlərinə görə Şri-Lankada 10.162 məktəb və 4.143.330 şagird var. Ölkədə toplam 11 universitet va. Şri-Lankada Milli Təhsil Nazirliyi altında “Müsəlman məktəblərinin inkişaf şöbəsi” adlı ayrı şöbə var. Bu şöbənin vəzifələri arasında müsəlman məktəblərinin təqvimini hazırlamaq, bu məktəblərdəki məmurlara öyrətmək, məktəbləri təhsil materialları ilə təmin etmək, məktəblərin şərtlərini yaxşılaşdırmaq, dəyərləndirmə proqramları hazırlamaq, ölkənin şərq bölgəsində keçmişdəki daxili qarışıqlıqlar səbəbi ilə zərər görən müsəlman məktəblərini yenidən inşa etmək, müsəlman məktəblərində Mövlidi-Nəbi bayram proqramları təşkil etmək, ərəb dili tədrisini təşviq edən proqramlar hazırlamaq, təhsillərini yarıda buraxmış qız şagirdlərin məktəbə qayıtmalarını təmin etmək kimi mövzular var.

Şri-Lankadakı 2 milyon müsəlman əhalinin böyük əksəriyyəti tamil mənşəlidir. Ayrıca ölkədə VII əsrdə bölgəyə gələn ərəb tacirlərin və ingilis müstəmləkəsi illərində işçi olaraq ölkəyə gətirilən malayların soyundan gələn müsəlman kəsim daha var. Şri-Lanka təhsilə böyük önəm verən ölkədir. Təhsilin toplumun bütün kəsimləri üçün məcburi olduğu ölkədə oxuma-yazma faizi 95%-dir. Buradakı müsəlmanlar Asiyadakı digər müsəlman topluluqlarla müqayisədə ən yüksək oxuma-yazma faizinə sahibdirlər. Şri-Lankada məktəbə başlama yaşı 5-dir. Müsəlmanlar da daxil dövlət məktəblərindəki bütün şagirdlərin kitab və forma xərcləri dövlət tərəfindən qarşılanmaqdadır. Müsəlmanlar istər mədrəsə, istər dövlət məktəbi statusundakı İslam məktəblərində oxusunlar, bu təhsil prosesini tamamlamaq məcburiyyətindədirlər.

Ölkənin ən məşhur İslam kolleci olan “Zahira” Misirdən dövrün ingilis müstəmləkə idarəsi boyunduruğundakı hökümətə müxalifliyi nəticəsində buraya sürgün edilən Əhməd Orabi-ölkədə bilinən adı ilə Orabi Paşa-tərəfindən qurulmuşdu. Orabi Paşa ingilis idarəsinin özünü 1882-ci ildə Şri-Lankaya sürgün etməsindən sonra sürgündə olduğu illər boyu buradakı müsəlmanları təhsil baxımından inkişaf etdirmək üçün çalışmışdı. Bölgənin irəli gələn müsəlmanları uşaqlarını ingilis missioner məktəblərinə göndərməməkdə dirəndiklərindən alternativ məktəblər qurmaq planları qurmuşdular. Orabi Paşa da  bu cəhdləri dəstəkləmiş və ölkədəki ilk müsəlman məktəb olan “Zahira” kollecinin açılmasına ön ayaq olmuşdu. Sürgün həyatı boyunca yaşadığı ev günümüzdə “Orabi Paşa mədəniyyət mərkəzi” olaraq istifadə edilməkdədir.

“Zahira” ilk olaraq 1894-cü ildə “Maradana Mohammedan Boys’ School” adı ilə qurulmuşdu. Bu tərz məktəblərin yayğınlaşması ilə birlikdə bölgədə bütün digər müsəlman coğrafiyasında olduğu kimi müasir təhsilə intibah başlamış, beləcə ənənəvi təhsillə müasir təhsil arasındakı ayrım da dəqiqləşmişdi.

Şri-Lankadakı müsəlmanlar hər zaman müasir və ənənəvi təhsil harmoniyasının dövrün problemlərini həll edə biləcəyini müdafiə etmişdilər. Bu anlayışla qurulan “Zahira” kollecləri özəlliklə 1948-1961-ci illər arasında Pakistan, Maldiv adaları, Hindistan, Sinqapur, Keniya kimi ölkələrdən şagirdlər üçün cazibə mərkəzi olmuşdu.

1950-ci illərdən sonra qızların təhsil məsələsi Şri-Lankada müzakirə gündəmi yaratmışdı. Özəlliklə müsəlman qızların ali təhsil almaları mövzusunda ailələr ciddi müqavimət göstərmişdilər. 1945-ci ildə “Seylon müsəlmanları təqaüd fondu” qurulmuş və 1948-ci ildə uğurlu tələbələr seçilərək Misirə əl-Əzhər universitetinə təhsil almağa göndərilmişdi.

Şri-Lanka toplumları da ingilis müstəmləkəsi ilə gələn sekulyar təhsil prosesində problemlər yaşamışdı. Bunun ən önəmli səbəbi də təhsil dilinin tək tipləşməsidir. İngilis dili sekulyar təhsil qurumlarının dili olarkən müstəqillikdən sonra ölkənin rəsmi dili olaraq sinhal qəbul edilmişdi. Missioner məktəblərinin açılması ilə tamil və sinhallar bu məktəblərə alınmış, ancaq müsəlman xalq bu məktəblərə etiraz etmişdi. XX əsrə qədər müsəlmanlarıın etirazı davam etmiş, bu səbəblə ali təhsil almamışdılar. Bu prosesdə Siddi Lebbe kimi öndə gələn müsəlmanlar xalqın müasir təhsilə yönəlməsi üçün səy göstərmişdilər.

Bu durum 1930-cu illərdən etibarən dəyişməyə başlamışdı. 1931-ci ildə Şri-Lankada təhsil məcburi hala gəlmiş, 1945-ci ildə bütün ölkədə pulsuz təhsil prosesi başlamışdı. Bu proseslə birlikdə müsəlmanların müasir təhsildə iştirakları artmışdı. 1950-ci illərdə sinhal dili məktəblərdə təhsl dili olaraq yerləşməyə başlanmış, ancaq tamil olan müsəlmanlar bu duruma etiraz edərək təhsil dilini ingilis dilində qalmasında israr etmişdilər. Bu xüsusdakı israr nəticəsində müsəlmanlara sinhal, tamil və ingilis dilindən birini seçmək imkanı tanınmışdı. İngilis dilində təhsil almaq istəməyən bəzi müsəlmanların bu davranışları yenə müsəlman irəli gələnlər tərəfindən tənqid edilmiş, ingilis dilinin dünyadakı ən yayğın təhsil dili olduğu dönəmdə bu dili öyrənməmək müqaviməti müsəlman tamilləri sinhallar qarşısında həm ölkədəki, həm də dünyadakı dəyişikliyi izləmək mövzusunda geri buraxdığı müdafiə edilmişdi. Bu davranışın müsəlmanların Şri-Lanka toplumu ilə uyumuna əngəl olub marginallaşmalarına səbəb olduğu da ifadə edilmişdi.

İngilis dilinin təhsil dili olması zərurətinin 1956-cı ildə universitet səviyyəsində də qaldırılması ilə müsəlmanlar sinhal yaxud tamil dili arasında seçim etmək durumunda qalmış və 1960-cı illərlə birlikdə təhsildə əsas olaraq sinhal dilindən istifadə olunmaya başlanmışdı.

Bu durum müsəlmanların bölgədə dağınıq yaşamasının da təsiri ilə gələcək nəsillər arasında tamil dilinin unudulmasına yol açacağı narahatlığı ilə tənqid edilməkdədir.

Ölkədə ingilis dilinin təhsil dili olaraq rəğbət görməsi isə 1970-ci illərin son dörddə birində qlobal iqtidasiyyata intibah prosesi ilə başlamışdı. Universitetlərin intellektuallar və mütəfəkkirlər yerinə texniki işçilər yetişdirmək və bilgi texnologiyaları mövzusuna yönəlməsi ilə təhsil bazar təməlli hədəf üzərinə sıxlaşmışdı.

Ölkədə müsəlman məktəblərində yoxlama aparılmaması və təhsilin sektora çevrilməsi və sahədəki ən önəmli problemlər arasındadır. Müsəlman tamillərin rəsmi məktəblərdə təhsil alma faizləri də sinhallarla müqayisədə son illərə qədər həmişə aşağı olmuş, ancaq son dövrdə bu sahədə yüksəliş müşahidə edilmişdi. 2013-cü il hesabatlarına görə ölkədə 800 müsəlman məktəbində 350.000 şagird təhsil almaqdadır. Bunun xaricində müsəlmanlara aid 2 kollec və ölkənin cənub şərqində milli universitet var.

Şri-Lanka Təhsil Nazirliyinin hesabatına görə 1883-cü ildə bölgədə 5.910 Quran kursu vardı. XX əsrin ortalarına qədər şri-lankalı müsəlmanlar Hindistanın cənubuna və buradak müsəlman hakimiyyətinə tabe olmuşdular. İslami təlimlərini davam etdirmək və alim ola bilmək üçün “Kiikakkarı” ya da “Kaayalpatinam” olaraq adlandırılan mərkəzlərə davam etmişdilər. Müsəlmanların ölkədə ingilis müasir məktəblərinə qarşı ənənəvi İslam təhsilini ön plana çıxartmaq reaksiyaları nəticəsində 1884-cü ildə Veliqamada “Madrasatul Barı” qurulmuşdu. Bunun ardınca 1892-ci ildə Qalledə, 1899-cu ildə Kinniyada, 1931-ci ildə Maharaqamada, 1915-ci ildə Matarada təhsil dili ərəb dili olan məktəblər açılmışdı. Şri-Lankada 1884-1950-ci illər arasında ərəb dilindən təhsil verən 15 kollec qurulmuşdu. 2000-ci ilə gəlindiyində bu rəqəm 100-ə yaxınlaşmışdı. Bu qurumların 88-i oğlan. 13-ü qız məktəbidir. Bu məktəbləri bitirən şagirdlər “Maulawis” olaraq adlandırılmaqdadır. Məktəblərdən hər il təxminən 1.000 şagird məzun olmaqdadır. Bu mədrəsələrdəki uşaqların böyük əksəriyyəti dar gəlirli ailələrin uşaqlarıdır.

0 comments :

Post a Comment