Saturday 24 November 2018

2.5 milyon müsəlmanın unudulan hekayəsi


İnsanın iliklərinə işləyən rüzgar Fransanın milli savaş məzarlığı “Notre Dame de Lorette"yə baxan təpənin yamacında toplanmış qələbəliyin üzərinə əsir. Təxminən 700 km-lik sipər sisteminin qalıntıları civarında toplanan qələbəlik insanın içinə işləyən soyuqdan çox Birinci Dünya Müharibəsində bu cəbhələrdə qorxu və şiddət içində savaşmış olan insanların hekayələrini dinləməkdən ürpərir.

ŞİMALIN CƏHƏNNƏMİ

Şimali Fransanın bu hissəsinə Birinci Dünya Müharibəsində sayı milyonları aşan top mərmisi düşmüşdü. Şimalın cəhənnəmi olaraq da xatırlanan bu bölgədə müharibə xatirələrini dinləyən insanların qulaqlarına çalınan müsəlman əsgərlər olduqca diqqətlərini çəkir. Birinci Dünya Müharibəsinə dair çox da danışılmamış bu hekayə maraqları cəlb edəcək xüsusiyyətindədir.

MÜSƏLMAN ƏSGƏRLƏR.

İsti iqlimlərdəki yürdlarından minlərlə km ötəyə səyahət edən bu əsgərlər namazlarda öncülük edən və azanları oxyan imamların rəhbərliyində sipərlərinə gedirdilər. Bu əsgərlər üçün müharibə vaxtında namazların necə qılacaqlarına dair Fransa kimi dövlətlərdən rəsmi olaraq fətvalar belə yayımlanmışdı. Bu fətvalarda eyham yolu ilə namaz qılmaq kimi ayrıntılar da deyilirdi.

QİBLƏYƏ ÇEVRİLMİŞ MƏZARLAR

Bu əsgərlər üçün yenə müsəlmanlar ibarət aşpazlar tərəfindən hazırlanan halal yeməklər davamlı olaraq servis edillməkdə idi. Yenə bu əsgərlər tibbi vəsaitlər tükəndiyində ana vətənlərindən gətirdikləri bitkivari dərmanlardan yaralı dostlarının müalicəsi üçün istifadə etmişdilər. Danışılan hekayələrə görə bu şəxslərin ana dillərində vətənlərindən daşıdıqları mahnılar toqquşmalar bütün gücü ilə davam edərkən sipər savaşlarının şiddətli günlərində göy üzündə yüksəlməkdə idi.

“Notre Dame de Lorette”dəki bu məzarlıqda təxminən 40.000 fransız əsgərin məzarı var. Bunlardan müsəlman olan əsgərlər sadəcə məzar daşlarından deyil, İslami üsullara görə dəfn edilmələrindən və məzarlarının qibləyə çevrilməsindən də anlaşılır. Bu məzarlar 1908-ci ildə İslam dinini seçən fransız rəssam Nəsrəddin Dinet tərəfindən dizayn edilmişdi.

2.5 MİLYON MÜSƏLMAN ƏSGƏR

Bölgəyə gedən ingilis müsəlmanlar özləri ilə eyni din paylaşan və böyük bir qismi Şimali Afrika əsgərlərindən ibarət bu müsəlmanların məzarları önündə dua etməkdədirlər. Araşdırmaçılar Birinci Dünya Müharibəsində yer alan müsəlman əsgərlər mövzusunu analiz etmək üçün hərbi, diplomatik və özəl arxivləri, gündəlikləri və məktubları araşdırdılar. Toplam 19 ölkədə ingilis, fars, urdu, rus, alman və ərəb dillərindəki 850.000-dən artıq sənəd və yüzlərlə rəsm araşdırmaya mövzu oldu.

Araşdırmaçılar təxminən 2,5 milyon müsəlmanın bu müharibədə İngiltərə, Fransa və Rusiyanın təşkil etdiyi müttəfiq dövlətlətin cəbhələrində əsgər yaxud işçi olaraq müharibəyə qatıldığını ortaya qoydu.

RƏSMİ TARİXİN GÖRMƏZDƏN GƏLDİYİ REALLIQ

Araşdırmalara liderlik edən 53 yaşlı belçikalı Luk Ferrier Birinci Dünya Müharibəsinə qatılan babasının gündəliyində “sipərlərdə qarşılaşdığı Məhəmmədlərdən” tez-tez bəhs etməsi onu bu cür araşdırmaya itələmişdi. Ferrier tarix kitablarında nə qədər dərin analizlər aparsa da, ayrıntılı bilgiyə rast gəlməmişdi. Bu məqsədlə araşdırmasını daha da genişləndirən belçikalının əli zamanla yüzlərlə özəl bilgəyə çatmış və Birinci Dünya Müharibəsində müttəfiq dövlətlərinin cəbhələrində iştirak edən müsəlmanlara dair geniş bilgilər əldə etmişdi.

“AVROPADA İSLAMFOBİYA PROBLEMİNİ HƏLL EDƏ BİLƏR”

Araşdırmalar müsəlman əsgərlərin ac sivillərlə yeməklərini paylaşdığını, alman əsirlərinə fransız və ingilis əsgərlərin əksinə çox yaxşı davrandıqları kimi xatirələri ortaya qoymaqdadır. Bugünə gəlib çatan sənədlərdə müsəlman əsgərlərdən niyə belə etdiklərini soruşanda bu suala Quran və hədislərlə cavab verdikləri önə sürülməkdədir.

Araşdırmaya liderlik edən Ferrier deyir: “Bunun siyasət yaxud koloniyaçılıqla əlaqəsi yoxdur. Sadəcə reallıqları ortaya qoyuruq. Zira bütün Avropanın bilməli olduğu hekayədir.”

Araşdırmalar miqyasında bölgədə yer alan müsəlman əsgərlərin ailələrinə və o bölgədəki məscidlərə bəzi ziyarətlər də təşkil edilir. Bu ziyarətlər avropalılar və bölgədə yaşayan müsəlmanlar arasındakı qarşılıqlı təsiri artırmaq niyyəti da daşıyır.

“İMPERİALİZMİN QAZANC TOQQUŞMASINDA ÖLDÜLƏR”

Birinci Dünya Müharibəsində İngiltərə, Fransa və Rusiya kimi dövlətlər üçün canlarını ortaya qoyan avropalı xristian və yəhudi əsgərlərin hekayələri, şeirləri və haqlarında çəkilən filmlər olduqca çox olsa da, müsəlman əsgərlərin xatirələrinə rəsmi tarix qeydlərində belə çox rast gəlinmir. Müsəlmanların ingilislər tərəfindən zorla savaşa sürüklənməsinin də bunda təsiri ola bilər.
Zira bir çox müsəlman əsgərin Birinci Dünya Müharibəsində nə üçün savaşdıqlarını bilmədikləri və Osmanlı kimi müsəlman dövlətlə və bu dövlətin başı olan xəlifə ilə savaşda olduqlarını öyrəndiklərində müttəfiq dövlətlərdən üz çevirərək onlarla savaşdıqları da qeyd edilir. 

Avropada yaşayan bir çox müsəlman hal-hazırda Birinci Dünya Müharibəsi kimi müharibələrdə müttəfiq dövlətlər üçün savaşmış və ölmüş olan müsəlman əsgərlərə sayğı və sahiblənmə ilə yanaşsalar da, Avropa xaricindəki müsəlman topluluqların ciddi kəsimi bu əsgərlərə “imperialist dövlətlərin qazanc toqquşmasında öldürülən aldanmış müsəlmanlar” olaraq baxır.

MÜHARİBƏYƏ GİRƏN MÜSƏLMANLARIN SAYI

Əsgərlər:
-400.000 hindli (İngiltərə ordusu)
-200.000 əlcəzairli, 100.000 tunisli, 40.000 mərakeşli, 100.000 qərbi afrikalı, 5.000 somalili və liviyalı (Fransa ordusu)                            
-5.000 amerikalı müsəlman
-1.3 milyon rus müsəlman

İşçilər:
-100.000 misirli
-35.000 çinli müsəlman
-130.000 şimali afrikalı
-200.000 səhraaltı afrikalı
-40.000 hindli


0 comments :

Post a Comment