İkinci Dünya Müharibəsinin əvvəlləri.
Fransanın işğalından sonra Marseldə Amerika ziyalıların da olduğu kiçik qrup
bir çox sənətkar və ziyalının qaçışını təşkil edir. Xilas edilənlər arasında
kimlər yoxdur?! Hanna Arendt, Andre Breton, Marsel Düşan, Mark Şaqal, Vilhelm
Hersoq, Klod Levi-Stross, Henrix Mann, Otto Meyerhoff, Viktor Serj...
25 iyul 1944-cü il. Normandiya əməliyyatının
üstündən 2 aya yaxın zaman keçmişdi. Müttəfiq orduları nasist Almaniyasının Atlantik
divarını ağır itkilərlə aşmış və irəliləməkdədirlər. Amma itkilər heç cür
azaltmaq bilmir, istənilən sürətdə irəliləyə bilmirlər. Alman birlikləri sayca
az, hava dəstəyindən məhrum olsalar da, 4 ildir bölgəyə yerləşmiş olmağın
avntajına sahibdirlər. Ayrıca başlarında yaxşı general vardı: Ervin Rommel.
Rommelin şöhrəti özünə “Səhra tülküsü” ləqəbini qazandıran Şimali Afrika cəbhəsindən
gəlir. Fransada qarşısına çıxan güclərin başında ad Rommelə yad deyil: Bernard
Montqomeri. Afrikada Rommeli ən sonunda yenməyi bacaran Montqomeri bu dəfə 21-ci
İngiltərə ordu qrupunun başındadır.
Montqomeri müttəfiq birliklərinin irəliləməsini
sürətləndirmək üçün Rommelin öldürülməsi ya da qaçırılması məqsədi ilə bir əməliyyat
keçirilməsini əmr edir. Rommelin qərargahınn harada olduğunu 9 iyunda təsadüfən
gələn kəşfiyyat sayəsində bilinir: Parisin 60 km qədər şimal-qərbində, Sen
çayının sahilindəki kiçik kənd olan La-Roş-Qiyondakı orta əsr qəsri. Bir təpənin
dibinə qurulmuş və zirzəmiləri təpənin içinə doğru irəliləyən qəsri havadan hədəf
almağın çox da işə yaramayacağından ötrü ingilislər 7 nəfərlik özəl komandanı paraşütlə
bölgəyə endirməyə qərar verirlər. “Gaff” əməliyyatına qatılan komandanın tərkibində
kapitan Cek Uilyam Reymond Li var. Li adamları ilə birgə Parisin cənub-qərbinə,
La-Roş-Qiyondan 70 km qədər uzağa tullanır. Yerli dirənişçilərlə görüşdükdən
sonra meşələrin içindən hədəfə doğru yürüşə keçirlər. Amma 3 gün sonra çatan bir
məlumat əməliyyatı ləğv etmələrinə səbəb olur. 17 iyul günü birliklərini ziyarət
edən Rommelin avtomobili bir ingilis təyyarəsinin atəşindən qaçmaq istəyərkən
yoldan çıxmışdı. Rommel kəllə sümüyündəki 3 çatlaq səbəbi ilə həyati təhlükə
altında Almaniyaya qayıtmışdı. (Bir daha da geri gələ bilməyəcəkdi. 20 iyuldakı
Hitlerə qarşı sui-qəsd planına daxil olduğu üçün “ya məhkəmə və edam ya da
intihar və dövlət mərasimi ilə gömülmə” seçimi qarşısında 2-cisini seçəcək. 14
oktyabr 1944-cü ildə sianid kapsulu ilə intihar edəcək, ölümünün keçirdiyi qəzadan
qaynaqlandığı elan edilərək dövlət mərasimi ilə gömüləcəkdi)
Bu xəbəri alan kapitan Li hər halda “boşuna
gəlmiş olmayaq” deyərək başqa hərəkat planı cızar. Komandasl ilə alman xətlərini
sabotaj etməyə, qatarlara hücum etməyə başlayır. Mant-la-Joli şəhərindəki alman
qərargahını gözünə kəsdirir və ingilis, fransız, rus və almanlar ibarət kiçik komandası
ilə qələbəlik qərargaha uğursuz hücum etsə də, itki vermədən geri çəkilirlər.
Bu əsnada amerikalı general Pattonun 3-cü ordu qrupu Fransanın ortalarına doğru
irəliləməkdədir. Bu ordunun xətlərinə çatmaq üçün gəldkləri yoldan geri
qayıdırlar, gah meşələrdən keçərək, gah da alman xətlərini keçmək üçün fransız
jandarmların təşkil etdikləri uniformları geyinərək 12 avqutda Amerik ordusuna
yetişirlər. Li Parisin xilası və alman ordularının Fransadan çəkilmələrindən
sonra Almaniya sərhədinə 150 km məsafədəki Lanqrda qurulan bir SAS əməliyyat mərkəzindən
müharibəyə qatılmağa davam edir.
Kapitan Cek Uilyam Reymond Linin ləqəbi “qatil”dir.
Bu ləqəbin səbəbi nə hələ 18 yaşında ikən yaş mövzusunda yalan söyləyərək
qatıldığı Fransa xaricilər legionunda, nə də bu legionla qatıldığı (və qəhrəmanlıq
medalı aldığı) Norveçdəki Narvik müharibəsində, nə ölkəsinə qayıtdıqdan sonra
Marsel yaxınlarında daxil olduğu hərbi birlikdə, nə də bu birliyin yox edilməsindən
sonra saxlandığı Marseldəki Sankt-Nikolas həbsxanasında, nə də həbsxanadan
sonra Marseldəki qaçaqçılıq, oğurluq kimi məşğuliyyətlərlə sürdürdüyü qanqster
həyatı əsnasında öldürdüyü insanlardır. Tanıdıqları Liyə “qatil” ləqəbi verirlər,
çünki ingilis dilini öldürməkdədir. Tipik ingilis adları daşıyan bu əslində
fransızdır və əsl adı Raymon Kurodur. Onu ingilis vətəndaşı olaraq və ingilis
dilini öldürməyə davam edərək İngiltərə ordusuna bağlı özəl əməliyyat
komandasının başında Rommelin izinə düşürən olaylar zənciri 1940-ci ilin sonlarında
gəldiyi Marseldə başlayır.
Bir məcarəpərəst olaraq asanlıqla illeqal
işlərə qarışa bilən Kuronun həyatı Marseldə qarşılaşdığı amerikalı varlı ailənin
qızı Meri Ceyn Qold ilə bərabər fərqli istiqamət alacaqdı.
Avropaya oxumaq üçün gələn və özəl təyyarəsi
ilə Avropa ölkələrində dolaşan, saraylarda yaşamağı, lüks mərkəzlərdə tətil etməyi,
ballara qatılmağı sevən Meri Ceyn Qold alman işğalına Parisdə şahid olur.
Buradan qaçaraq getdiyi Biarris Atlantik sahilində olduğu üçün almanların sürətlə
işğal etdiyi yerlərdən biri olunca Amerikaya qayıtmaq məqsədi ilə Marselə
keçir. Hələ alman işğalında olmasa da, Vişi rejiminin nəzarətindəki Marsel 1940-ci
ildə çox qələbəlik, hər cür qaranlıq ticarətin döndüyü, nasistlərdən qaçanlarla
onların izinə düşən hökümət güclərinin və casusların olduğu bir şəhərdir.
Qold burada Sorbonnadan tanıdığı başqa bir
amerikalı Miriam Davenport ilə qarşılaşır. Karneqi incəsənət təqaüdü ilə
qaldığı Parisdən qaçaraq ən sonunda Marselə gələn Davenport Meri Ceyn Qoldu 2
önəmli şəxslə tanış edir: Birincisi, “qatil”dir və Meri qısa müddətdə ona aşiq
olur. İkicisi, Varian Fraydır. 1935-ci ildə jurnalist olaraq getdiyi Almaniyada
yəhudilərin yaşadıqlarına şahid olan Fray nasistlərə qarşı qərarlılıqla
yazmaqla yetinməmiş, Fransanın işğalı sonrası nasist rejimindən qaçan hər kəsə
yardım etmək qərarı ilə Marselə gəlmişdi.
Fray öz ölkəsinin Xarici İşlər Nazirliyi və konsulluqdakı
mənfi havayla da mübarizə aparkən bir qrup könüllü ilə birgə leqal və illeqal hər
yoldan istifadə edərək nasistlərdən qaçanları Fransadan çıxaran bir şəbəkə
yaradır. Çevrəsindəki adamlar arasında Davenport, Marseldə qalmağa qərar verən
Qold, gənc akademik olan Albert Hirşman, saxta sənəd mütəxəssisi avstraliyalı
Bil Spira var. Fraya ən böyük dəstəyi verən XİN-də hökm sürən yəhudi düşmənçiliyi
havası ilə də mübarizə aparan Marsel vitse-konsul IV Hayram Binqemdir. Binqem
leqal və illeqal minlərlə vizanı Frayın siyahısındakı adlara təmin edərək çox
sayda insanın ölkədən çıxmasına yardım edir.
Meri Ceyn Qoldun sərvəti və ləl-cəvahiratlarını
saxta sənədləri satın almaqla, qaçaqları Pireney dağları üzərindən İspaniya və
sonra da Portuqaliyaya götürməkdə, qayıqlarda saxlayaraq Şimali Afrika
limanlarına və ya Fransa koloniyası Martinika adasına köçürməkdə xərcləyir. “Qatil”
də qaçaqçılıq dünyası içindəki mövqeyi sayəsində bu əməliyyatın içindədir. Amma
hələ bir qanqster, kontrolsuz məcarəpərəst olaraq zaman-zaman təhlükələr də
yaradır.
Bu kiçik qrupun xilas etdiyi etdiyi təxminən
2 min şəxs arasında kimlər yoxdur ki? Hanna
Arendt, Andre Breton, Marsel Düşan, Mark Şaqal, Vilhelm Hersoq, Klod
Levi-Stross, Henrix Mann, Otto Meyerhoff, Viktor Serj...
Qold və Davenportun kirayələndikləri Eyr-Bel
villası sənədlərini ya da gəmilərini gözləyən qaçaqların toplandığı məkan
halına gəlir. Andre Breton və digər sürrealistlər villada və bağçada o dövrün məşhur
olan oyunlarını oynayırlar.
Əməliyyat 1941-ci iin payızına qədər davam
edəcəkdi. Fray amerikalı və fransız məsulların təzyiqi nəticəsində bu tarixlərdə
ölkəsinə qayıdır və sığınacaq axtaran şəxslərə kömək etmək etməyə davam edir.
Davenport daha tez ayrılır. 1940-cı ilin
oktyabrında Yuqoslaviya vətəndaşı olan nişanlısını Marselə gətirmək üzrə Lyublyana
gedir, amma çox fərqli yollar üzərindən ABŞ-a qayıtmaq məcburiyyətində qalır. Mədəni
miras dəyəri daşıyan yerlərin müharibə sırasında təxrib edilməməsi üçün fəaliyyət
yürüdür. Qaçqınlar üçün də çalışmağa davam edir.
Qold 1941-ci ildə ölkəsinə qayıdır. Müharibədən
sonra vaxtının çoxunu Cənubi Fransada keçirir və “Crossroads Marseille, 1940”
adlı xatirə kitabını qələmə alır.
Bəs “qatil”? 1941-ci ilin aprel ayında
İspaniya üzərindən İngiltərəyə keçərək De Qoll güclərinə qatılmaq istəyir.
Franko rejimi tərəfindən Madrid qatar stansiyasından həbs olunur. 4 ay həbs
yatır. Bu arada Marseldə hərbi məhkəmə tərəfindən 10 il həbsə məhkum edilir. Ən
sonunda 12 oktyabr 1941-ci ildə İngiltərə çatır. Özəl əməliyyat birliklərinə qatılır,
adını dəyişdirir, daha sonra İngiltərə vətəndaşlığını alır. Fransada. Tunisdə,
İtaliyada əməliyyatlara qatılır.
Sonra da Rommelin arxasınca düşür.
0 comments :
Post a Comment