Atom bombası hücumundan sonra ölənləri
qısqanan “yaşayan ölülər”...
.
Hiroşima və Naqasakidə atom bombası hücumundan
qurtulanlara “hibakuşa” deyirlər.
Atom qiyamətindən qurtula bilənlər yaralı və
çarəsizdirlər. Bombanın səbəb olduğu təzyiqlə səs divarını aşaraq partlayışın mərkəzindən
çölə doğru uçuşan cisimlər, tüfəngdən çıxan mərmilər kimidirlər. Təzyiqin və şüanın
səbəb olduğu yaralara geridə qalanlar bir şəkildə alışıqdırlar. Amma
yaxınlarını, sevdiklərini itirmiş bu yurdsuz, kimsəsiz və yaralı ruhların artıq
alışılmaz yeni yaraları var: Şüa yarası. Partlayışın episentrində qalanlar
şüaya məruz qalmışdılar.
Yüz minlərlə hibakuşa ömürlərinin sonuna qədər
fiziki və ruhi acılar çəkəcək, hətta özlərindən sonrakı nəsil də bu lənəti daşımağa
davam edəcəkdi.
Bu yaraların nə olduğu və səbəbi anlaşılmadığından
bulaşıcı xəstəliyə məruz qalanlar kimi toplumdan təcrid ediləcək, yalnızlaşacaqlar.
Şikəstliklərindən dolayı işləyə bilməyib maddi və mənəvi yoxsulluq
yaşayacaqlar.
Hiroşima hücumu sırasında əhalinin 10%-i qədər
təxmin edilən koreyalı hibakuşaları durumu daha da vahiməlidir.
Ancaq hibakuşaların hamısı “atom bombası qurbanı”
olmağı qəbul etmədi və hibakuşa hərəkatı yaratdılar. “Bundan sonra atom bombası
qurbanı olmasın” sloqanı ilə geri qalan həyatlarını atom bombası əleyhinə həsr
etdilər. “Nihon Hidanyko” (Yapon atom bombası qurbanları birliyi”) quruldu.
Koreyada da “Association for the Korean Atomic Bomb Victims” quruluşu altında
toplandılar.
Hibakuşalar hər cür acıya, yalnızlığa, təcridə,
mənfiliyə rəğmən yaşamağı seçmişdilər. Hamısı o zaman gənc idi və ailələrini,
sevdiklərini, sosial çevrələrini itirmişdilər. Yaralı və yalnız idilər. Bir cəsəd
dənizini aşıb çıxmışdılar. Sadəcə bədənləri deyil, ruhları da yaralı idi. Bio-Psixo-Sosial
olaraq sözün əsl mənasında bitik idilər. Amma yaşamağı seçdilər və insan olaraq
yaşamaq iradəsi və cəsarətini heç vaxt itirmədilər.
Hər zaman atom bombasına qarşı oldular və yaşadıqlarını,
hekayələrini dayanmadan paylaşıb insanlığı gedilən bu çılğın yoldan döndərməyə
çalışdılar. Buna razı salmaq səylərini heç bir zaman buraxmadılar. Məqsədləri
bu bombanın bir daha əsla istifadə olunmamasını təmin etməkdi.
Hibakuşalar düşmənlik, kin, nifrət və
intiqam düşüncələrini buraxdılar. Çünki bu duyğular insanlığın sonunu gətirəcək
duyğulardır. Güvən və ədalətlə, bütün insanlıq və gələcək nəsillər üçün yaşanıla
bilən bir dünya qurula bilməsi üçün kömək etməyə qərar verdilər.
0 comments :
Post a Comment