Monday, 16 April 2018

Müsəlman SS-lər


İkinci Dünya Müharibəsində almanların müttəfiqi olan ölkələr, millətlər və ya müxtəlif etnik qruplar arasında türklər və müsəlmanlar da var. Bunlardan nasist ideologiyasına sıx bağlı elit əsgərlərdən ibarət SS diviziyalarına qəbullar da olmuşdu. Bunlardan biri Bosniya-Herseqoniya civarından yığılan və "Xəncər" adı verilən SS 33-cü dağ diviziyası idi. Digərlərindən fərqli olaraq fəs taxan bu diviziya əsgərləri özəl təlimli dağ əsgərləri idi. "Xəncər" diviziyası özəlliklə Bosniya və civarındakı dağlıq bölgələrdə iştirak etmiş və Titonun partizan dəstələrinə qarşı girişilən geniş miqyaslı təmizləmə hərəkatlarına qatılmışdı.  Almanların Macarıstana çəkilməsi ilə birlikdə əsgərlərin çoxu tərhis edilən "Xəncər" briqada qüvvətinə enmişdi. Diviziyadan qalanlar isə Sovet ordularına qarşı Macarıstan və Avstriyada müharibənin sonunda ingilislərə təslim olana qədər mübarizə aparmağa davam etmişdilər.

Almaniya ordusu 22 iyun 1941-ci ildə "Barbarossa" əməliyyatına başlamışdı, ancaq bütün səylərinə və ciddi itkilərinə rəğmən strateji nəticə əldə edə bilməmişdi. 1941-ci il bitərkən Sovet ordusunun Moskva ətrafında başlatdığı hücum nəticəsində Almaniya mərkəzi ordular qrupu 340.000 civarında itki verərək geri çəkilmək məcburiyyətində qalmışdı. 1942-ci ilin sonunda Stalinqrandda sıxışan 6-cı alman ordusu 4-cü tank ordusunun bəzi ünsürləri və digər mehvər qoşunlarının itkiləri isə toplamda 236.000 əsgəri tapmışdı. Qaldı ki, Almaniya ordusunun hücum təşəbbüsüə sahib olduğu bu dövrdə verdiyi itkilər sadəcə bu 2 hərəkatla məhdudlaşmırdı.

1941-42-ci illər boyunca davamlı artan itkilər almanları cəbhəni möhkəmləndirmək məqsədi ilə fərqli üsullara müraciət etməyə sövq etmişdi. Müharibə irəlilədikcə Qızıl Ordunun artan təzyiqi üzərinə Sovet idarəsinə qarşı mübarizə aparmağa uyğun olan əsirlərdən yararlanılması, işçi gücünün azaldıraq yeni qoşunların qurulması və bir çox tarixçinin legion" olaraq istinad etdiyi - Avropadakı fərqli etnik qruplardan və ya millətlərdən yeni hərbi mərkəzlər qurulması başlıca üsul olaraq gözə çarpmaqda idi. Bu üsullar arasında legion qoşunlarının qurulması özəlliklə diqqət çəkməkdə idi. Çünki alman ari irqinin üstünlüyünün müdafiə edildiyi bir dövrdə orduya Avropadakı digər millətlərdən də əsgərlər qazandırılması, hətta bunun bir qisminin Vaffen-SS strukturunda olması olduqca maraqlıdır.


Bu araşdırmada Vaffen-SS strukturunda qurulan qoşunlar içində ilk müsəlan SS diviziyası olan 13-cü dağ diviziyası "Xəncər" üzərində fokuslanılmışdı. Bunun səbəbləri qoşunun həm SS, həm də müsəlman olduğu üçün alman ordusunda bir "ilk" oluşu, bu səbəblə quruluşunda keşiş yerinə imam olmadı, özəl qoşun statusunda dağ təlimli əsgərlərdən ibarət olması, vəzifə yerinin sadəcə divizya əsgərlərinin yığışdığı Bosniya və ətrafında olması və vəzifənin də partizanlara qarşı mübarizə olması idi.

Vaffen-SS nasist partiyasının elit qoşunları olaraq 1933-45-ci illər arasında Hitler rejiminin mühafiz ordusu xüsusiyyətdə idi. Müharibə sırasında SS əsgərlərinin sayları bir milyonu aşmışdı. Rejimin qoruyucusu olduğu üçün Vaffen-SS ari irq miqyasında son dərəcə möhkəm və  əsgərlərinin sadəcə Almaniya içindən seçildiyi bir təşkilat olaraq düşünülə bilər. Ancaq əsgər heyəti ari irq miqyasında olmaqla birlikdə o dönəmdəki alman tarixçilərinin german mənşəli qəbul etdikləri fərqli millət və ya etnik qruplardan da Vaffen-SS-ə qatılış qəbul edilmişdi. Bu əsgərlərdən bir çoxu Avropa torpaqlarında olan hər cəbhədə, mənsubu olduqlarını SS diviziyalarına bağlı olaraq çarpışmalara qatıldılar.

1941-ci ilin payızında Almaniyanın şərq cəbhəsi hərəkatlarında verdiyi itkilərin ön görülənin üzərində artması və eyni dövrdə milyonlarla Sovet əsgərinin əsir edilməsi birlikdə baş vermişdi. Bunun üzərinə 1942-ci ildən başlayaraq özəlliklə Sovet əsirlər arasında kommunist rejimə nifrət edənlərin könüllülük əsasına görə alman ordusu strukturunda qurulan qoşunlara daxil edilməsi gündəmə gəldi. Almanların 1942-c il yay hücum da böyük itkilərlə uğursuzluğa uğrayınca legionların sayı daha da artırıldı. Qərbi Avropanın, Norveç, Danimarka, Belçika kimi bir çox german mənşəli ölkələrdən qatılışlar zatən ötədən də bəri mövcuddur. 1942-ci ildən başlayaraq Şərqdən də qatılışlar artdı.

Misal çəkəcək olsaq, 30.000 kazak, 8000 türkistanlı, 25.000 Qafqaz və 14.000 qədər də Balkan müsəlmanı alman qoşunlarına qatılmışdı. Vaffen-SS-ə qəbullar isə müharibə boyunca Almaniyadan 400.000, Almaniya xaricində yaşayan etnik almanlardan 300.000, Qərbi Avropadan 162.000, Baltik ölkələri sovet xalqlarından 250.000, Balkan yarımadası və slavyan xalqlarından isə 100.000 olaraq reallaşdı. Təşkilat bu halı ilə Almaniyadan ziyadə Avropa ordusu görüntüsü verməyə başlamışdı.
Müharibə sırasında dünyadakı müsəlmanların sayı 350 milyon idi. Bu sayın çox kiçik qismini Avropada yaşayan müsəlmanlar təşkil edirdi və bunlar Balkan yarımadasında yerləşmişdilər. Osmanlı imperiyasının Balkan yarımadasından çəkilməsi ilə inkişaf edən kütləvi köçlər nəticəsində bölgədəki müsəlman əhali azalmış olsa da, Balkan yarımadasında hələ fərqli etnik qruplardan milyonlarla müsəlman qalmışdı.

Müharibədən əvvəl toplam əhalisi 16.000.000 civarında olan Yuqoslaviyada isə müsəlmanların sayı isə 900.000-1.000.000 civarında idi  və bunların çoxu Bosniya-Herseqoviniyada yaşayırdı. 1931-ci ildə aparılan əhali sayımına görə Bosniya-Herseqoviniyada yaşayan 2.487.652 nəfər arasındaki etnik dağılım  40,92% serb ortodoks,  36,64% müsəlman ve 22,44% katolik olaraq müəyyən edilmişdi. Beləcə avropalı müsəlmanlardan SS diviziyalarının yaradılmasına Bosniya-Herseqoviniyadan başlandı.

Hitlerin sağ qolu və SS rəhbəri, eyni zamanda həbs düşərgələrinə də cavabdeh olan Himmler diviziyanın qurulması ilə bağlı təklifi 6 dekabr 1942-ci ildə Hitlerə təklif etmişdi. Hitler Bosniyanın Reyxə daxil edilməsi ilə çox maraqlanırdı. Məsələnin Türkiyə ilə əlaqələrində müsbət təsir yarada biləcəyi düşüncəsinə rəğmən müttəfiiqi olan xorvatların daxili siyasətlərinə qarışmaq mövzusunda istəksiz idi. Müsəlmanların isə nə xorvatlar, nə də serblərlə arası yaxşı idi. Müsəlmanları kommunist sempatiki olaraq bəzi xorvat Ustaşa birlikləri (serb əleyhdarı xorvatlar) onların kəndlərini yandırıb insanlarını qətlə yetirirdilər. Bu qətliamlar 1944-cü ildə almanlar tərəfindən də sənədləşdirilmişdi. Almanlar və müttəfiqlərə  qarşı qurulan, ancaq sonradan İosip Broz Titonun partizanlarına qarşı mübarizə aparan radikal milliyətçi serb çetniklər də Bosniyadakı müsəlman xalqı qətlə yetirirdilər. Hətta bunlardan birində müsəlman əhalini Drina çayı üzərindəki körpüyə yığaraq hamısını qətlə yetirdikdən sonra çaya atmışdılar. Yuqoslaviyada bir dünya müharibəsi içində çöx yönlü bir vətəndaş müharibəsi ortamı hakim idi.

Şərq cəbhəsinə davamlı təzə qoşunlar sövq etmək məcburiyyətində qalan almanlar Yuqoslaviya və Yunanıstandakı partizan əleyhinə hərəkat üçün yetərli sayda qoşun ayıra bilmirdilər. Bu da almanları öz zabitlərinin komandirliyi altında yad millətlərdən gələn legionlar yaratmağa itələdi.

Himmler Bosniya müsəlmanlarından ibarət SS 13-cü dağ diviziyasının qurulması əmrini 1943-cü ilin fevralında verdi. Diviziyanın mövcudu ilk başda alman zabitlərin və Bosniya əsgərlərinin qəbulu ilə 26.000 olaraq planlaşdırılmışdı. Bölgədəki katolik xorvat hegemoniyasını təhdid edəcəyini düşünən xorvat höküməti isə müsəlman SS qoşununun qurulması fikrindən heç də məmnun deyildi. Buna rəğmən Hitler 13 fevral 1943-cü ildə qoşunun qurulmasını qəbul etdi və diviziya 5 martda rəsmən quruldu. 20 martda isə Zaqreb, Sarayevo və Brod şəhərlərində qoşun üçün ilk əsgər qəbulu başladı. Boşnakların qoşuna qəbulu üçün Sarayevoda, Banya Lukada, Tuzlada və Mostarda alaylar yaradıldı. Qüds müftisi Hacı Əmin Əl-Hüseyninin də səyləri ilə SS diviziyası üçün könüllü olan boşnak və xorvatların sayı 14 aprelə qədər 8000-ə çatdı. 5 mayda Zaqrebə gələn Himmler diviziyadakı müsəlman və katoliklər arasındakı nisbətin 10:1-i keçməməsi şərti ilə diviziyaya digər fərqli inanclardan gələnlərin qəbuluna yaşıl işıq yandırdı. 12 mayda Adolf Hitlerə və Xorvatiya dövlətinə bağlılıq andı üçün mərasim təşkil edildi.

"Xəncər" diviziyasına müsəlman albanlar, sancaq müsəlmanları və katolik xorvatlardan savayı macarlar, italyanlar və isveçrəlilər arasından da məhdud sayda qəbullar olmuşdu.
13-cü dağ diviziyası əsgərləri cəbhə geyimləri ilə birlikdə boz, mərasim uniformaları ilə birlikdə isə qırmızı rəngli fəs taxırdılar. Fəslərin üzərlərində svastikalı qartal (hoheitszeichen) və SS-lərin simvolu olan quru kəllə işarələri vardı. Sağ yaxa işarət kəsimində qotik yazısı ilə yazılan standart SS yazısı mövcuddur.


Diviziyanın əsl qurucusu olan Himmler açıqca dinlərə qarşı olan biri idi. Buna rəğmən İslama inananların cəsarətlə Allah yolunda ölmələrini durumdan yararlanma istəyi ilə təqdir etməkdə idi. Hər taborun bir imamı və hər alayın öz mollası vardı. Himmler şəxsən heç bir dini mənimsəməməsinə rəğmən Gebbelsə İslama qarşı olmadığını, çünki adamlarına müharibədə öldürüldükləri təqdirdə cənnətə gedəcəklərini vəd edərək təlimdə yardımçı olması sayəsində əsgərlər üçün olduqca praktik və cazibəli bir din olduğunu demişdi.

Almanlar boşnakları müsəlman xorvatlar (həm xorvatlar müttəfiqləri idi) olaraq qəbul etmişdilər. Beləcə boşnakların Vaffen SS-ə qatılması üçün irq baxımından artıq problem yoxdur. Himmlerə görə boşnaklar əslən saf irqə daxil olub türk mədəniyyətinə sahibdirlər. Müsəlman əsgərlər yəhudilik və kommunizmlə mübarizə aparacaq əsgərlər ola bilərdilər.

Diviziya 1943-cü ilin iyulunda təlim üçün Fransaya göndərildi. İyulda isə diviziya imamları nasist doktrinasını öyrənmələri üçün Postdama yollandılar.

Diviziya burada təliminə davam edərkən 12 avqustda Yuqoslaviyadakı alman əsgərlərinin bir antipartizan hərəkatı sırasında aralarında 13-cü dağ diviziyası əsgərlərinin yaxınlarının  da olduğu 40 boşnak sivili öldürdüyü xəbəri gəldi. Bir ay sonra isə Xəncər diviziyası Le-Püidəki təlimi sırasında içində üsyan çıxan ilk SS birliyi olaraq tarixə keçdi. Alman zabitlərin müsəlman ibadətlərinə qarşı bəzi davranışlarını fürsətə çevirən Titonun diviziya içinə sızmış casusları üsyanı qızışdırdı.

Üsyan 16-17 sentyabr 1943-cü ildə istehkam taborundakı 1000-ə qədər əsgərlə partlaq verdi. 16 sentyabrda bəzi müsəlman əsgərlər zabitlərin və çavuşların çoxunu öldürdülər və olaylar qısa müddətdə diviziyanın çoxluğuna sıçradı. Olayların başlanmasından 2 əsgər və 2 ehtiyat zabitinin barmağının olduğu və bunların 5 alman zabitini öldürdükləri bilinməkdədir. Diviziyanın imamlarından Həlim Malkoçun olayları başladanlara qatılan digər əsgərləri razı salmaq səyləri nəticə verincə olayın böyüməsi əngəlləndi və Əl-Hüseyninin də şəxsi səyləri ilə üsyan basdırıldı.

Diviziyanın kapitanlarından ikisi öldürülmüş, biri əsir edilmiş, bir üsyançı isə qaçaraq Fransa müqavimətinə qatılmağı bacara bilmişdi. 18 sentyabrda üsyana qarışan 12 əsgər qurşuna düzülərkən 825 əsgər isə etibarsız olduqları üçün bunlardan 536-ı kölə işçisi olaraq Todt təşkilatına, 265-i Noyenqamme həbs düşərgəsinə göndərildi. Qalan 24 əsgərə nə olduğu bilinməməkdədir.
Nəhayət diviziya təlim və təhsilini tamamladı və 1944-cü ilin fevralın ortasında Bosniyaya göndərildi.


Yuqoslaviya dağları 1943-cü ildən başlayaraq Almaniya və müttəfiqləri üçün yarım cəbhə ehtiva edirdi. Almaniya ordusu italyan, xorvatlar və bolqarların dəstəyi ilə yunan adaları, Krit, Yunanıstan, Albaniya, Makedoniya, Qaradağ, Serbiya, Bosniya-Herseqovina, Xorvatiya və Sloveniyada geniş miqyaslı partizan əleyhinə mübarizə içində idi. Bunun xaricində bəzi yerli güclərin dəstəyi də söz mövzusu olub əslində Almaniya və müttəfiqlərinə qarşı mübarizəyə başlayan, ancaq sonradan kommunist partizanların təhdidinə qarşı onlara dəstək verən serb çetnikləri bunların başında gəlir. 1944-cü ilin payızında 10.000 qədər çetnik alman və bolqar mərkəzlərinə dəstək verirdi.

1943-cü ilin ilk 3 ayında Serbiyada sabotaj, yerli zabitlərə hücum və kiçik diametrli alman və bolqar qoşunlarıa hücum şəklində partizanlar tərəfindən reallaşan 985 hərəkət təsbit edilmişdi. Bunlardan əlavə 197 bələdiyyə binası yandırılmış ya da təxrib edilmişdi. Olayları reallaşdıran Yuqoslaviya partizan hərəkatının lideri Titonun Yuqoslaviya milli qurtuluş ordusu (JANL) 1943-cü ildə 150.000-dən çox əsgərə sahib olmuşdu. Diviziyalardan və briqadalardan ibarət JANL üçün lazım olan təchizat yolu da 1943-cü ilin sentyabrında müttəfiqlər Cənubi İtaliyanı işğal edincə Adriatik üzərindən açılmışdı. Beləcə Yuqoslaviyadakı güc tarazlığı JANL-ın lehinə dönmüşdü. Bu arada 1944-cü ildə Xorvatiya ordusunun sayı 150.000 olub bunun 4-də 1-ni ustaş militanı idi.

"Xəncər" diviziyası Yuqoslovakiyadakı dağlıq bölgələrdə mübarizə aparmaq üçün təlim görmüşdü. Diviziya 1944-cü ilin fevralında vətənlərinə qayıtdığı zaman 1 il qədər öncə 26.000 düşünülən əsgər sayı 21.000 qalmışdı. Diviziyanın planlanan zabit sayı 671 yerinə 377-ə və 3000-dən artıq olması düşünülən çavuş sayı da 2078-ə enmişdi. 1944-cü ilin fevralında Sloveniyada son təlimini də tamamlayan diviziya Bosniyada yerləşdirildi.

Bu şərtlər altında Bosniyada almanlar lehinə böyük ölçüdə güvənlik təmin edilmişdi, amma 1944-cü ildə partizan ordusunun sayı 600.000 partizana çatmışdı. Bu ordunun içində də çox sayda müsəlman vardı.

1944-cü ilin yayı almanlar üçün fəlakət dövrü idi. Müttəfiqlər iyunda Romanı ələ keçirərkən eyni günlərdə çıxartma etdikləri Fransanı da avqustda xilas etmişdilər. Şərq cəbhəsində isə iyunun axırından başlayan Sovet hücumu nəticəsində tarixlərindəki ən sarsıdıcı təxribatı yaşamışdılar. Dolayısı ilə almanların Balkan yarımadasındakı antipartizan hərəkatı həm daha da önəm qazanmış, həm də çətinləşmişdi.

Partizan faəliyyətləri həm Yunanıstanda, həm də Yuqoslaviyada həddindən artıq fəallaşmışdı. Bu arada Sovet ordularının iyulda Polşanın cənubuna doğru başlatdığı Lvov-Sandomir hərəkatı uğurlu olmuş, bu da Qızıl Ordunun Balkan yarımadası üzərində hərəkət etməsinə fürsət tanımışdı. Avqustun sonunda Rumıniya, sentyabrın əvvələrində isə Bolqarıstan təslim olunca Sovet qoşunları Yuqoslaviyaya girmiş və Titonun partizan gücləri ilə birləşmişdi.

Bu olaylar sırasında IX SS dağ kolordosu birlikləri içindəki fərarilikdə önəmli artım olmuşdu. Alman ordusu Balkan yarımadasından məcburi çəkilmək meylində idi. Ancaq boşnaklar vətənlərindən uzaqlaşmaq istəmirdilər. Dolayısı ilə Bosniya diviziyalarında hüzursuzluq baş qaldırmışdı. Bu dövrdə diviziya 18.520 əsgərdən ibarət idi və bu sayın 6051-i boşnak olmayıb alman və ya digər etnik qruplardan əsgərlər idi. 1-20 sentyabr arasında sadəcə Xəncər diviziyasından 2000-dən çox boşnak fərarilik etmişdi.

20 oktyabrda Belqrad Sovet və partizan qüvvələrinin əlinə keçdi. Beləcə fərarilik daha da artdı. 21 oktyabrda diviziya imamı Abdulla Muxasiloviçin qışqırtması ilə diviziya qərargahı güvənlik bölüyündən bir üsyan çıxdı. Muxasiloviç ilə birlikdə bölükdən 101 boşnak fərarilik etdi. Bundan sonra adiləşən fərarilik diviziyanı çətin duruma soxdu. Fərarilər çox sayda silah-sursatı da özləri ilə götürürdülər. Bəzi yerlərdə diviziyanın əsgərləri qaçaraq ustaşlara və ya partizanlara qatılırdılar. Nəhayət almanlar 25 oktyabrda təşkil etdikləri "Herbstlaub" (Payız yarpaqları) hərəkatı ilə bir çox boşnakı olaysız şəkildə silahdan arındırdılar. "Etibarsız boşnaklardan" işçi batalyonları yaradıldı. Başlarda 95% boşnak olması planlanan diviziyada artıq boşnakların sayı almanların sayı ilə bərabərləşmişdi.

Almanlar sonunda Balkan yarımadasını tamamilə boşaldaraq Macarıstana çəkildilər. Ancaq "Xəncər" diviziyasının çox əsgəri vətənləri xaricində savaşmaqda könülsüz idi. Bu səbəblə diviziyanın boşnak əsgərlərinin çoxu tərhis edilərək evlərinə göndərildi. 7 noyabrda boşnak personalın 70%-i tərhis edildikdən sonra diviziya qalanları ilə Zaqreb bölgəsindəki vəzifəsini davam etdirdi.

Bu dövrdə mövcudu 12.793 olan "Xəncər" artıq müsəlman diviziyası sayılmazdı. Boşnakların çoxunun yerini almanlar almışdı. "Xəncər"in bu son əsgərlərinin son məcarələri Macarıstan və Avstriyada keçdi.

Bu arada Sovet əsgərlərinin və partizanlarının SS-ləri qurşuna düzdükləri xəbərləri gəlirdi. Həqiqətən də "Xəncər"in könüllülərindən 10.000 qədəri toplu şəkildə öldürülərək cəsədləri bir mədən quyusuna doldurulmuşdu. "Xəncər"in geridə qalanları müharibə bitdikdə sonra 4 gün sonra Sank-Faytda ingilislərə təslim oldu və Şimali İtaliyadakı əsir düşərgəsinə göndərildilər.


Fanatik savaşçılara düşkün olan Hitlerin İslamın savaşçılığa qazandırdığı radikalizmdən istifadə etməkdən geri durmadığı qoşunların quruluş strategiyalarında açıqca görülməkdədir. Almanlar Şərq cəbhəsində davamlı əldən düşən diviziyaların alman əsgərləri ilə möhkəmləndirmək üçün cəbhə arxasındakı partizan fəaliyyətlərinə qarşı müttəfiqi olan digər millətlərdən daha çox qoşuna ehtiyac duyurdular. Bunun üçün bölgələrdəki tarixi etnik problemlərdən də yararlanırdılar.

SSRİ ilə müharibəyə girməmiş olan Bolqarıstan isə "Böyük Bolqarıstan" xəyalı ilə  almanlara sadəcə Balkan yarımadasında dəstək vermişdilər.

Bununla birlikdə bu cəhd Hitlerin müharibədən sonra SSRİ və İngiltərə yenildiyi təqdirdə Almaniya qazanclarının yeni coğrafi şərtlərə görə nizamlanması və İngiltərə müstəmləkələrindən ən çox qaynaqlara sahib olan Orta Şərqdəki müsəlman xalqları Almaniyanın tərəfinə çəkməsi baxımından da önəm ərz edirdi. Necə ki, Birinci Dünya Müharibəsində Kayzerin birbaşa edə bilmədiyini edə bilməsi üçün İslam dünyasına əlçatan yeni yollar axtarması lazım idi. Nasist ideologiyasına sahib olan elit və ya bir neçə müsəlman diviziyası bu mövzuda bir rol oynaya bilər və ya ən azından İslam dünyasına qarşı cazibə sahəsi yarada bilərdi.

Diviziyanın quruluşunda bəzi siyasi məqsədlər də anlaşıla bilər. Hitlerin Türkiyə ilə münasibətlərinə yönəlik bu cür cəhdlər yeni deyildi. 1942-ci ildən etibarən Sovet əsirləri arasında çox sayda Orta Asiya və Qafqaz türkü, tatar və qohum qruplardan ibarət piyadə qoşunlar yaradılmışdı. Hətta Krımı ələ keçirməsi və nə bahasına olursa-olsun, buraxmaq istəməməsi Türkiyəyə ilə birbaşa əlaqəli idi.
"Xəncər" diviziyasının qarışdığı yerli qətliamlar isə Yuqoslaviyanın bir-birinə düşmən etnik qruplardan ibarət quruluşunun gətirdiyi bir qan davası olaraq ya da diviziyanın fanatik savaşçılarından ibarət SS kimliyi olaraq düşünülə bilər. Antipartizan strategiyasının ən önəmli çətinliyi partizanın xalq üzərindəki təzyiqini tarazlamaq idi. Bu da coğrafiya fərq etmədən zaman-zaman qətliamların ortaya çıxmasına səbəb olmaqda idi. Ancaq bu da var ki, diviziyanın insanlıq cinayəti törətdiyi iddiası ilə müharibədən sonra ittiham olunaraq cinayətkar elan edilən və bunlardan 10-u edam edilən 38 zabit və çavuşun hamısı da alman idi.

SS 13-cü dağ ovçu diviziyası "Xəncər" müharibə tarixində dəyişik yerə sahib olaraq diqqət çəkməkdədir. Həm hərbi, həm siyasi məqsədlərlə qurulan bir qoşun olaraq görülə bilər. Nasist ideologiyasına nə qədər sahib olduğu sorğulana biləcək SS qoşunu idi. İlk və geniş miqyaslı yeganə üsyan edən SS diviziyası olaraq tarixə keçdi. "Xəncər" başqa 2 müsəlman SS diviziyasının qurulmasına ön ayaq olmuşdu. Dağ ovçu diviziyası olduğu üçün özəl təlimli əsgərlərdən ibarət idi və bu səbəblə antipartizan mübarizəsində ən çətin olaraq qəbul edilən dağ hərəkatlarında önəmli vəzifələr yerinə yetirmişdilər. Ancaq əsgərləri vətənləri xaricində döyüşməyi qəbul etmədiklərindən SS əsgərləri olmalarına rəğmən sıx şəkildə fərarilik etdilər. Almanların və  boşnakların qazanclarının örtüşdüyü Bosniyanın təhlükəsizliyi mövzusu rəfə qalxdığında diviziya özəlliyini felən itirən "Xəncər" quruluşu ilə Almaniyanın hərbi məqsədlərinə xidmət etmiş, ancaq siyasi məqsədlərinə xidmət üçün olduqca gec qalmışdı.

0 comments :

Post a Comment