Sunday, 30 July 2017

Əsgərlər gəldiyində

Miriam Gebhardt adlı qadın tarix professoru tərəfindən yazılan, 2015-ci ildə yayımlanan və dərhal ikinci nəşri basılan "Als die Soldaten kamen" (Əsgərlər gəldiyində) adlı kitabda əvvəl mövzunun niyə bu qədər uzun zaman araşdırılmayan olduğu sorğulanır.
Almaniya Demokratik Respublikası (ADR) və Almaniya Federativ Respublikası (AFR) olaraq ikiyə bölünmüş olan ölkə Avropada soyuq müharibənin mərkəzi idi. Qərbi Almaniya olaraq da bilinən Federativ Almaniya 1955-ci ilə qədər müttəfiq əsgərlərinin işğalı altında idi, ADR-də isə Qırmızı Ordu vardı.
Bir tərəf kapitalizmin, o biri tərəf isə sosializmin ön plandakı ölkəsiydi və bu səbəblə də ölkəni işğal edərək Nasist rejimini devirən orduların əsgərlərinə qarşı vəziyyət almaq mümkün deyildi. Alman qadınlarına kütləvi təcavüzlə əlaqədar araşdırmalar bu səbəblə illərlə aparılmadı.
Mövzuya bəzi xatirələrdə yer verildi, amma ümumi araşdırma aparılmadı.
Bu faktora əlavə olaraq belə bir araşdırma aparılmasına iki səbəblə qarşı çıxırdılar:
Belə araşdırma yəhudi soyqırımının təsirini azaldır və nasistlərin cinayətlərinin xəfif görülməsinə yol aça bilər.
Almaniya müttəfiqlər və Qırmızı Ordu tərəfindən işğal edildiyində və Qərbdə işğal statusunun sürdüyü 1955-ci ilə qədər alman qadınlarına təcavüz yayğın olay idi, bilinirdi. Böyük ədədlərin ortaya çıxmasından və bunun da yəhudi soyqırımının təsirini azaltmasından çəkinilirdi.
Mövzuyla əlaqədar ilk tədqiqatlar xüsusilə Berlin nümunəsindən hərəkət edir və Qırmızı Ordu əsgərləri tərəfindən reallaşdırılan təcavüzlər üzərində dayanırdı.
Erika Hoerninqin "Shake als Kriegsbeute" (Müharibə qənimət olaraq qadınlar) və Norman M. Naymarkın "Die Russen in Deutschland" (Ruslar Almaniyada) kitabları nümunə olaraq verilə bilər. Bir iş qrupu tərəfindən hazırlanan və sahəsində standart əsərlərdən biri olaraq qəbul edilən ikinci kitabda Qırmızı Ordu əsgərləri tərəfindən Almaniyada və Orta Avropa ölkələrindən sürülən almanlar arasında təcavüz edilən qadın sayı 2 milyon olaraq verilirdi.
Bir hissəsi Südetlər olaraq bilinən bu kütlə nasistlərin məğlubiyyəti üzərinə məskunlaşdıqları torpaqlardan, xüsusilə Çexoslovakiyadan Almaniyaya sürgün edilmişdi.
İngiliscədə Amerika əsgərlərinin alman qadınlarına təcavüzləriylə əlaqədar əsərlər nəşr olunmuş olmasına baxmayaraq bunlar əskik saylara söykənirdi.
Burada qeyd etmək lazımdır ki, müharibə əsnasında ABŞ əsgərləri bir dönəm tapıldıqları İngiltərədə və daha sonra Fransada da qadınlara təcavüz etmişdilər. Bu mövzuda edilən araşdırmalar yalnız hərbi mövqelərə edilən şikayətləri qiymətləndirdiyi üçün əskik olaraq görülür. Nə ki, əskik belə olsalar, sayı gizlənə bilməyəcək qədər çoxdur.
Miriam Gebhardt müharibənin son dövründə və müharibə sonrasında alman qadınlarına təcavüz mövzusunda yalnız Qırmızı Ordu nümunəsinin ələ alınmasının səhv olduğunu, Qərbdə ABŞ, ingilis və fransız əsgərləri tərəfindən reallaşdırılan təcavüzlərin də araşdırma əhatəsinə alınması lazım olduğunu qeyd edir.
Nə ki, təcavüzlərin üzərindən 60-70 il keçmiş, məğdurların bir hissəsi artıq yaşamır və yazar yaşayan məğdurlardan çata bildikləriylə də şifahi tarix çalışması etməyə yönəlmir. Yaşlıların qaldığı dəyişik yurdlardan aparılmış olan araşdırmalar gənc yaşlarda təcavüzə uğramış qadınların illər sonra belə mövzunu danışdıqlarında psixoloji travma keçirdiklərini göstərir. Bu araşdırmaları oxuyan yazar nənələrə yeni bir travma yaşatmamaq üçün şifahi tarixdən imtina edir.
Yazar Almaniyada Qırmızı Ordu və müttəfiq orduları əsgərləri tərəfindən təcavüzə uğrayan qadın sayının ancaq təxminən olaraq bilinə biləcəyini və bu mövzuda daha ətraflı araşdırma aparılması lazım olduğunu vurğulayır.
Özünün Almaniyanın kapitalist və sosialist hər iki tərəfində tapdığı təcavüzə uğramış qadın sayı ümumi 860 min... Bu satın əslində daha yüksək olduğunu qeyd edilir.
Buradan suala gəlirik: bu rəqəmi necə tapdınız?
Bu cür araşdırmalarda istifadə edilən üsul əhəmiyyətlidir və üsuldakı fərqliliyə görə bir-birindən çox fərqli rəqəmlər tapıla bilər.
Müəllif Federal Statistika Dairəsi Başçılığının 1956-cı ildə nümayiş etdiyi Federal Almaniyada (Qərb Berlin daxil) evlilik xarici doğulmuş "işğal uşaqları"nın sayından hərəkət edir: 68 min. Bunların 55%-i amerikalı, 15%-i fransız, 13%-i ingilis, 5%-i sovet, qalanı da digər millətlərdən ataya sahibdir. (DAR rəqəmlərinə bir azdan gələcəyik.)
Qadınların ifadəsinə görə bunlardan 3200 dənəsi təcavüz nəticəsində hamiləlikdən meydana gəlmişdir.
Müəllif ABŞ işğal gücləri hərbi prokurorluğunun rəqəmlərindən hərəkət edərək  1945-ci il mart-sentyabr arasında ABŞ əsgərlər tərəfindən təcavüz edilən qadınların dörddə birinin daha sonra evləndiyini öyrənir. Bu vəziyyətdə təcavüz uşaqlarının sayı 11 min qədər yüksəlir və 43 min rəqəminə çatır.
Bu rəqəmə təcavüzə uğradığı sırada almanla evli olan qadınlar və hamiləlik və doğum zamanı dövlətlə hər hansı bir əlaqəsi olmamış, dolayısıyla qeydə keçməmiş qadınlar daxil deyil.
Keçmiş DAR bölgəsində isə rəqəm tapmaq çox çətindir. Bu səbəblə müəliif xüsusilə Berlin ilə əlaqədar edilən araşdırmalardakı yüksək təcavüz sayından hərəkətlə Qırmızı Ordu işğal bölgəsi üçün də 43 min rəqəmini qəbul edir.
Bu vəziyyətdə ümumi 86 min təcavüz nəticəsində doğulmuş uşaq sayına çatılır.
Müəllif müxtəlif ölkələrdəki təcavüzə uğrayan qadın ilə bu səbəblə hamilə qalan qadın nisbətini araşdıraraq (uşağı aldırma da daxil) birə on nisbətinə çatır. Ya da təcavüzə uğrayan qadın sayı təcavüz səbəbiylə hamiləlikdən doğulan uşaq sayının təxminən 10 qatıdır.
Buradan 860.000 rəqəminə çatılır.
Müəllifin da qeyd etdiyi kimi gerçək rəqəm bunun üzərindədir.
Müəllif ginekoloqlarla, anaya ictimai dəstək verən dövlət quruluşlarıyla, qadınların günah çıxardığı keşişlərlə görüşür, amma buralardan ümumi rəsmə çatmaq mümkün deyil. Ən çox çatılan ümumi təcavüz rəqəminin heç də şişirdilmiş olmadığı nəticəsinə gəlinə bilər.
İkinci Dünya Müharibəsində qadınlara təcavüz yayğın hadisədir... Yaponiya ordusunun Çin və Koreyada təxminən 300 min qadına təcavüz etdiyi təxmin edilir.
İkinci Dünya Müharibəsində bu təcavüzlərlə 1990-cı illərdən sonrakı müharibələrdə yaşanılan təcavüzlər arasında ayrı-seçkilik var.
Yuqoslaviyada, Afrikadakı vətəndaş müharibələrində, Suriyada döyüşən tərəflərin hamısı tərəfindən reallaşdırılan təcavüzə qarşı tərəfin müqavimətini qırmaq, təcavüzü müharibə vasitəsi olaraq istifadə etmək ön planda var.
Almaniyadakı məşhur təcavüz nümunələrini isə böyük nisbətdə bu kateqoriyaya soxmaq mümkün deyil. Nasistlərin etdiklərinə qarşı intiqam duyğusu vardır, amma cinsi ehtiyac ön plandadır. Təcavüzün müharibə vasitəsi olaraq istifadə edilmə faizi çox aşağı olmalıdır, çünki nasistlər müharibəni onsuz da itirmişdilər. Müttəfiqlər və Qırmızı Ordu tərəfindən yaxşıca sıxışdırıldıqdan sonra belə müharibəni davam etdirdilər, amma qazanacaqlarına özləri də inanmırdılar.
Bu səbəblə qadının "müharibə qəniməti" olaraq sayılması bu təcavüzlərin açıqlanmasında əhəmiyyətli anlayış olaraq qiymətləndirilə bilər. Qadının müharibə qəniməti olaraq qəbul edilməsi ilk çağdaki müharibələrdən bəri söz mövzusudur. Qarşı tərəfdəki kişiləri məğlub edən bu tərəfdəki kişilər qarşı tərəfin qadınları üzərində də haqq sahibi olurlar. Bu mənada İkinci Dünya Müharibəsi sonlarında alman qadınlarına istiqamətli təcavüzlər tarixdə yeni deyil.
Yeni olan daha sonra ortaya çıxar və təcavüz qarşı tərəfin savaş şövqünü qırmaq, əhvalını pozmaq məqsədiylə istifadə edilməyə başlanır. Burada əsl olan - vardır, amma ön planda deyil - cinsi istək deyil, təcavüzün müharibə vasitəsi olaraq istifadə edilməsidir.

0 comments :

Post a Comment