Thursday, 14 July 2016

Corc Oruell - 1984


Yuxarıdakı göz tanış gəldimi? Hər şeyi görən, hər şeyi təqib edən o məşhur göz!

Böyük bir xaos. İnandığınız hər şey gündən-günə dəyişdirilir. Keçmiş dəyişdirilə bilərmi? Bu sualın cavabını bir müddət məntiq çərçivəsində oturtmağa çalışırsınız. 

Partiya hər zaman haqlıdır. İnsana aid bütün zövqlər, yaşama arzusu, cinsəllik, bütün duyğular hökumətin sarsılması üçün kafi bir səbəbdir. Ki, buna görə fikir cinayəti distopiyada tək və ən böyük cinayətdir. Sistemin sənə ön görüldüyü süni, məhdudlaşdırılmış, davamlı təqib edilmək məcburiyyətində olduğun həyatı davam etdirmək məcburiyyətindəsən. Ta ki buxarlaşdırılana qədər.

Hökumətin gələ biləcəyi ən dəhşətli vəziyyəti düşünün. İnsanlar ağlasığmaz bir təzyiq altındadırlar. Azad iradə yox edilmişdir. Bütün varlıqlara əl qoyulmuşdur. Düşüncə azadlığı ortadan qaldırılmışdır. İşgəncə rəhbərliyin bir parçası halına gəlmişdir. Davam edən müharibələr, qıtlıq bitmək bilmir və s.

Artur Kostler: “Oruell 2 dünya müharibəsi arasında İngiltərənin ədəbiyyatçıları arasında təkdahi idi.”
Oruell bu romanında satira sənətini danışdırmışdır. Oruellin satirasından yalnız sosialistlər deyil, kapitalistlər də  nəsibini almışdır. 1950-ci ilə qədər yayınlanmamasının səbəbi isə bu iynəli anlatımda yatmaqdadır.

Corc Oruell, əsl adı ilə Erik Artur Bleyer XX əsr ingilis ədəbiyyatının ön də gələn qələmləri arasındadır. “1984” adlı romanı və bu romanda yaratdığı “Big Brother” ilə tanınır.

Oruellin həyatı sonradan yazılarına təsir edəcək təcrübələrlə doludur. İton kollecindən məzun olduqdan sonra o sırada İngiltərə müstəmləkəsi olan Birmada olmuş, qısa müddətliyinə adanın polis təşkilatında işləmişdi. Bu məmuriyyət dönəmində şahid olduğu qəddarlıqlar imperiyaya qarşı dərin qəzəbinə səbəb olmuşdu.

Gənclik illərində Fransada olmuş, cürbəcür peşələrdə işləmiş, pul sıxıntısı istər yazarlığa başlamadan öncə, istər ilk əsərlərini qələmə aldığı illərini yaxasını buraxmamışdı.

Oruellin ilk romanı avtobioqrafik olub-olmadığı hələ müzakirə mövzusu olan “Paris və Londonda qara qəpiksiz”dir. (1933) Avropanın 2 böyük paytaxtını toplumun ən alt təbəqəsində adı əsla zikr edilməyən şəxsin gözündən göstərən əsərdən sonra “Birma günləri”(1934) və o qədər də bəyənilməyən “Keşişin qızı” (1935) gəlir.

Oruellin ədəbi həyatındakı 2-ci km daşı daha sonra “Boğuluram” (1939) ilə  bir çox ortaq nöqtəsi olan “Yaşasın, Fikus!” (1937) adı romandır. Oruell bu əsərdə özünün də bir parçası olduğu, dar gəlirli orta dirəyin yaşantısına ayna tutur. Bu sinfə mənsub olanların həyatını addım-addım qurudub mənasızlaşdıran, ümidlərini və xəyallarını bir-bir öldürən dolanışıq dərdinə  və cansıxıcılığa üsyan edir.

1937-ci ildə Oruell mədən işçilərinin həyatına dair araşdırma olan “Uiqan körpüsü yolu”nu qələmə alır. Təəssüf ki, yazıları bu tarixdən sonra kəsintiyə uğrayacaq. Çünki cənubda, İspaniyada müharibə davulları çalınmağa başlanmışdı.

Oruell İspaniyada çevriliş edən, Hitler ilə Mussolinin də dəstəyini alan Frankoya qarşı mübarizə aparan könüllülərə qatılaraq İspaniyaya gedir. Müharibəyə dair xatirələrini daha sonra “Kataloniyaya məhəbbətlə” adı əsərinə köçürəcəkdi.

Oruell gördükləri qarşısında çox təsirlənir. Çevrilişçilərlə çatışan inqilabçı təşkilatlar, özəlliklə də sosialistlər və anarxo-sosialistlər İspaniyada yepyeni bir nizam qurmuş kimi idilər. Fahişəlik ortadan qaldırılmış, dilənçilər küçələrdən çəkilmişdi. Bazardakı bir çox mal ehtiyac sahiblərinə pulsuz dağıdılmaqdadır. Yeni sistem sosial həyatın hər detalını təsirləndirir. Artıq heç kimsə sinyor kimi, qarşıdakı şəxsin üstün olduğunu eyham vuram sözləri tələffüz etməməkdədir və bəxşiş buraxmaq qadağandır.

Oruell cəbhəyə gedir, bir kəskin nişançının atdığı mərmi ilə qırtlağından vurulur. Ölümdən qıl payı qurtularaq cəbhə arxasına göndərilir və İspaniyaya ilk gəldiyində gördüyü nizamın tamamilə ortadan qaldırılmış olduğuna şahid olur. Qənaətinə görə bu durum sadəcə İspaniya burjuaziyasının deyil, Avropada zamansız inqilab hərəkatının başlanmasını təhlükəli bilən Stalinin də əsəridir.

Qısa bir müddət sonra SSRİ ilə yaxın əlaqələr quran İspaniya Kommunist Partiyası siyasi təmizlik hərəkatına girişir. POUM qeyri-qanuni elan edilir, xarici əsgərlər silah dostları tərəfindən həbs edilir ya da Oruell kimi ölkəni tərk etmək məcburiyyətində qalırlar.

İspaniyadakı “xəyanətə uğramış inqilab” tablosu Oruelli dərindən sarsıtmışdı. Ancaq ən məşhur əsərləri olan “Heyvanıstan” və “1984”ü sırf Stalini məğlub etmək üçün qələmə alındığını iddia etmək mövzunu həddindən artıq bəsitləşdirmək olacaq. Oruell yazarlığa başladığı günlərdəki çizgisindən sapmış deyil. Necə ki, ilk əsərləri öz təcrübələrindən izlər daşıyır, ancaq hər toplumu və dövrü maraqlandıran məsələləri də işlədirsə, müharibə sonrası əsərləri də sadəcə Frankonun, Hitlerin, Stalinin dünyasını deyil, bu despotları yaradan məqsəd və axmaqlığı da daşlamaqdadır.


Oruell “Kitabımda anlatdığım toplumun bir gün var olub-olmayacağını bilmirəm, amma buna  bənzərin gələcəyinə inanıram” deyirdi.

Elə bir dövrdür ki, bütün xalq evlərindəki tele-ekran deyilən texnoloji alətlər tərəfindən 7/24 izlənilməkdədir. Bu alətlər vasitəsilə insanların şüurları heç dayanmadan nəzarət edilməkdə, etdikləri bütün hərəkətlərə istiqamət verilməkdə, duyğuları tamamilə yox edilməkdə, ruhları hirs və nifrətlə doldurulmaqdadır. Tanış gəldi?

İnsanlar “1984”də olduğu kimi peyklərlə, kameralarla izlənməkdə, telefonları dinlənməkdə, ortam dinlənməsi ilə əldə edilən səs qeydləri internetdə yayınlanmaqdadır. Bir evin içindəki söhbətlər çöldən texnika təchizatlı maşından dinlənməkdə və qeyd edilməkdədir. İnsanların kompyuterlərinə əl qoyulmaqda, məhkəmədə olması gərəkən kompyuterdəki məlumatlar, telefondakı ən özəl söhbət qeydləri bəzi mediaya servis edilməkdə və yayınlanmaqdadır.  Vətəndaşların kompyuterlərinə, telefonlarına onları günahlandıracaq sənədlər yüklənməkdədir. Hər hansı bir insanın kompyuterindəki bu digital məlumatlarda adı keçənlər də tutulmaqdadır. İki şəxin öz aralarında 3-cü şəxs haqqında səfeh-səfeh telefon söhbətləri belə iddianaməyə girməkdədir. Günahı məhkəmə qərar ilə sabit olmamış insanlar terror təşkilatı üzvü olaraq təşhir edilməkdə, insanın qüruru və haqları layeqdcəsinə, quldurcasına çeynənməkdədir. İnsanlar nə ilə günahlandırıldığını bilmədən aylarla həbsdə qalmaqda, hətta ölməkdədir. Şübhəli və şahid ifadələri məhkəmədən öncə qəzetlərə çatmaqdadır. Bununla məqsəd qorxu yaratmaqdır. Hər kəs bu davadan “içəri alınaram” qorxusu içindədir.

Romanda dilləndirilən başqa bir mövzu "prolların gücü"nə də toxunmaq lazımdır. Cəmiyyətin 85%-ni təşkil etmələrinə rəğmən güclərinin fərqində olmayan kütlə idarə edənlərin boyunduruğu altında “yaşamaq” xaricində hər hansı bir haqqa sahib ola bilməməyin əzikliyiylə həyatlarını davam etdirirlər. "İNQİLAB" mexanizmi heç bir zaman hərəkətə keçə bilmədiyi kimi bu anlayışın varlığı belə şübhəlidir. 

 "1984”ün başlıca ünsürlərindən biri də “fikir cinayəti” və “fikir polisi”dir. Londonu məkan olaraq seçən romanda şəhərin hər yerinə, hər evə, hər dükana qoyulmuş rəsmlərdəki “Böyük Qardaş”la  bu “cinayət” nəzarət altına alınır. Böyük Qardaşın yaşayıb-yaşamadığı belə bəlli deyii, bir növ “Demokl qılıncı” kimi toplumun təpəsindədir. “İngsoc” adlı partiyanın sloqan bəsitdir:  

MÜHARİBƏ-SÜLHDÜR.
AZADLIQ-KÖLƏLİKDİR.
CAHİLLİK-GÜCDÜR.

Bu anlayışı topluma dayatmaq 1-ci hədəfdir, bunun üçün də heç bitməyən müharibələrlə qorxu tətiklənməkdədir. Bu nöqtədə Oruellin distopiyası reallığa yaxınlaşmışdır. Bugünün supergüclərinin müharibəylə bəsləndiyi apaçıq ortadaykən yanlışdan söz etmək mümkün deyil. 

Romanda “yenidil” olaraq önümüzə çıxan dilin sadələşdirilib kəlmələrin minimalizasiya edilməsi durumu da diqqətçəkicidir. Avtoritetin düşüncəni nəzarət altına almasının təməlini təşkil edən bu “yeni dil” keçmişi manipulyasiya etmək meylinin çıxış nöqtəsidir. Toplumu düşünməyə itələyəcək kəlmələrin yox edilib bəzilərinin də birləşdirilərək anlamsızlaşdırılması təməlinə dayanan bu sistem xoşbəxtliyi avtoritet baxışıyla yenidən tərif edir. 

Son olaraq keçmişdəki gözəllik qavramıyla (İnqrid Berqman) indiki gözəllik qavramını (Ledi Qaqa) qarşılaşdıraq. Başqa sözə ehtiyac yoxdur.

0 comments :

Post a Comment