Thursday, 14 July 2016

Qərb cəbhəsində yenilik yoxdur



Müharibələr əsrlər boyu adsız qəhrəmanların ölüb tarixin tozlu səhifələrinə tanınmış generalların keçdiyi soyqırımlar olmuşdu. Ölənlər bədənlərini müharibə sahələrinə buraxıb yeni evlərinə, həyatda qalanlar ruhlarını müharibə sahələrinə buraxıb köhnə evlərinə qayıdarlar. Son dönəmlərdə  fərqli adlarda anılmış olsa da - shell shock, travma sonrası stress pozuntusu və s. - əsgərlərin başlarına gələn ruhlarının ölməsi idi.

“Qərb cəbhəsində yenilik yoxdur bizə bu olayı bəlkə də ən yaxşı göstərən romanlardan biridir. Müəllif bu romanda özü kimi ruhlarını Flandriya düzənliklərində buraxmış əsgərlərin hekayəsini göstərir. Bizi Flandriya düzənliklərinin qaranlıq və barut qoxan havasına götürən bu romanın toxumları yenə o düzənliklərdə məcburi olaraq tapılan biri tərəfindən atılmışdı. Bu, universitet oxumaq yerinə əsgərliyə yazılmağa zorlanan Erix Mariya Remarkdır.

1929-cu ildə nasistlərin və militarizmin yüksəlməkdə olduğu bu atmosferdə keçmiş əsgər tərəfindən yazılan bu kitab dünyada müharibənin acılarını çəkmiş şəxslər tərəfindən çox tutuldu və çox böyük şöhrətə qovuşdu.

Roman fanatik müəllimlərin qazı və təzyiqi ilə orduya yazılan bir qrup tələbənin müharibənin ağırlığı və qaranlığı altında əzilməsini göstərir. Əsər sadəcə bu tələbələrin deyil, fərqli sosial statusdakı şəxslərin müharibə qarşısındakı davranışını və cəbhə arxasındakı xalqın müharibəyə baxış istiqamətini də realist şəkildə əks etdirir.

Müharibə əleyhdarlığı və romanın gənc kütlələr qarşısındakı təsirini görən nasistlər qəzəblərini romana yönəltməkdə gecikmədilər. Romanın yığılıb yandırılması əmrini verdilər. Bununların kifayətlənməyən nasistlər müəllifi həbs etməyə çalışdılar, amma müəllif xarici ölkəyə qaçdı. Müəllifin bacısı isə o qədər şanslı deyildi və nasist qəzəbindən qaça bilmədi.

1930-cu ildə Lüis  Maylstounun rejissorluq etdiyi eyni adlı film böyük uğur qazandı. Bu uğur bərabərində “Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyalarında akademiya mükafatları gətirdi.
Müharibə əleyhinə yazılmış ən önəmli əsərlərdən olan “Qərb cəbhəsində yenilik yoxdur” istər-istəməz oxucuların müharibəyə baxışını dəyişdirir.

0 comments :

Post a Comment