Saturday, 8 October 2016

Adolf Hitler və yəhudi soyqırımı gerçəyi


II DM memarlarından Hitler günümüzdə hələ danışılır. Özəlliklə də gündəmə gəlişinin səbəbi "yəhudi soyqırımı", digər adıyla "Holokost"dur. II DM əsnasında 6 milyona yaxın yəhudi öldürüldü. Soyqırımdan məsul almanların “Fürer” olaraq adlandırdıqları Hitler olduğu qeyd edilir. Yaxşı, bəs bu soyqırımı Hitler niyə törətdi? Müxtəlif ifadələrin xaricində bu mövzu haqqında Hitlerin özünün yazdığı kitabında da öz ağzından bəzi ifadələri var. “Main Kampf” adlı əsərində Hitler yəhudilərin xüsusilə alman iqtisadi quruluşuna zərbə vurduğunu iddia edir. Hətta müharibəni də yəhudilərin üzündən itirdiyini söyləyir. Müharibə dövründə silah fabriklərinin çoxu yəhudilərin əlində və işçiləri də yəhudi idi. Bu fabriklər ən lazımlı olduqları zamanda tətilə getmələriylə almanların müharibə sahələrində sursat çətinliyi yaşamasına səbəb oldular. Hitler bu xəyanəti əsla bağışlamadığını kitabında qeyd edir. Bu günə qədər bu mövzu haqqında araşdırma aparanların yayğın fikrinə görə isə Hitler anasının yaşadığı xəstəlikdən xilas ola bilməməsi nəticəsində həkimləri günahkar görürdü. Bu həkimlər də yəhudi idilər. Ancaq araşdırmaçılar bu mövzuda məhdud məlumatlara ulaşmadılar. Çox daha geniş sahələrdə araşdırma etdilər və ortaya qoyduqları nəticələr ağıllara fərqli sualların gəlməsinə səbəb oldu. Məsələn, ağıllara Hitlerin "Yəhudi soyqırımı"nı reallaşdırmasında gizli güclərin olduğu və ya şəxsən sionizm təmsilçiləriylə anlaşdığı və s. düşüncələrlə bağlı suallar gəlir. Bu suallara cavab verə bilmək üçün o dövrü yaxşı bilmək lazımdır.



HİTLERİN ALMANİYANIN BAŞINA KEÇMƏSİ VƏ DİKTATORLUĞA GEDƏN ADDIMLARI 

Ağla gələn suallara işıq tuta biləcək hadisələrin başlanğıcına enməkdə fayda var. Bunun üçün də bu dövrdə reallaşan hadisələrin baş qəhrəmanı Hitlerin Almaniyanın başına keçdiyi dövrü araşdırmaq lazımdır. Yəni II DM-dən 15 il əvvələ getmək lazımdır. Bilindiyi kimi Almaniya I DM-də Osmanlı ilə müttəfiq idi. Bu müharibədə Almaniyanın olduğu tərəf məğlub olunca çox ağır nəticələrə dözmək məcburiyyətində qaldılar. Hətta dünya tarixinə göz atıldığında bəlkə də ən yüklü müharibə təzminatı ödəyən ölkə Almaniya olmuşdur. Tam 132 milyardlıq qızıl pul təzminatı Versal sülh müqaviləsi ilə almanların üzərinə qoyulmuşdu. Bunun yanında bir də alman ordusu 100 min sayına qədər azaldılmaq məcburiyyətində qalmışdı. Ortaya çıxan o qədər əsgər də işsizlər ordusuna qatıldı. Bu müharibədə itirdiyi Elzas-Lotaringiya ilə iqtisadiyyatına böyük bir zərbə vurulmuşdu. Bu bölgə bilindiyi kimi dəmir mədənin çox olduğu bir bölgədir. Onsuz da torpaqlarının da böyük əksəriyyətini itirməsiylə yararlı əkinçilik ərazisi də məhdudlaşdırılmış oldu. İmperator II Vilhelm də müharibə məğlubiyyətindən dərhal sonra ölkədən qaçdı və siyasi bir boşluq ortaya çıxdı. Bu əsnada da Noyabr İnqilabı reallaşdı. Noyabr İnqilabından dərhal sonra seçkilər oldu və koalisiya hökuməti yaradıldı. Bu hökumətdə ictimai demokratlar və başçı Fridrix Ebert nüfuzlu idi, ancaq əllərindən gələn heç bir şey yox idi. Çünki xalqın içində olduğu vəziyyət çox ağır idi.


Cəmiyyət psixoloji baxımdan da çökmüşdü. Çünki fransızlar, yəni tarixi düşmənləri onları Versal sülh müqaviləsi ilə yerlə bir etmişdi. Almanlar buna görə ağır şərtlərdən çox təhqir olaraq gördükləri bu müqavilənin psixoloji təsirində idilər. Bu səbəbdən başlarına gələcək lider təsirsiz qalmamalı və köhnə Almaniya ruhunu canlandıra bilməliydi. Bu dövrün parlayan ulduzu milliyyətçilik axını da aldıqları ağır məğlubiyyətlə qırılan qürurlarını köhnə günlərə qaytarmaq istəyən almanları dərindən təsir etdi. Hitler belə bir mühitdə səhnəyə çıxdı. Hitler bu dövrdə Nasional Sosialist Alman Fəhlə Partiyasında lider oldu. Hitler içində olduqları vəziyyətin ciddiyətini qavraya bildiyindən olsa gərək davamlı milliyyətçi ifadələrlə kütlələrə təsir edirdi. Davamlı Versal sülh müqaviləsini əsla tanımayacaqlarını vurğulayır və almanlar üçün "yeni həyat sahəsi" anlayışını ortaya atırdı. Partiyanın proqramında iştirak edən maddələrdə isə yəhudi əleyhdarlığı fərq edilirdi. O proqramdakı maddələrdən bir neçəsi belə idi:
- Yalnız bizim millətimizdən olanlar vətəndaş ola bilər. Yalnız alman soyundan gələnlər, inancı nə olursa olsun, bizim millətimizdəndir. Buna görə heç bir yəhudi bizim millətimizin hissəsi ola bilməz.
-Xalqımızın dolanışığı və sayları artan insanlarımızın yerləşməsi üçün torpaq (koloniya) istəyirik.

Bu partiya proqramı və ifadələriylə Nasional Sosialist Alman Fəhlə Partiyası yalnız 4 ildə ölkə siyasətində çox böyük bir güc halına gəldi. 1924-cü ildə məclisdə 32 millət vəkili var idi. 1924-cü ildən etibarən Rotşild adındakı məşhur yəhudi ailə Amerikadakı üzvləri vasitəsilə almanlara dəstək təmin etməyə başlamışdır. Bunun ən açıq nümunəsi də almanların borclarını konfiqurasiya edən “Dawes” və “Young” planlarıdır. C.P. Morqan vasitəsilə bu ailə planlar üzərində təsirli olmuşdur. Yaxşı, almanlara fayda təmin edən bu planlar qarşılıqsız bir şəkildəmi ortaya çıxdı? Bu sualla əlaqəli dövrün Fələstininə nəzər salaq.

1924-CÜ İL VƏ SONRASINDA FƏLƏSTİN TORPAQLARI

Almaniyada bu illərdə reallaşan vəziyyətlər belə idi. Yaxşı, bəs Fələstində? Fələstin bu dövrə qədər yəhudi yerləşkəsi olaraq Ümumdünya Sionist Təşkilatının xəyalı idi. Çox pullar axıdılıb bu bölgədən bir çox torpaq satın alınmışdı. Osmanlının son çatmasıyla da bu təşkilat daha fəal bir rol boynuna götürmüş və əməllərinə çatacaq torpaqlara qismən yiyələnmişdilər. Ancaq yalnız torpaq bəs eləmirdi. Xəyalını qurduqları “Yəhudi Dövləti” üçün yəhudilərin də bu torpaqlara gəlib yerləşməsi lazım idi. Bölgəni əlində tutan ingilislər də bu təşkilata dəstək verirdi. Bütün təbliğatlara baxmayaraq Osmanlı zamanındakılarla və sonrasında gələn yəhudilərlə birlikdə yəhudi sayı ancaq 85 minə çata bilmişdi. Çünki yəhudilərin həyat keyfiyyətləri Avropada üst səviyyədə idi. Yəhudilərin bu istəksiz rəftarı təşkilat üçün bir “handicap” idi. Bir şəkildə yəhudilərin bu torpaqlara köçü təşkil olunmalı idi. Bu dövrdə də ən çox yəhudi Almaniya torpaqları içində idi. Onsuz da “Holokost”da 6 milyon kimi bir ədəddən söz edilməsi də bunu sübut edir. Almaniyada milliyyətçilik ifadələriylə sürətli bir yüksəlişə keçən Hitler bax bu nöqtədə fərqli bir fiqur olaraq qarşımıza çıxır. Milliyyətçilik ifadələriylə xalqın qürurunu oxşayan Hitler hələ bu dövrdə lazımi maliyyə qaynağa çata bilmiş deyildi. Onsuz da xalqın içində olduğu durumda siyasi ifadələrini bir şəkildə iqtisadi olaraq da dəstəkləməli idi. Əks halda o da seçimi qazana bilməyəcəyinin fərqində idi.

HİTLERİN MALİYYƏ DƏSTƏKÇİLƏRİ 

Seçki propaqandalarında davamlı ön plana çıxan Hitlerin maliyyə dəstəkçilərini eşitdiyinizdə çaşacaqsınız. O dövrdə Almaniyada sənaye nəhəngləri olan Tissen, Krupp, Kirdoff və Rotşild ailəsi Hitlerə maliyyə baxımdan çox dəstək olmuşdular. Bu dəstəyi arxasında tapan Hitler 1933-cü ildə prezident Paul fon Hindenburq tərəfindən iqtidara gətirildi. Bu həmlə ilə seçki də bir rəsmiyyətə çevrildi. Çünki həm xalqın, həm də bu böyük şirkətlərin təzyiqinə prezident dözə bilməmişdi. Hitler üçün hər şey yeni başlayır. Çünki artıq vədlərini gerçəkləşdirmə mərhələsinə gəlmişdi. Öncəlliklə alman irqi üçün yeni həyat sahələrini gerçəkləşdirməli idi. Ancaq çökmüş alman iqtisadiyyatıyla müharibəyə girmək son dərəcə məntiqsizdir. Seçkilərdən əvvəl nüfuzlu olan yəhudilərin maliyyə dəstəyinə yenidən ehtiyac var idi. Bu dəstəklərin təşkilat qismində isə Ümumdünya Sionist Təşkilatı (WZO) vardı. Bunun sübutu da II DM boyunca almanların istifadə etdiyi topların istehsalını bir yəhudi şirkəti olan SKF etmişdir. Yakob Vallenberq şirkətin sahibidir. “Standard Oil” də nasistlərə aid hərbi vasitələrin neft ehtiyacını qarşılamışdır. Üstəlik həbs düşərgələrində istifadə edilən qazların istehsalı belə yəhudi kimya firması olan “Farben” şirkətidir.

Müharibə öncəsində istehsal edilən 500 ton arasındakı qurşun almanlara çatdırılır və bu qurşunların ödəməsini həyata keçirən Braun Harrimandır. O da bir yəhudi idi. Bu ödəmə Harriman təminatı olaraq reallaşdırılmış və təminat tarixi də 21 sentyabr 1938-ci il olaraq qeydlərə düşülmüşdü. Ancaq müharibəyə bir addım qalmış alman borclarının vədəsi gəlirdi və bu vəziyyət böyük bir sıxıntıya səbəb olacaqdı. 1933-cü ildə Con Foster Dalles (CFR üzvü, sonrakı dövrdə ABŞ xarici işlər naziri) və Allen Dalles (CFR üzvü, sonrakı dövrdə CIA şefi) ilə Hitler görüşdülər və bu borcların vədələri uzadıldı. Ayrıca yəhudi ailələrində Semyuel ailəsi də Hitlerə 30 milyon funt maliyyə dəstək təmin edirdi. “Royal Dutch Shell” adlı neft firması bu ailəyə aid idi. Bilinən bu gerçəkləri Hitler də inkar etməmişdir. Hətta ən yaxın yoldaşlarından Herman Rauşninqin yazdığı kitabda bunlara toxunulmuşdur. “Hitler M'a Dit” (Hitler mənə dedi ki) adını daşıyan kitabda Hitlerin mübarizəsində yəhudilərin çox əhəmiyyətli qatqılarının olduğunu və maliyyə olaraq çox dəstək verdiklərini ifadə edir. Bu ifadəni də Hitlerin ağzından verir.


Ağıllara yeni suallar gəlməyə davam edir. Yəhudi dairələri bu maliyyə dəstəyini niyə təmin etdilər? Üstəlik bu dəstəyi partiya proqramında açıqca yəhudi əleyhdarlığı edən bir liderə verirdilər. İllər sonra ortaya çıxan “Wilhelmstrasse” gizli sənədləri ilə bu olaya bağlı fikirlər meydana gəldi. Bu sənədlərdə sionist təşkilatlar ilə Hitlerin anlaşma etdikləri ortaya çıxdı. Yəhudilərə edilən təzyiqə yəhudi liderlərin dəstək verdiyi və maliyyə olaraq Hitleri də bu təzyiqi etməsi üçün dəstəklədikləri bu sənədlərdə yer alır. Xüsusilə də məqsədləri zəngin yəhudi ailələrə göz dağı vermək idi. Buna görə də həbs düşərgələrinə sadəcə şikəst, əlil, kasıb yəhudilər gətirilirdi. Bunların yanında romanlar və qaraçılar də vardı. Bu qorxutma və təzyiqlə varlı yəhudilər satın alınan torpaqlara köçə zorlanmış olurdu. Üstəlik Hitler dövlət siyasəti olaraq yəhudilərə köçün önünü açırdı. Soyqırım məqsədi olan bir diktator nə üçün belə bir köçə icazə versin? Üstəlik niyə dövlət siyasətiylə də dəstəkləsin? Köç etmək istəyən yəhudilərin köç təşkilatını da sionistlərlə birlikdə yürütmüş və yalnız Fələstinə köçə icazə vermişdilər. Nasist zabitlərindən olan Adolf Eyxman bu köç təşkilatının başında yer almış və Macarıstan, Çexoslovakiya və Avstriyada köç büroları qurdurmuşdur. 1941-ci ilə qədər bu bürolar vasitəsilə Eyxman qanunlar çərçivəsində yəhudi köçünü icra etmiş və 250 mini aşan yəhudinin Fələstinə köçünü reallaşdırmışdır. Hitler ilk olaraq Rumıniya, Polşa, Avstriya və Macarıstanı işğal etmişdir. Bunun səbəbi də yəhudi əhalisinin bu ölkələrdə daha çox olması olaraq göstərilir.
Jurnalist sionist Teodor Hertsl bu mövzu haqqında belə deyir: “Wilhelmstrasse”nin gizli arxivləri Hitler imperatorluğu ilə yəhudi təşkilatları arasında alman yəhudilərinin Fələstinə köçlərini asanlaşdırmaq məqsədiylə bir razılaşma imzaladığını ortaya qoymaqdadır.

II DM 1945-ci ildə bitmişdir. Bundan yalnız 3 il sonra da İsrail dövləti 1948-ci ildə qurulmuşdur. Çox danışılan bu mövzu haqqında fikir yürüdüb qənaət sahibi olmaq bu məlumatlar işığında sizə qalır.

0 comments :

Post a Comment