ANİME NƏDİR, NƏ DEYİL?
Yaponiyada manga-cizgi roman, anime-animasiya, dünyanın geri
qalanında isə manga-yapon cizgi romanı, anime-yapon animasiyası olaraq qəbul
edilməkdədir.
Anime
1980-ci illərdə məşhur olmuş bir kəlmədir. Sonralar “japananimation” kəlməsi
işlədilərkən zaman içində bu qavram sadələşmiş və cizgi roman üçün “manga”,
animasiya üçün “anime” kəlməsi istifadə
olunmağa başlanmışdı.
Anime
yaponca bir kəlmədir. Tək və cəm halı dəyişməzdir, “anime” olaraq tələffüz
edilir.
Anime əslində
kəlmə anlamı olaraq animasiya kəlməsinin bəsitləşdirilmiş yapon dilindəki
qarşılığının (Animēshon) qısaldılmış
halıdır. Bu qavrama aid bütün məhdudiyyətləri və qaydaları qaldırdığımız
təqdirdə əslində anime üçün kobudca da olsa “cartoon” (cizgi film və cizgi
roman daxil olmaq üzrə vizual və çaplı məhsulların ortaq adıdır) deyə bilərik.
Bu qavramın bilinən ilk öncüsü 1907-ci ildə anonim birisi tərəfindən yaradılan
Katsudou Shashin adlı animasiyadır. O
dönəmdən bu zamana animasiya əsaslı bütün işlər üçün bu kəlmə istifadə
edilmişdir. Çünki bu qavramla əlaqəli bütün detallar, texnologiyalar və
inkişaflar artım göstərmiş, bir çox fərqli anlam məzmunu meydana gəlmişdir.
ANİME - CİZGİ FİLM DEYİL!
Qərb ölkələrində
anime əksərən əyləncəli bölümlərə sahib olan və uşaqlara istiqamətli məzmun
daşıyan proqramlar olaraq bilinməkdədir. Ancaq bu, gerçəyin sadəcə bir
qismidir. Uşaqlara istiqamətli və əyləncə məzmunlu animelərdən savayı gənc və
yetkinlər üçün elmi fantastik, döyüş, psixoloji, cinsəllik və ölüm məzmunlu
animelər də var. Xitab etdiyi kütlələrə görə spesifik kateqoriyalara ayrılır:
Josei.
“Qadın”dır. Dram, cinsəllik, romantizm nümunələri var.
Seinen.
“Kişi”dir. Daha çox şiddət, daha az
komediyaya sahibdir.
Shōnen. “Gənc
oğlan”dır. Məcarə, döyüş, komediya tərkiblidir.
Shōjo. “Gənc
qız”dır. Romantizm, komediya, döyüş tərkiblidir.
Komodo.
Kiçik uşaqlar üçün hazırlanan, ümumilikdə zamanı qısa olan istehsaldır.
Hentai.
Pornoqrafik tərkiblidir. 18+ izləyici kütləsi üçündür. Dram, müharibə,
sehrbazlıq kimi çox növlü ola bilər.
Shōnen ai.
Gənc və yaraşıqlı oğlanlar arasındakı duyğusal əlaqə yönümlüdür. Cinsəl tərkib
nisbəti çox azdır.
Yaoi. Shounen ai’nin cinsəl tərkibli olanı olaraq təyin
edilməkdədir. Yaoi’lər texniki olaraq hentai kimidir, amma hentai’dən fərqli
olaraq standart bir animedəki kimi inkişaf edən məzmunları var.
Shōjo ai. Gənc
və gözəl qızlar arasındakı duyğusal əlaqə yönümlüdür. Cinsəl tərkib nisbəti yox
deyəcək qədər azdır.
Yuri.
Shoujo ai’nin cinsəl tərkiblisidir. Texniki olaraq hentai kimidir, amma
hentai’dən fərqli olaraq standart bir animedəki kimi inkişaf edən məzmunları
var.
FƏRQLİ CİZİMLƏR, FƏRQLİ RƏNGLƏR
Anime
cizimlərində müəyyən özəlliklər var, məsələn, bir obrazın vücudunun bir qismi
şişirdilmiş bir şəkildə böyük çəkilir. Bu, özəlliklə göz bölgəsidir. Bir çox
anime obrazının gözləri böyük çəkilməkdədir. Bu axını başladan isə Osamu
Tezukadır. O, yaponlar tərəfindən
animenin atası kimi tanınır. Eyni zamanda Uolt Disneyin yapon versiya olan
Tezukanın başındakı addır. Osaka Tezuka buranı qurarkən Uolt Disneyin
obrazlarından ilham aldığını söyləyir. Örnək vermək lazımdırsa, öz obrazı olan
Sukhah üçün Bambi, Mickey Mouse kimi böyük gözlü obrazlardan təsirlənmişdi.
Animeye xas
digər bir vizual özəllik isə obrazların həddindən artıq saç şəkilləri və saç rəngləridir.
Fəqət saç rəngləri gəlişigözəl seçilməz. Yapon rəng mistisizminə görə
obrazların ruh hallarını ən yaxşı əks etdirəcək rəng seçilir. Nümunə kimi qara
- gizlilik və ya pisliliyi, qırmızı - sevinc, sevgi və ya təcavüzkarlığı, boz –
zəka ya da sıxıcılığı təmsil edir. Bu rəng şkalası həmən-həmən hər animedə də
istifadə edilir.
Animeni önəmli
edən başqa bir özəllik isə səsləndirmələridir.
Günümüzdə artıq peşəkarlaşan səsləndirmə yapon dilinin tələb etdiyi kimi sərt
vurğuları düzgün intonasiya edilməsi obrazların cizimdən kənara keçirmənin ən təsirli
yoludur. Qadın seiyuu ların ağırlığı
hiss edilir. Hətta kişi obrazı səsləndirən qadın seiyuuların sayı az deyil.
QƏLİBLƏŞMİŞ TERMİNLƏR
Anime
Yaponiya istehsalı olmasına rəğmən bu janra aid terminlər və qısaltmaların
orijinal dili yerinə ingiliscə halları ilə bütünləşmişdir.
Fan
Service. İstehsalın mövzusuna bir qatqısı olmadığı halda sadəcə izləyicilərin
daha əyləncəli izləmələri, izlənilən istehsalın daha əyləncəli olması üçün əlavə
olunan cinsəl məzmumlu parçalar. (Fan Service hər zaman cinsəllik məzmunlu
deyil, amma əksəriyyətlə elədir.)
Cosplay.
Bir anime obrazını geyimi və makiyajı ilə bütün olaraq təqlid etməyə deyilir.
Otaku.
Bütün həyatını animeyə həsr etmiş adamlara deyilir. Sadəcə anime izləmək deyil,
içərisində anime elementi daşıyan hər sahə ilə maraqlanan, animeni hər sahədə təqib
edən adamdır.
Seiyuu.
Yapon səsləndirmə sənətçisidir.
OVA ya da AOV.
Animelərin videokaset ya da DVD üzərində yayımlanan, tv və kinoteatrda
nümayiş
edilən əlavə-ekstra bölümlərdir. Bu bölümlər əsas mövzuya dəstək olaraq
yayımlandıqları kimi çox ayrı, əlaqəsiz hekayələr də ola bilər.
Filler.
Mangadan çevrilən animelərdə görülür, mangada anladılmayan yerləri anladan
hekayələrdir.
Mecha. Nəhəng
robot temalı deməkdir. Ətraflı vasitələr, nəhəng robotlar, döyüş və kosmos gəmiləri
kimi mexaniki təməlli mövzusu olan animelər üçün istifadə edilir.
Ecchi. Qismən
cinsəl məzmunlu olub müəyyən nisbətdə olan erotik animelər üçün istifadə
edilir. Üstü qapalı cinsəl zarafatdır çoxdur.
Harem.
Ümumilikdə bir kişi obrazın ətrafında çox sayda qız obraz məzmunlu anime
növüdür. Ya da tam tərsidir.
-sama. Yüksək
mövqelərdəki adamlara xitab edilir.
-dono.
“sama” kimi olmaqla birlikdə, “dono”
tarixi animelərdə keçir.
-san.
Xanım, bəy kimi anlamı var.
-kun. Daha
çox oğlanlara söylənilir, özündən təcrübəsiz ya da özüylə bərabər şəxslərə
xitab edilir.
-chan. Daha
çox qızlara söylənilir, özündən təcrübəsiz ya da özüylə bərabər şəxslərə xitab
edilir.
-senpai.
“san”a bənzəməkdədir. Özündən yüksək rütbəli şəxslər üçün istifadə edilir.
YAPONİYANIN HƏM MƏDƏNİ, HƏM DƏ İQTİSADİ GÜCÜ: ANİME/MANGA
Yaponiyada
hər il 200-dəm artıq anime nümayişə girməkdədir. Animelərin bir çoxu Yaponiyada
fenomen halına gəlməkdə və 60%-dən çoxu bütün dünyada yayımlanmaqdadır. Bütün
zamanların ən yüksək büdcəli animasiya filmi 270 milyon dollar qazandıran
Studio Ghibli-nin məhsulu “Ruhların qaçışı”dır. İkincisi isə 230 milyon dollar
qazandıran yenə də Studio Ghibli istehsallı “Yürüyən qəsr”dir. İlk rəngli
animasiya nümunəsi 1958-cı il istehsalı “The White Snake Enchantress”dir.
Bütün
dünyada ən uzun müddət göstərilən animasiya serialı olaraq qəbul edilən
“Sazae-San” 1969-cu ildən bu yana heç fasilə vermədən hələ yayım həyatını
sürdürməkdədir.
0 comments :
Post a Comment