“Elcernon
üçün güllər”-Amerikalı prozaik Daniel Kiz'in elmi-fantastik dramıdır. Bu hekayə
zehni çatışmazlığı olan Çarli Qordon və onun dostu Elcernon haqqındadır. İnsan
və heyvan intellektin süni artırılması üzrə təcrübə obyekti oldular. Bir möcüzə
baş verdi: Bu yaxınlara qədər zehni çatışmazlığı olan Çarli ağıllı oldu. Hətta
bu dünya üçün həddindən artıq ağıllı.
1959-cu ildə Daniel Kiz'in Amerikanın kult jurnalı “F & SF” səhifələrində
fantastik hekayəsi “Elcernon üçün güllər” dərc edildi. Burada hər şey əks
olunurdu: alışılmayan süjet, qeyri-adi leksika, parlaq personajlar, dərin
psixologiya. Bir ildən sonra müəllif ingilis dilində yazılan ən yaxşı
elmi-fantastik əsərlərə hər il təltif edilən “Hüqo” nüfuzlu mükafata layiq görüldü.
Çarli
Qordon'un hekayəsi Kiz'ə böyük janr bəxş etdi. O, qəhrəmanın psixologiyasının dərinliklərinə
endi, sevgi xəttini əlavə etdi, Çarli'nin keçmişinə istinadən süjeti doldurdu və
1966-cı ildə eyni adlı roman çap olundu. Bu, tənqidçiləri və oxucuları məyus
etmədi. Kiz yenidən mükafatlandırıldı. Bu dəfə “Nebula”-elmi-fantastik yazarlar
assosiasiyası tərəfindən nüfuzlu mükafatı aldı. Qeyd edilməlidir ki, Daniel Kiz
yeganə müəllifdir ki, qəhrəman və fabula ilə eyni ədəbi əsər üzrə 2 fəxri
mükafat layiq görülmüşdür.
Öz
yaradıcı ideyası 10 il ərzində formalaşmışdı. Kiz'i hər zaman insan üçün ən
vacib orqanlardan sayılan beynin qaranlıq tərəflərinin elmi açıqlaması
maraqlandırmışdı. Bir müddət Kiz əqli geriliyi olanlar üçün məktəbdə uşaqlara ingilis
dili dərsi keçmişdi. Çarli Qordon-ümumiləşdirilmiş obrazdır. Hansı ki, Daniel
Kiz'in şagirdlərindən bir parça var.
Amerikalı
fantast yaxın keçmişdə 2014-cu ilin iyununda dünyasını dəyişdi. Onun debüt
romanı və eyni adlı hekayəsi inanılmaz populyarlıq qazanaraq indiyə qədər nəşr
edilməkdədir.
1968-cı
ildə ilk ekranizasiya “Çarli” adı altında “Güllər” böyük ekranlara
çıxdı.(Rejissor Ralf Nelson) Film
Berlinale'də nümayiş olundu, “Qızıl qlobus” və “Oskar” qazandı. 2000-ci illərdə
Çarli Qordon'un hekayəsini Ceff Bleker şərh etdi, 2006-cı ildə isə fransız
Devid Delrie. Bundan əlavə “Elcernon üçün güllər” dəfələrlə teatr səhnəsində
nümayiş etdirilib.
MƏNİM
ADIM ÇARLİ QORDON'DUR
Çarli
Qordon sinfin ən çalışqan şagirdlərindən biridir. Onun ən böyük arzusu-ağıllı
olmaqdır. Həmin gün ona əlçatmaz görünməkdədir.
Çarli güc-bəla ilə yazır, səhv edir.
Çarli'nin
səmimi arzusu əqli qabiliyyətlərin təkmilləşdirilməsi üzrə işləyən iki
alimin-Ştraus və Nemur'un diqqətini çəkir. Onlar bu yaxınlarda İQ-nün süni artımı
üsulunu tapmışdılar. Heyvanlar üzərində eksperimentlərdən yalnız Elcernon adlı
laboratoriya siçanı uğurlu çıxmışdı. İndi isə insanın vaxtıdır. Çarli Qordon-əla
namizəddir.
GÜNDƏLİK
HESABAT
Əməliyyatdan
oyanan Çarli dərhal özünü ağıllı hiss etmədi. Həkimlər əmin etdilər ki, bu dəyişiklik
tədricən baş verəcək. Eksperimental intellektual bacarıqların dinamikasını izləmək
üçün ona hesabat-gündəlik tutmaq “əmr edildi.”
Çarli
uşaq sadəlövhlüyü ilə günlərini qeyd edir. Onun əqli gerilliyinə gülən “dostlar”ından
bəhs edir. Amma Çarli bunu anlamır, əksinə onlara sevinc gətirə bildiyi üçün həddindən
artıq xoşbəxtdir.
Hesabatlarında
miss Kinnian ilə bağlı açıqlamaları xüsusi yer tutur. Çarli üçün o-əlçatmaz
idealdır. Alisa Kinnian əslində Çarli'yə özəl simpatiya bəsləyənlərdən biridir.
O, digərlərinin görmədiyini görür; xeyirxahlıq, insanlıq, səmimilik.
Çarli
analoqsuz beyin əməliyyatı keçirən Elcernon'la tanış olur. Heyvan labirinti
asanlıqla çözür. Çarli'nin tapşırığı rəqibinə qalib gəlməkdən ibarətdir. Amma
labirint Çarli'yə mürəkkəb və çətin görünməkdədir, Elcernon isə davamlı olaraq
insana qalib gəlir. Çarli labirintə və özünə əsəbiləşsə də, siçanı günahlandırmır,
əskinə ona rəğbət bəsləyir.
ƏQLİ
GERİLİYİ OLAN ÇARLİ DAHİYƏ ÇEVRİLDİ.
Eksperiment
müsbət nəticə verməyə başlayır. Hər şey Çarli'nin Elcernon'a qalib gəlməsi ilə
başlayır. Tədricən yazısında durğu işarələrini düzəldir, yaxın zamanlara qədər
ona sirr olan kitabların mənasını
anlamağa başlayır. Bir gün qorxunc gerçəyi anlayır: Dost bildikləri onu lağa
qoyub gülürdülər.
Bundan
əlavə, o, miss Kinnian'ın necə gözəl olduğunu kəşf etdi. İndi Qordon'un ona
qarşı hiss etdiyi-kişinin qadına hiss etdiyidir. Alisa isə Çarli'nin sürətli
inkişafı qarşısında aciz qalır.
Çarli
Ştraus və Nemur'un dil sahəsində özü qədər dahi olmadıqlarını öyrənir. Gün
keçdikcə dünyadan qoparaq uzaqlaşır. İstər “səfeh”, istər də “dahi” olarkən onu
heç vaxt şəxsiyyət kimi görmədilər. Sadəcə cəmiyyət üçün istinadır. Bir
zamanlar onun ”şirin cəhalət” aləmində yaşamaq kimi özəlliyi vardı, amma artıq
hər şeyin fərqindədir.
Qordon
kirayə ev tutur və elmlə məşğul olmağa qərar verir. Özünü beyin funksiyalarının
inkişafına həsr edərək Ştraus və Nemur'un təcrübələrini artırmaq fikrindədir. Məhz
Çarli Qordon'un-yaxın keçmişində əqli geriliyi olan və hal-hazırda dahi birinin
bunu etməyə tam ixtiyarı var.
ELCERNON-QORDON
EFFEKTİ
Anidən
siçan Elcernon'un davranışında dəyişiklik müşahidə olunur. Çarli onu müşahidə
edərək dəhşətə gəlir: Elcernon deqredasiyaya uğrayır. Siçan dünyasını dəyişərkən
Qordon ən böyük qorxusu öz təsdiqini tapır. Süni intellekti azalması ilə keçmiş
inkişaf düz mütənasibdir. Ştraus və Nemur məğlubiyyətə məhkumdurlar. Prosesi saxlamaq
mümkün deyil. Tezliklə Çarli Qordon əvvəlki kimi olacaq.
Gecə
boyunca elmi iş yazır. Vaxt azalır. Deqredasiyanın ilkin əlamətləri özünü göstərir.
Hesabat hazırdır.
Gündəliyin
son səhifələri ilk səhifələri ilə eynidir.
“Yüksək
İQ həyatda ən vacib şey deyil”
0 comments :
Post a Comment