Bu
kitabın qapağını açmadan öncə cəhənnəmə açılan bir qapının astanasında
dayandığınızı bilməlisiniz.
Müharibə
və qadın...
Müharibə
ərəfəsində kim kimlərdəndir, kimlər kimlərlə müharibə aparır, müharibənin hansı
mərhələsindədirlər..? Çünki əsərdə xorvatlar serblərlə, xorvatlar bosniyalı müsəlmanlarla,
serblər bosniyalı müsəlmanlarla müharibə aparır. Serb əsgərləri var, serb
polisləri var, bosniyalı müsəlman olub xorvatlara qatılanlar var, bosniyalı müsəlman
olub serb əsgərlərə və ya polislərə
qatılanlar var. Hər kəs hər kəsə qarşı müharibə şəraitindədir.
“Leyla”
16 yaşında ikən müharibənin içinə düşmüş bosniyalı gənc qızın kabuslarla dolu həyatından
bəhs edir. Gəncliyinin baharında Leylanın gördüyü işgəncələr, uğradığı təcavüzlər
yaxın tarixdə Balkan yarımadasında nələrin olub bitdiyini çılpaqcasına nümayiş
etdirən əsərdir.
Leyla
müharibənin ən utancverici insanlıq dramını yaşamışdı. Çox acılar çəkmişdi və
bu acılar onun insanlıqdan çıxmasına səbəb olmuşdu, fiziki və ruhi şiddətə məruz
qalmışdı. Amma bunları yaşayarkən həyatdan əlini üzməmiş, həyat uğrunda mübarizə
aparmışdı.
Oxucu kimi, daha doğrusu, səhifələr arasındakı müharibə şahidi kimi insanlığın necə vəhşiləşməsini izlədim. Qarşındakının insan olduğunu unutmaq əslində bütün müharibələrdə “normal” sayılır...
1992-1995-ci
illər arasında Balkan müharibəsi gedişatında 16 mini uşaq olmaqla 250 min adam
öldü, öldürüldü. 20 ilə 60 min arasındakı qadın və gənc kişi cinsi istismara və
sistematik təcavüzlərə məruz qaldı.
Qadınlar
işğalın gerçəkləşdiyi anda təcavüzə uğramağa başladılar. Sırf bu məqsədlə
qurulmuş düşərgələrdə və ya təşkil edilmiş evlərdə həftələrlə, aylarla, bəzən
illərlə davam edən toplu təcavüzlə ölümün astanasında idilər. Əlavə olaraq,
xalqa açıq meydanlarda, xüsusilə şahidlər önündə həyata keçirilən təcavüzlər də
vardı. Bəzi hallarda videoya alınaraq pornoqrafiya bazarına təqdim edilirdi.
Təcavüzləri
dünya ictimaiyyətinə ilk dəfə Robert Fisk təqdim etdi. 8 fevral 1993-cü ildə “The
Independent” qəzetində “Bosnia war
crimes: 'The rapes went on day and night'” (Bosniya müharibə cinayətləri: Təcavüzlər
gecə və gündüz davam etdi) başlıqlı məqaləsində Kalinovik düşərgəsində qalmış
qadınların bir-birindən sarsıdıcı reportajları yer almışdı. Deyilənlərə
baxıldıqda düşərgələrdə ağlasığmaz vəhşiliklər sərgilənmişdi. Bu qadınlardan bəziləri
təcavüzə dirəndiyi üçün öldürülmüş, bəziləri döşləri və ya cinsi orqanları kəsilərək
şikəst qalmış, bəzilərinin uşaqlarına və ya yaxınlarına zərər verilərək cəzalandırılmışdılar.
Amma hər biri ailələri ilə birgə ömür boyu sürəcək utanca, əzaba məhkum
edilmişdilər.
Təcavüzlərin
bu qədər yayğın olmasını Yuqoslaviyada digər Avropa və Şərq Bloku ölkələrinə
görə yayğın və köklü pornoqrafiya alışqanlığı ilə açıqlayanlar olmuşdu, amma təcavüz
ən həfifindən”o biri”, ən ağırından “düşmən” olaraq kodlanan qrupun soyunu
qurutmaq üçün davamlı istifadə edilmiş silahdır. Bosniya timsalında çetniklər
bosniyalı və xorvat qadınlara təcavüz edərkən onları serb sperması ilə hamilə
buraxmağı hədəfləyərək “serb” uşaqlarını dünyaya gətirmələri üçün onları məcbur
edərək bu cinayətə “soyqırım” ölçüsü əlavə etdilər...
Kitaba qayıdaq.
“Leyla”
16 yaşlı gənc məsum qızın müharibə ərəfəsində başına gələn qandondurucu həyat
hekayəsidir.
Leyla
ailəsi ilə birlikdə kiçik qəsəbədə yaşayır. Hər gənc qız kimi xəyalları var.
Oxumaq arzusundadır. Bundan ötrü ailəsindən ayrılaraq nənə-babasının yaşadığı şəhərə
köçür. Bu şəhərdə gözəl günlər keçirərkən anasından, bacı-qardaşından, onlara
doğma atadan daha yaxşı davranan xorvat ögey atasından ötrü darıxır.
Başqa şəhərdə yaşayan xalasının yanına 2 günlük gedişi, orada ikən müharibənin başlanması, yolların bağlanması, ailəsinə geri qayıda bilməməsi ilə Leylanın qeyri-insani məcarəsi başlanır. Gözlənilmədən xəyanətə uğrayır və serblərin əlinə düşür. Bu andan etibarən dəhşət dolu həyat- düşərgə, təcavüzlər, əziyyətlər, fahişəxana, siqaret qarşılığında satılması Leylanı təqib edir...
Oxuyarkən
müharibə vaxtı Azərbaycanın əsir düşmüş, müxtəlif işgəncələr görmüş qız-gəlinlər
haqqında düşünürdüm. Leylanın timsalında gözümün qabağına onlar gəlirdi.
Müharibəni
əksər hallarda kişilər anladıb: filmlər çəkilib, əsərlər yazılıb. Amma qadınları daha çox dinləmək lazımdır.
Əsər
tələsik, başdansovdu yazılıb. Amma
yazılanların gerçək olması bu qüsuru azaldır.
0 comments :
Post a Comment