Monday 1 August 2016

Anime dünyası


ANİME NƏDİR, NƏ DEYİL?

Yaponiyada manga-cizgi roman, anime-animasiya, dünyanın geri qalanında isə manga-yapon cizgi romanı, anime-yapon animasiyası olaraq qəbul edilməkdədir.
Anime 1980-ci illərdə məşhur olmuş bir kəlmədir. Sonralar “japananimation” kəlməsi işlədilərkən zaman içində bu qavram sadələşmiş və cizgi roman üçün “manga”, animasiya  üçün “anime” kəlməsi istifadə olunmağa başlanmışdı.
Anime yaponca bir kəlmədir. Tək və cəm halı dəyişməzdir, “anime” olaraq tələffüz edilir.
Anime əslində kəlmə anlamı olaraq animasiya kəlməsinin bəsitləşdirilmiş yapon dilindəki qarşılığının (Animēshon) qısaldılmış  halıdır. Bu qavrama aid bütün məhdudiyyətləri və qaydaları qaldırdığımız təqdirdə əslində anime üçün kobudca da olsa “cartoon” (cizgi film və cizgi roman daxil olmaq üzrə vizual və çaplı məhsulların ortaq adıdır) deyə bilərik. Bu qavramın bilinən ilk öncüsü 1907-ci ildə anonim birisi tərəfindən yaradılan Katsudou Shashin adlı animasiyadır.  O dönəmdən bu zamana animasiya əsaslı bütün işlər üçün bu kəlmə istifadə edilmişdir. Çünki bu qavramla əlaqəli bütün detallar, texnologiyalar və inkişaflar artım göstərmiş, bir çox fərqli anlam məzmunu meydana gəlmişdir.


ANİME - CİZGİ FİLM DEYİL!

Qərb ölkələrində anime əksərən əyləncəli bölümlərə sahib olan və uşaqlara istiqamətli məzmun daşıyan proqramlar olaraq bilinməkdədir. Ancaq bu, gerçəyin sadəcə bir qismidir. Uşaqlara istiqamətli və əyləncə məzmunlu animelərdən savayı gənc və yetkinlər üçün elmi fantastik, döyüş, psixoloji, cinsəllik və ölüm məzmunlu animelər də var. Xitab etdiyi kütlələrə görə spesifik kateqoriyalara ayrılır:

Josei. “Qadın”dır. Dram, cinsəllik, romantizm nümunələri var.
Seinen. “Kişi”dir.  Daha çox şiddət, daha az komediyaya sahibdir.
Shōnen. “Gənc oğlan”dır. Məcarə, döyüş, komediya tərkiblidir.
Shōjo. “Gənc qız”dır. Romantizm, komediya, döyüş tərkiblidir.
Komodo. Kiçik uşaqlar üçün hazırlanan, ümumilikdə zamanı qısa olan istehsaldır.
Hentai. Pornoqrafik tərkiblidir. 18+ izləyici kütləsi üçündür. Dram, müharibə, sehrbazlıq kimi çox növlü ola bilər.
Shōnen ai. Gənc və yaraşıqlı oğlanlar arasındakı duyğusal əlaqə yönümlüdür. Cinsəl tərkib nisbəti çox azdır.
Yaoi.  Shounen ai’nin cinsəl tərkibli olanı olaraq təyin edilməkdədir. Yaoi’lər texniki olaraq hentai kimidir, amma hentai’dən fərqli olaraq standart bir animedəki kimi inkişaf edən məzmunları var.
Shōjo ai. Gənc və gözəl qızlar arasındakı duyğusal əlaqə yönümlüdür. Cinsəl tərkib nisbəti yox deyəcək qədər azdır.
Yuri. Shoujo ai’nin cinsəl tərkiblisidir. Texniki olaraq hentai kimidir, amma hentai’dən fərqli olaraq standart bir animedəki kimi inkişaf edən məzmunları var.

     
FƏRQLİ CİZİMLƏR, FƏRQLİ RƏNGLƏR

Anime cizimlərində müəyyən özəlliklər var, məsələn, bir obrazın vücudunun bir qismi şişirdilmiş bir şəkildə böyük çəkilir. Bu, özəlliklə göz bölgəsidir. Bir çox anime obrazının gözləri böyük çəkilməkdədir. Bu axını başladan isə Osamu Tezukadır. O,  yaponlar tərəfindən animenin atası kimi tanınır. Eyni zamanda Uolt Disneyin yapon versiya olan Tezukanın başındakı addır. Osaka Tezuka buranı qurarkən Uolt Disneyin obrazlarından ilham aldığını söyləyir. Örnək vermək lazımdırsa, öz obrazı olan Sukhah üçün Bambi, Mickey Mouse kimi böyük gözlü obrazlardan təsirlənmişdi.

Animeye xas digər bir vizual özəllik isə obrazların həddindən artıq saç şəkilləri və saç rəngləridir. Fəqət saç rəngləri gəlişigözəl seçilməz. Yapon rəng mistisizminə görə obrazların ruh hallarını ən yaxşı əks etdirəcək rəng seçilir. Nümunə kimi qara - gizlilik və ya pisliliyi, qırmızı - sevinc, sevgi və ya təcavüzkarlığı, boz – zəka ya da sıxıcılığı təmsil edir. Bu rəng şkalası həmən-həmən hər animedə də istifadə edilir.

Animeni önəmli edən başqa bir özəllik isə  səsləndirmələridir. Günümüzdə artıq peşəkarlaşan səsləndirmə yapon dilinin tələb etdiyi kimi sərt vurğuları düzgün intonasiya edilməsi obrazların cizimdən kənara keçirmənin ən təsirli yoludur.  Qadın seiyuu ların ağırlığı hiss edilir. Hətta kişi obrazı səsləndirən qadın seiyuuların sayı az deyil.


QƏLİBLƏŞMİŞ TERMİNLƏR

Anime Yaponiya istehsalı olmasına rəğmən bu janra aid terminlər və qısaltmaların orijinal dili yerinə ingiliscə halları ilə bütünləşmişdir.

Fan Service. İstehsalın mövzusuna bir qatqısı olmadığı halda sadəcə izləyicilərin daha əyləncəli izləmələri, izlənilən istehsalın daha əyləncəli olması üçün əlavə olunan cinsəl məzmumlu parçalar. (Fan Service hər zaman cinsəllik məzmunlu deyil, amma əksəriyyətlə elədir.)
Cosplay. Bir anime obrazını geyimi və makiyajı ilə bütün olaraq təqlid etməyə deyilir.
Otaku. Bütün həyatını animeyə həsr etmiş adamlara deyilir. Sadəcə anime izləmək deyil, içərisində anime elementi daşıyan hər sahə ilə maraqlanan, animeni hər sahədə təqib edən adamdır.
Seiyuu. Yapon səsləndirmə sənətçisidir.
OVA  ya da AOV.  Animelərin videokaset ya da DVD üzərində yayımlanan, tv və kinoteatrda
nümayiş edilən əlavə-ekstra bölümlərdir. Bu bölümlər əsas mövzuya dəstək olaraq yayımlandıqları kimi çox ayrı, əlaqəsiz hekayələr də ola bilər.
Filler. Mangadan çevrilən animelərdə görülür, mangada anladılmayan yerləri anladan hekayələrdir.
Mecha. Nəhəng robot temalı deməkdir. Ətraflı vasitələr, nəhəng robotlar, döyüş və kosmos gəmiləri kimi mexaniki təməlli mövzusu olan animelər üçün istifadə edilir.
Ecchi. Qismən cinsəl məzmunlu olub müəyyən nisbətdə olan erotik animelər üçün istifadə edilir. Üstü qapalı cinsəl zarafatdır çoxdur.
Harem. Ümumilikdə bir kişi obrazın ətrafında çox sayda qız obraz məzmunlu anime növüdür. Ya da tam tərsidir.

-sama. Yüksək mövqelərdəki adamlara xitab edilir.
-dono. “sama” kimi olmaqla birlikdə, “dono”  tarixi animelərdə keçir.
-san. Xanım, bəy kimi anlamı var.
-kun. Daha çox oğlanlara söylənilir, özündən təcrübəsiz ya da özüylə bərabər şəxslərə xitab edilir.
-chan. Daha çox qızlara söylənilir, özündən təcrübəsiz ya da özüylə bərabər şəxslərə xitab edilir.
-senpai. “san”a bənzəməkdədir. Özündən yüksək rütbəli şəxslər üçün istifadə edilir.


YAPONİYANIN HƏM MƏDƏNİ, HƏM DƏ İQTİSADİ GÜCÜ: ANİME/MANGA

Yaponiyada hər il 200-dəm artıq anime nümayişə girməkdədir. Animelərin bir çoxu Yaponiyada fenomen halına gəlməkdə və 60%-dən çoxu bütün dünyada yayımlanmaqdadır. Bütün zamanların ən yüksək büdcəli animasiya filmi 270 milyon dollar qazandıran Studio Ghibli-nin məhsulu “Ruhların qaçışı”dır. İkincisi isə 230 milyon dollar qazandıran yenə də Studio Ghibli istehsallı “Yürüyən qəsr”dir. İlk rəngli animasiya nümunəsi 1958-cı il istehsalı “The White Snake Enchantress”dir.
Bütün dünyada ən uzun müddət göstərilən animasiya serialı olaraq qəbul edilən “Sazae-San” 1969-cu ildən bu yana heç fasilə vermədən hələ yayım həyatını sürdürməkdədir.

0 comments :

Post a Comment