Friday 15 July 2016

Knut Hamsun - Pan


1894-cü ilin yazında Hamsun Norveçə qayıtdı. Ümumiyyətlə, o, heç vaxt Paris küçələrində özünü rahat hiss etmirdi və indi "Yeni şəfəqlər"in çıxışından sonra tamam başqa əsərin üzərində işləyirdi.
Sensasiya doğuran, gərgin müzakirəkərə səbəb olan 2 romanıından sonra o, yenidən oxucularını təəccübləndirməli idi. Amma bu dəfə tamam fərqli obrazda. Norveçdə, Kristiansann adlı şəhərcikdə məskunlaşaraq bir yaya gənclik illərinin ən gözəl əsərini - "Pan"ı ərsəyə gətirdi.

Hamsun 1 il əvvəl növbəti kitabı barədə xəbərdarlıq etmişdi. O, Şərq ölkələri ilə çox maraqlanırdı. "Samtiden" jurnalinda "Qlanın ölümü"nu nəşr etdirmişdi. Bu, əsərin sonuncu hissəsi sayılırdı və olaylar Hindistanda cərəyan edirdi.

Şübhə yoxdur ki, Tomas Qlan obrazı Strindberqdən ilham alınmışdı. O vaxtlar Strindberqdən savayı heç kimsə Hamsuna güclü təsir göstərə bilməmişdi.. "O, özünü meşəyə qayıtmağa çalışan heyvan adlandırırdı, - Hamsun deyir .- Mədəniyyət, ya da üstmədəniyyət, Strindberqə görə, ilbəil insan təbiətdən qopur və belə halda orqanik həyatın başlıca səbəblərini itirir."

Knut Hamsun hər zaman -uşaqlıq illərindən bəri- sərhədləri aşmaqda çətinlik çəkirdi. Amma çoxları qeyd edirdi ki, məhz " sərhədləri aşmaq" ona rəssamsayağı güc verirdi. Burada Serlann (Syorlann) günəşli arxipelağı (şxerı) arasında Hamsun xatırladı. Gəncliyinin erkən, ilkin, tələskən sevgisi  onu əsarətdə saxlayırdı. Arzusuna həyat vermək məqsədilə yazdı.

"Pan"-sevgi haqqında incə və dalğın prozadır. Apoqey nöqtəsinə çatır və ölür. Ona görə ölür ki, sevgi ruhlarını ölümə məhkum etmişdi. Leytenant Qlan eynən Hamsun kimi mədəniyyətin və təbiətin məhsuludur. Onu gözəl, sirli musiqi narahat edir və Edvarda ilə arasındakı sevgi narahatçılığın əsasıdır.

Meşədəki daxmada yaşayan Qlan ovçu olaraq həyatını sürdürməkdədir. Hamsun heç bir açıqlama vermir: O kimdir? Haradan gəlib? Bu adam nə istəyirsə, düşünmədən edir. Xəyalpərəstdir. Əcdadları kimi təbiətin övladı olmaq istəyir.

Edvarda-cənab Makın qızıdır, Hamsunun digər qadın obrazlarından fərqlənir. Qürurludur, kaprizlidir, intriqaçıdır, ehtiraslıdır. Təhlükəlidir, kişini diz çökdürə bilir.

Edvarda ilə Qlanın sevgisi qızdırma kimi uçub gedir. Onlar bir-birləri üçün yaradılıblar, amma bir-birlərini qazana bilmirlər. Bu sevgi müharibəsində əlverişli mövqe qazanmaq əsasdır və ayrı-ayrılıqda düşünürlər ki, onun rəqibi zəifdir.  İkisinin da inadkar və dişlərini sıxanadək əzab çəkməyə hazır olmaları şəraitində xoşbəxt son ola da bilməzdi.

Qlanın Evaya olan hissləri tünd şərab kimidir. Eva onu qarşılıqsız sevir. Edvardada olmayan sakitlik və incəlik Evada var. Qlan Edvardalı xəyalını Eva ilə həyata keçirir. Eva sadə və mehribandır, Dəmirçinin arvadıdır, cənab Makın sevgilisidir, amma Qlanı sevir.

Eva cənab Makın təşkil etdiyi bədbəxt hadisədə həyatını itirir. Bu zaman Qlan hər şeyini itirir. Edvardanı geri qazana bilməz. O, Qlanı dərindən yaralayıb və bu yara həmişə qaynayacaq. Amma Eva, incə Eva artıq həyatda yoxdur. Qlan başa düşə bilmir ki, niyə məhz sevə bilmədiyi qadın ölməli idi?!

Qlan Hindistana gedir. O, təqaüdə çıxır, keçmişi ilə əlaqəsini qırır, həyatla bağlı hesabatını qapadır. Sadəcə vacib anı gözləyir ki, hər şeyə son qoyulsun. Bu məqsədlə tez-tez dostunu qıcıqlandırır.

Amma dünyada heç kimsə Tomas Qlan qədər maddi (dünyəvi) cəhətdən özünü xoşbəxt hiss etməyibdir. Onun qəlbi həmişə elegiyalı sərxoşluğa meylli olubdur. Təbiət və torpağın oyanışı ilə daha da yüksələn xoşbəxt sevgisi vardır.

Və ölənə qədər Edvardanı sevdi.

Hamsunun bu vaxta qədər qazandığı qələbələrin içində "Pan" daha önəmlidir. Nadirən hansısa kitab oxucular və tənqidçilər tərəfindən yekdil çoşğunluqla qəbul edilir. Hətta Ula Tommensen şəxsi qərəzini bir kənara ataraq öz qəzetində redaksiya katibinin yazdığı tərif dolu rezensiyanı nəşr etdirdi. Artıq Norveç və xarici dərgilər Hamsunun yaradıcılığı ilə maraqlanırdılar, onun əsərləri alman, fransız və digər dillərə tərcümə olundu.

Oxucular tərəfindən "Pan" neoromantik İncil kimi qəbul edildi. Bu, bədii güc və nüfuz kimi səslənirdi. Qısa zaman ərzində bu üslubun varlığın artıq tanınmağa başlanmışdı. Parlaq qələbə qazanan Hamsun Parisə qayıtdı.

1 comment :

  1. Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
    (templeofanswer@hotmail.co.uk)
    (whatsapp +234(815) 542-5481)
    Bloomington, MN

    ReplyDelete