Friday 15 July 2016

Herman Hesse - Demian (Emil Sinklerin gənclik hekayəsi)


 Müəl­lif özü öz əsərini belə izah edirdi:
“Bu kitab fərdiy­yə­çiliyi, şəxsiyyətin tə­şək­kül tapmasını, yəni elə bir şeyi vur­ğu­layır ki, bun­larsız ali həyat yoxdur. Özünə sadiq qalmağı tələb edən bu prosesdəsə yalnız bir böyük düşmən var – şər­tilik, əta­­lət, meşşanlıq. “Şərtilik adlı yalançı Allahı qəbul et­mək­­dənsə, hər cür cin-şeytanla döyüşmək yaxşıdır”.

10 yaşlı Emil Sinkler güvənli ailə ortamının xaricində sərt və amansız bir dünya olduğunu fərq edir. Özünüdərk yolunda din və əxlaq kimi artıq inanmadığı qəliblərlə birgə ata evindən də qopur. Kiçik yalanlar və oğurluqlarla bəslənən həyatında sağlam uşaq dünyasının çökdüyünü görür. Onu bu acılardan xilas edəcək şəxs məktəbə yeni gələn Maks Demiandır. Demian Sinklerin həyatını istiqamətləndirir.


Herman Hessenin "Demian"ı digər əsərlərindən fərqləndirici özəlliyə sahibdir: Bir gənclik və tələbəlik əsəri olan "Demian" yazıçının o dönəmdəki qorxularını və problemlərini tamamilə əks etdirir. Hessenin peşə problemlərinin içinə fərdi problemləri də qatılır: Atasının ölümü, ən kiçik oğlu Martinin təhlükəli xəstəliyə yaxalanması və arvadının xəstəxanalarda müalicə olunmağa məcbur edən, get-gedə ciddiləşən ruhi pozuntusu. Hessenin ağrılarla yorğulan bu dönəmi həyatında böyük dəyişikliklərə yol açdı. Ruhi çöküntüsü ilə ancaq həkim yardımı sayəsində mübarizə apara bildi. Bu problemli dönəmin bəhrəsi isə "Demian" oldu. Bir neçə ay içində bitirdiyi əsərini 1919-cu ildə  "Emil Sinkler" adı altında nəşriyyata göndərdi. Gənc, amma xəstə yazarı dəstəklədiyini qeyd etdi.  Məqsədi öz məşhur adının təsirindən müstəqil olaraq bu əsərin oyandıracağı əks-sədaları görmək idi. Əsər böyük əsk-səda doğurur. "Fontaine" mükafatına layiq görülür. Hərçənd Herman Hesse ortaya çıxmır və mükafatı almır. Gerçək şəxsiyyətini kitabın daha sonrakı nəşrlərində açıqlayacaqdı.

Kitab Emil Sinklerin dili ilə yazılmışdı. Hələ ilk yeniyetməik illərini yaşayan, ona verilən "yaxşı" və "doğru" həyata dair tərbiyə ilə, yəni əxlaqlı dünya ilə ruhundan qopub gələn "qadağan olunmuş" duyğuların dünyası ilə çəkişməsindən doğan acılar və vicdan əzabları içində qıvranan bir uşaqdır.
Kiçik Sinkler boğulmaq üzrəykən Demian onu  ilk öncə  "pis uşaq"dan, sonra da özünüdərk acılarından qurtarır. İkinci qurtuluşla bütün çətinliklər sona çatmır. Demian Sinklerin həyata baxışına və mühakimələrinə yeni nəfəs gətirir..

Herman Hesse kitabın içinə 2 simvol yerləşdirib. Birincisi, "nişan" simvoludur. Sinkler və Demian birlikdə girdikləri ilk dərsdə "Habil və Qabil"i dinləyirlər. Tövrata görə, Adəmlə Həvvanın ilk oğlu Qabil Habilin qardaşıdır. Qabil əkinçi, Habil isə çobançı idi. Qabil torpağın məhsullarını, Habil isə sürünün ilk balalarını və yağını Tanrıya ərməğan edir. Tanrı Habilin ərməğanını qəbul edib Habilininkini geri çevirir. Qısqanclıq duyğularına qapılan Qabil qardaşı Habili öldürür. Tanrı Qabili lənətləyərək onu "nişan"layır.


Sinklerin körpə ruhunun quyusuna atılan ilk daş bu dərsdən sonra Demianın ona söylədikləridir. Demian bir nişana inanmaqdadır, amma Habilin öldürülməsindən öncə var olub hekayənin başlanğıcı sayıla biləcək şeyin tam da nişanın özü olduğunu söyləməkdədir. Bəli, Qabil və uşaqları heç kimə bənzəmirlər, nişan gəzdirirlər, amma bunun səbəbi cinayət deyil. Bu nişan üstünlüyün, lənətin və çətin yolun nişanıdır.

İkinci simvol Sinkler və Demianın "Qabil və Habil" hekayəsinin üzərində danışaraq getdikləri Sinklerin evinin qapı kəmərinə yerləşdirilmiş tağdır: Abraksas. Kitabda Abraksas yer üzü ilə göylər arasında xəbər daşıyan, həm yaxşılığı, həm pisliyi özündə xarakterizə edən tanrıdır. İnsanın normal deyilə biləcək axtarışların xaricində öz keçidini kəşf edə bilməsi üçün içindən gələn səslərə qulaq asması, xəyallarına və hisslərinə inanması, onları analiz edə bilməsi şərtlərini simvolizə edir.


Abraksas qədim zamanlarda sehirli olduğuna inanılan yunanca hərf serialıdır. Bu kəlimə müxtəlif əşyaların üzərinə tilsim olaraq yazılırmış. Sonradan bir tanrı, ya da tanrısallıq (deity) olduğuna inanılmışdı. Abraksasın Hitlerin tanrısı ya da yəhudiləri yandırma səbəbi olduğunu söyləyənlər də var. Xorxe Luis Borxes "Qum kitabı"nda Otuzlar məzhəbinə dair yazdığı yazıda Abraksası "başı xoruz, qolları və gövdəsi insan, beldən aşağısı ilan quyruğu" təsvir edir.

Kitabda keçən simvollardan söz edərkən Demianın adının işarə etdiyi məna da var. Demian, ya da Damian ruhuna şeytan sahib olmuş uşaqlara verilən addır.

Demian və Sinkler danışırlar, danışırlar, danışırlar...

1 comment :

  1. Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
    (templeofanswer@hotmail.co.uk)
    (whatsapp +234(815) 542-5481)
    Bloomington, MN

    ReplyDelete