Sunday 15 April 2018

Qaraçı soyqırımı "Porrajmos"


Qaraçılar 1933-1945-ci illər arasında çox geniş şəkildə nasistlərin soyqırım zülmünə məruz qaldılar. Nasistlər uzun keçmişə söykənən önyarğılarla qaraçıları "asosial" və irqi olaraq "dəyərsiz", bioliji ariliyi və "üstün aryan" irqinin gücünü təhdid edənlər olaraq gördülər.

İkinci Dünya Müharibəsi müddətində nasistlər və əməkdaşları alman işğalı altındakı Avropada on minlərlə sinti və romanı qətlə yetirdilər.

Avropalılar yüz illər boyunca qaraçıları fərqli görünüşləri, dilləri və geyimləri ilə topluma zidd olaraq gördülər. Almaniyada sinti (köçəri qaraçılar) və romanlara yönəlmiş zülm nasist rejimindən əvvəl də mövcud idi. Veymer konstitusiyasının 109-cu maddəsi ilə bərabər vətəndaşlıq haqlarına qovuşsala da, özəl və ayrı-seçkilik qanunları ilə qarşı-qarşıya qaldılar. 16 iyul 1926-cı ildə Bavariyada çıxarılan qanun "Qaraçılarla, sərsərilərlə və tənbəllərlə mübarizə" başlıqlı tədbirləri yekunlaşdırdı. Sinti və qaraçıların sistematik formada işarətlənmələrini tələb etdi. Qanun qaraçıların almanların həyat sahələrində gəzmələrini qadağan etdi və qanunla davamlı işi olduğunu sübut oluna bilməyən qaraçılar 2 ilə qədər zorla çalışdırma cəzasına çarpdırılma təhlükəsi ilə qarşı-qarşıya qaldılar. Bu qanun 1929-cu ildə milli anlamda keçərli hala gəldi.

Hitler 1933-cü ildə iqtidara gəldiyində qaraçı əleyhinə qanunlar qüvvədə qalmağa davam etdi. Nasistlər yeni Almaniyaya dair xəyallarını sürətlə həyata keçirərkən iqtidar qısa müddət sonra Almaniya sintiləri və qaraçılarına təsir edən yeni qanunları qüvvəyə mindirdilər. Nasistlər aryanları "irqi" iyerarxiyanın ən üstünə qoyarkən qaraçılar, yəhudilər və zəncilər isə "dəyərsiz irq" olaraq görülürdü. 1933-cü ilin iyulunda "Uşaqların irqi xəstəliklərdən qorunması" qanunu ilə həkimlər xeyli sayda qaraçını, qismən qaraçı olanları və fərqli etnik qruplardan evlilik yolu ilə qaraçı olanları iradələri xaricində qısırlaşdırdılar. Oxşar şəkildə 1933-cü ilin noyabrında "Təhlükəli daimi cinayətkarlara qarşı qanun" ilə nasistlərin "asosial" olaraq gördüyü digərləri - fahişələr, dilənçilər, sərxoşlar, evsizlər - ilə birlikdə çox sayda qaraçını həbs etdi və həbs düşərgələrinə yolladılar.


15 sentyabr 1935-ci ildə çıxarılan Nürenberq irqi qanunları ("Alman qanı və şərəfinin qorunması qanunu", "Nasist Almaniyası vətəndaşlığı qanunu") qaraçılardan açıq şəkildə bəhs etmədi, amma bu qanunların icra şərhinə yəhudilər və zəncilərlə birlikdə qaraçılar da "yad qanı" daşıyaraq "irqi anlamda ayrı" olanlar şəklində daxil edildi. Bu etibarla aryanlarla evlənmələri əngəlləndi. Eyni zamanda yəhudilər kimi qaraçılar da vətəndaşlıq haqlarından məhrum buraxıldılar.

1936-cı ilin iyununda Münhendə "Qaraçı bəlası ilə mübarizə mərkəz ofisi" açıldı. Bu mərkəz qaraçılara dair milli məlumat bankının mərkəzi halına gəldi. Yenə iyun ayında Daxili İşlər Nazirliyinin "Qaraçı bəlasına qarşı mübarizə" təlimatlarının bir bölümü olimpiya oyunlarına ev sahibliyi edəcək olan Berlin şəhərinin polisinə şəhərin imicini pozmasınlar deyə qaraçılara qarşı basqınlar etmək səlahiyyəti verdi. İyul ayında polis 600 qaraçını həbs etdi və 130 yük maşını ilə Berlinin Marsan adlı kənar məhəlləsində şəhərin kanalizasiyalarının toplandığı sahənin və qəbiristanlığın yaxınlarındakı "Zigeunerlage" adlı qaraçılara özəl hazırlanmış nəzarət düşərgəsinə göndərdi. "Zigeunerlage" ilə bənzər şəkildə 1930-cu illərdə bələdiyyələrin öncülüyündə və DİN-ə məlumatları göndərən şəhər məclislərinin koordinatorluğunda Köln, Düsseldorf, Essen, Frankfurt, Hamburq və digər alman şəhərlərində də düşərgələr açıldı.

1938-ci ilin martında nasist Almaniyasının Avstriyanı özünə qatmasından sonra hakimiyyət Nürenberq qanunlarını Avstriya qaraçılarına da aid etdi. 1939-cu ilin oktyabrında Zalsburqda 80-dən 400-ə qədər qaraçı üçün və 1940-cı ilin noyabrında Macarıstan sərhədindəki Lakkenbaxda 4000 qaraçı üçün 2 özəl nəzarət düşərgəsi açıldı. Müharibənin sonuna qədər varlığını davam etdirən Lakkenbaxdakı düşərgədə şərtlər özəlliklə faciə idi və bu düşərgədə bir çox insan öldü. Hər 2 düşərgə də polisin qaraçıları ayırması və zorla çalışdırmaq üçün topladı və nasistlərin ölüm və həbs düşərgələrinə təhcir üçün həbs meydanı olaraq xidmət etdi.


1937-ci ildə yayımlanan bir "cinayəti əngəlləmə" qərarnaməsi polisin qaraçıları toplaması üçün bəhanə yaratdı. 1938-ci ilin iyununda 1000 Almaniya və Avstriya qaraçısı Buhenvald, Daxau, Zaksenhauzen, Lixtenburqdakı (qadınlara özəl düşərgə)) həbs düşərgələrinə sürgün edildi. Bir il sonra başqa minlərlə Avstriya və Almaniya qaraçısı Mauthauzen, Ravensbrük, Daxau və Buhenvald həbs düşərgələrinin sakini halına gəldi. Bütün düşərgələrdə məhkumlar çeşidli rəng və şəkilləri bədənlərində daşıyır və beləcə düşərgədəki rəsmilər ilə gözətçilər məhkumları kateqoriyalara görə tanımasını təmin edirdilər. Qaraçılar "asosiallar" üçün qara parçaları, peşəkar cinayətkarlar üçün yaşıl parçaları və ya bəzən də "Z" hərfini geyimlərini daşıyırdılar.

Qaraçılar üzərində genetik araşdırmaları aparan dr. Robert Ritter sinti və romanların polis tərəfindən həbs edilmədən öncə təsbitində kilid rol oynadı. Ritter 1936-cı ildə Səhiyyə Nazirliyi, daha sonra Ümumi Təhlükəsizlik Müdirliyi strukturundakı araşdırma qrupunun başına gətirilmişdi. Ritter və köməkçiləri gizli polislə və onların "Qaraçı bəlası ilə mübarizə" şöbəsi ilə əməkdaşlığı içində 1938-ci ilin mayında Berlinə getdilər və Almaniya və Avstriyadakı bütün qaraçıları təsbit etmək və irqə görə ayırmaq üçün çalışdılar.

SS şefi Henrix Himmler 8 dekabr 1938-ci ildə "Qaraçı bəlası ilə mübarizə" təminnaməsində ehtimalla Ritterin "irqi-bioloji araşdırması"na müraciət etmişdi və "Qaraçı problemindəki ayrışmanın əsasən onların irqi təbiətlərinə" söykəndiyini müdafiə edirdi. Himler nasist Almaniyasında 6 yaşdan yuxarıdakı bütün qaraçıların qeyd edilməsi və 3 ayrı kateqoriyada sinifləndirməsi təlimatını verdi. Qaraçılar, qismən qaraçılar və qaraçı kimi davranan köçərilər. Gestapo daxil bir imperatorluğu idarə edən Himmler "dövlət tərəfindən alınan və qaraçıların alman millətindən ayrılmasını da cəmləşdirən tədbirlərin məqsədinin alman millətinin homogenliyini qorumaq" olduğunu qeyd etmişdi.


Şəhərlərdəki düşərgələrdə ailələri ilə yaşayan sinti və roman uşaqları da qurbanlar idi və irq çalışması aparan elm adamları tərəfindən üzərlərində çalışılır, sinifləndirilirdi. 1933-38-ci illər arasında rəsmilər bir çox sinti və roman uşağını ailələrindən aldılar və onları dövlət vəsaitində uşaq evlərinə yerləşdirdilər. Məktəbdən qaçan qaraçı uşaqlar qəbahətli sayıldı və özəl uşaq məktəblərinə göndərildilər. Almanca danışa bilməyən bu uşaqlar gerizəkalı sayıldı və zehni əngəllilər üçün olan "özəl məktəblərə" göndərildilər. İqtidarın qaraçıları ictimai məktəblərə almamağa başladığı 1941-ci ilin martına qədər yəhudi uşaqları kimi qaraçı uşaqları da sinif yoldaşlarının lağlarına və təhqirlərinə məruz qaldılar.

1939-cu ilin sentyabrında müharibənin partlaq verməsi nasist hökümətinin yəhudilərə olduğu qaraçılara qarşı siyasətlərini radikallaşdırdı. 21 sentyabr 1939-cu ildə nasist Almaniyası Reynhard Heydrix tərəfindən idarə edilən konfransda yəhudilərin ölkədən çıxarılması ilə birlikdə 20 min Almaniya və Avstriya qaraçısının da işğal edilən Polşaya göndərilməsi müzakirə edildi. "Şərqə yerləşdirmə"ni izləyən sinti və romanların kütləvi qətli, əsasən yəhudilərin sürgün edilməsi və 2800 qaraçını işğal altındakı Polşada olan Lüblinə, 5000 Avstriya qaraçısını Lodi gettosuna və buradan da  1941-ci ilin dekabrın sonu ilə 1942-ci ilin yanvarında hərəkətli vaqonlarda qazla öldürülən ilk şəxslər arasında olacaqları Xelmnoya göndərilməsi ilə may 1940-cı ildə başladı. Buna oxşar şəkildə Varşavada bir gettoya həbs edilən Almaniya və Polşa qaraçıları 1942-ci ilin yayında qazla öldürüləcəkləri Treblinkaya göndərildilər. Eyni şəkildə Almaniya qaraçıları Belostok, Krakov və Radomdakı gettolara sürgün edildilər.


Müharibə boyunca "Qaraçı problemində son həll"lə bağlı hökümətin yuxarı pillələrində kiçik fikir ayrılıqları baş göstərdi. Himmler kiçik qrup "saf qan" qaraçını bu irqi "dövlət düşmənləri" ilə bağlı etnik çalışmalar üçün mühafizə etmək fikrini düşündü, amma rəhbərlik bunu rədd etdi. 16 dekabr 1942-ci il tarixli qərarnamə ilə Himmler qaraçı və qismən qaraçı olanların Auşvitz-Birkenauya sürgün edilməsi əmrini verdi. Buraya ən az 23.000 qaraçı yerləşdirildi və ilk qrup fevral 1943-cü ildə Almaniyadan gəldi. Auşvitz-Birnekaudakı qaraçıların çoxu Almaniyadan və Almaniyaya qatılan Bohemiya və Moraviya kimi bölgələrdən gəldilər. Polis Polşa, Macarıstan, Yuqoslaviya, Fransa, Belçiya, Hollandiya və Norveçdən də kiçik qaraçı qruplarını sürgün etdi.

Rəsmilər Auşvitz-Birnekauda bölüm BIIe-dəki qaraçılar üçün ayrı "qaraçı ailə düşərgəsi" qurdular. Taxta baraklardan qaz otaqları və sobalar görünürdü. Düşərgənin ayaqda qaldığı 17 ay boyunca qaraçıları çoxu buraya ölmüş şəkildə gətirilirdi. Çoxu qazla öldürüldü və ya aclıqdan, ağır iş şərtləri səbəbi ilə tükənərək və ya xəstəlikdən (tif, çiçək xəstəliyi və cüzam bənzəri xəstəlik də bunların arasındaydı) öldü. Aralarında bir çox uşağın da olduğu digərləri isə dr. Mengele və digər nasist həkimlərin amansız tibbi eksperimentləri nəticəsində həyatlarını itirdilər. Qaraçı düşərgəsi 2897 sinti və romanın qaz otağında öldürüldüyü 2-3 avqust 1944-cü il gecəsi qapadıldı. Sağ qalan 1400 şəxs zorla çalışdırma üçün Buhenvald və Ravensbrükdəki həbs düşərgələrinə köçürüldülər
.
Almaniyanın 1941-ci ilin iyununda SSRİ-ni işğal etməsindən sonra "Einsatzgruppen" adlı özəl SS qoşunları, normal ordu qoşunları və polislərlə birlikdə bir yandan yəhudiləri və kommunist liderləri öldürərkən, bir yandan Rusiya, Polşa, Balkan yarımadasındakı qaraçıları vurmağa başladı. Minlərlə sinti və romanın daha çox qurbanların "casus" olduğu bəhanəsi ilə öldürüldüyünə inanılır.

Şərqi və Qərbi Avropada sinti və romanların taleyi yerli şərtlərə bağlı olaraq ölkədən-ölkəyə dəyişkənlik göstərdi. Alman işğalı altındakı Avropada qaraçılar nəzarətə götürüldü, öldürüldü və ya düşərgələrə sürgün edildilər. Viçi Fransası kimi rejimlər 30.000 qaraçını həbs etdi və bunların çoxu Daxau, Ravensbrük, Buhenvald və digər düşərgərlərə göndərildilər.

Xorvatiyada yerli faşist Ustaşa təşkilatının üzvləri serblər və yəhudilərlə birlikdə on minlərlə qaraçını öldürdülər. 1941-42-ci ildə Ruminıyada yəhudilərlə birlikdə minlərlə qaraçı Dnestryanıya (Ukraynanın qərbi) qovuldu və sürgün edilənlərin çoxu xəstəlik, aclıq və vəhşi davranışlar səbəbindən can verdi. Serbiyada 1941-ci ilin payızında alman ordusunun edam manqaları serb dirənişçiləri tərəfindən öldürülən alman əsgərlərinin qisası olaraq yəhudilərlə birgə qaraçıları öldürdü. Macarıstanda almanlar və macar əməkdaşları 1944-cü ilin oktyabrında qaraçıları sürgün etməyə başladılar.

Soyqırım öncəsindəki sinti və roman əhalisi rəqəmlərinə olan güvənsizlik və bu mövzudakı araşdırmaların, özəlliklə də soyqırım müddətində Almaniya xaricindəki talelərinə dair araşdırmaların yetərsizliyi öldürülənlərin sayı və faizi haqqında bir rəqəm təxmin etməyi çətinləşdirir. Elm adaları öldürülən sinti və roman sayının 220 min ilə 500 min arasında təxmin edir.

Avropadakı sinti və romanlara qarşı ayrı-seçkilik müharibədən sonra da davam etdi. Federal Almaniyada (Qərbi Almaniya) məhkəmələr sinti və romanlara sadəcə 1943-cü il və sonrasındakı sürgünlər səbəbi ilə təzminat ödənməsinə qərar verdi. Bu tarix 1938-ci ildən 1960-ci illərin əvvəlinə qədər götürmədi. Bu gün bir çox Şərqi Avropa ölkəsində yüksələn milliyətçilik və Avropa miqyasındakı işsizliklə birgə sinti və romanlar geniş biçimdə ictimai önyarğılarla və rəsmi ayrı-seçkiliklə üz-üzə durumdadırlar

0 comments :

Post a Comment