Sunday 11 March 2018

Fukuşima faciəsi 7-ci ilində


Fukuşima 7-ci ilində. Okeanda artan radioaktiv çirklənmə, "İşlət-at" işçilərİ, gələcəyi oğurlanan uşaqlar.

Hələ sirrləri çözülə bilməmiş texnologiyaların yaratdığı problemlərlə məşğul olmaq şübhəsiz fəlakətin təsir və miqyaslarına dair bizə bəlli aralıqlarla əlavə yeni şeylər söyləyir. Məsələn, 32 il əvvəl meydana gəlmiş olmasına rəğmən bugün hələ təsirləri davaam edən Çernobil faciəsi səbəbi ilə açığa çıxan radiasiyanın önümüzdəki 50 il içində 40 min yeni xərçəngə səbəb olacağı da deyilir. Bugün hələ girilməsi qadağan olan AES bölgəsindən çıxan yanğınlarıın isə ağaclara tutunmuş olan radioaktiv hissəcikləri hərəkətə keçirərək daha geniş ərazilərə yaya bildiyini öyrəndik.  Radioaktiv bölgədə Fukuşimada çıxan yanğın da ciddi narahatlıq oyandırmışdı.

Çernobil faciəsindən 25 il sonra meydana gələn Fukuşima faciəsində 7-ci ili arxada buraxdıq və təəssüf ki, nəticələri etibarı ilə radioaktiv çirklənmənin miqyasları narahatedicidir. Mançester universitetindən elm adamlarının AES bölgəsində aparmış olduğu yeni araşdırma AES bölgəsində uran, seium kimi radioaktiv izotop ehtiva edən hissəciklərin təsbit edildiyini və yarılanma ömrü milyardlarla il olan uran səbəbi ilə çevrədəki radioaktivliyin ön görüləndən daha uzun sürəcəyini göstərir. Qaldı ki, bölgədə yaşayanlar nəfəs yolu ilə insan saçının 20-də bir nisbətindəki izotopları alaraq daxili məruziyyət yaşamış ola bilərlər. "Greenpeace" Yaponiya tərəfindən aparılmış araşdırma da bölgədə yaşayanaların Fukuşima faciəsinin öncəsinə görə 100 qat artıq radiasiya dozuna məruz qala biləcəyini ortaya qoyur.

OKEANA BOŞALDILMAĞA HAZIRLANAN 1 MİLYON TON RADİOAKTİV SU!

Atom faciəsinin  başladığı an etibarı ilə AES-in içinə dolan suyun yeraltı suyuna qarışması səbəbi ilə okena birbaşa axmaması gərəkən yüksək miqdarda su tankerlərdə saxlanılır. Bugün yığılan radioaktiv su 1 milyon tona çıxmış durumdadır. Zira 1000 tonluq silosların sayı 800-dən 1000 ədədə çatdı. Bu siloslarda yığılan radioaktiv su işləmdən keçirilib içindəki stronsium və seziumdan arıdılaraq balıqçıların razılığı alınaraq okenan geri boşaldılır.

Amma okeana boşaldılan bu suyun içində təmizlənməsi mümkün olmayan, xərçəngə yol aça biləcək trium maddəsinin hidrogen izotopu olması səbəbi ilə yox olması mümkün deyil. Bu səbəblə okeana boşaldılan suyun ekosistemə qarışması ilə dəniz məhsulları və ətraf mühir baxımından ciddi problem anlamına gəlir. Elə ki, bugün okeanların üçdə biri radioaktiv olaraq çirkli və bunda Fukuşimadan yayılan radioaktiv suyun payının isə 80% olduğu anlaşılmış olur. Bu durumdan Rusiya da narahatdır. Hətta 20 dekabr 2017-ci ildə Rusiya Xarici İşlər Nazirliyindən Mariya Zaxarova siloslardakı radioaktiv suyun okena geri boşaldılmasına istinadən bu işləmin ətraf mühitə və balıqçılığa mənfi təsir edə biləcəyinə diqqət çəkərək Rusiya mətbuatına kifayət qədər texnologiya yoxdursa, Yaponiyanın beynəlxaq səviyyədə kömək istəməsi lazım olduğu istiqamətində açıqlama verdi.

Fukuşima AES-də yüksək səviyyəli texnologiya, reaktorlarda durum təsbitində istifadə edildiyi kimi radioaktiv suyun olduğu yeraltı suyuna qarışmasını önləmək üçün buz divar lahiyəsi üçün də istifadə edilir. Ancaq hazırlanması üçün 400 milyon dollar xərclənən və hər il 10 milyon dollar əlavə baxım maliyyəti ön görülən sistem də radioaktiv suyun yeraltı suyun qarışmasını tamamilə önləyə bilmir. Üstəlik buz divarın iqlim dəyişikliyi və bu bağlamda tayfun, fırtına kimi müxtəlif hava olayları qarşısında necə müqavimət göstərəcəyi də ayrı sualdır və problem təşkil edir.

FUKUŞİMANIN DƏNİZ MƏHSULLARI İDXALATI SƏRBƏSTDİR!

Digər tərəfdən Fukuşima faciəsinin mənfi imicinin silinməsi istiqamətində səy göstərilir. Bu məqsədlə Fukuşima məhsullarının xarici ticarət əngəli qaldırıldı. 2012-ci ilin iyun ayından etibarən durdurulmuş olan dəniz məhsulları idxalatına isə 28 fevralda yenidən başlandı. Bu icazənin ilk tətbiqçisi Tailandda dəniz məhsulları restoranı oldu. Atom faciəsinin başlanmasından öncə Fukuşimaya qonşu Futaba şəhərinin bələdiyyə sədri olan və faciə sırasında yod həblərini öz təşəbbüsü ilə xalqa dağıdan Katsutaka İdoqava özünə mövzuya dair şərhini soruşduğumuz üzrə Fukuşimadan dəniz məhsulları idxal edilməsini şiddətlə tənqid etdi. İdoqava idxalatın sərbəst buraxılmasını "Qəbul edilə bilməz!" şəklində qeyd etdi.

"NORMALLAŞDIRMA" SƏYLƏRİ

Fukuşima faciəsi bütün gücü ilə təsirini hiss etdirməsinə rəğmən ictimaiyyət yanıldılmağa, gerçəklər gizlənməyə çalışılır. Bunun ən yaxşı yolu isə hər şey əvvəlki halına dönmüş görüntüsü yaratmaq məqsədi ilə problemin qaynağının üstünü örtməkdir. Yəni Fukuşima faciəsinin ardınca ictimayyət təzyiqi ilə qapadılan atom sentralların yenidən açılması. (reaktorların sayı 54-dən 42-yə düşüb) Bugün Yaponiyada 2015-ci il etibari ilə hökümətin ön ayaq olaraq yenidən dövrəyə alına bilmiş reaktor sayı isə 5-dir. Hökümət Fukuşima kimi Tohoku bölgəsindəki Kariva atom mərkəzinin də yenidən çalışdırılması üçün razılıq vermiş durumdadır. İzləyən müddətdə Yaponiya hökümətinin 19 reaktorun açılması üçün də səy verəcəyi ön görülür. Lakin yeni reaktorların dövrəyə alınması bir böhran ortamında mümkün olmayacağı üçün "normallaşdırma" hökümət baxımından şərt görünür. Fukuşima faciəsinin başlamasını izləyən prosesdə  IAEA tərəfindən təyin edilərək dünya səviyyəsində tətbiq edilən 1 milisievert dozun illik 20 milisievert səviyyəsinə çıxardılmış olması da yüksək radiasiya səviyyələrinə rəğmən hökümətin planladığı "normallaşdırma" prosesinin ilk addımı olmuşdu.

REAKTORLARIN SÖKÜLMƏSİNƏ BAŞLANILMIR!

Fukuşima Dayiçi AES-da tam ərimənin meydana gəldiyi reaktorlardan özəlliklə 2 nömrəli reaktordan yayılan radiasiya səviyyyəsi çox yüksək olduğu üçün Dayiçi AES-nı daha güvənli hala gətirmək məqsədilə lazım olan reaktor söküntü işlərinə başlanılması mümkün deyil. Halbuki bu işlərə başlanması halında hökümət 200-250 milyard dollar maliyyəti qarşılamağa belə razıdır.

TOKİO-2020 OLİMPİYA OYUNLARI KAMUFLYAJ!

"Normallaşdırma"ğın təmin edilməsi məqsədi ilə müraciət edilən digər formul 2020-ci il Tokio Yay Olimpiya Oyunları maliyyəti bir AES-in quruluş maliyyətinə dəng deyilə biləcək bir hazırlıq gətirən olimpiya oyunlarının bəzi idman növləri Fukuşimada olacaq.

Bunun üçün məşhur idmançıların Fukuşimaya götürülərək beynəlxalq ictimaiyyətə Fukuşimada hər şeyin nəzarət altında olduğu və problemlərin bitdiyi kimi müsbət mesajların göndərilməsinə çalışılır, bir baxıma reklam edilir. Buna müqabil Fukuşimadan təxliyə edilənlərə verilən ödənişlərin isə yüksək mailiyyət təşkil etdiyi səbəbi ilə kəsilməyə çalışıldığını, bu səbəblə Fukuşimadakı həyatını tərk edən təxminən 60 min vətəndaşın daha tərk etmək məcburiyyətində qaldıqları evlərinə dönməyə məcbur buraxıldığını görürük.

"İŞLƏT-AT" İŞÇİLƏRİ

Olimpiya oyunlarına yönəlik aparılan hazırlıq və reklam məsrəfləri üçün yüklənilən maliyyətin onda birinin Fukuşima Dayiçi AES-də təcili durumda ikən çalışmış olan təmizlik məmurlarının sağlamlıq daramaları üçün ayrılmadığı da görürük. Hökümətin  IAEA tərəfindən müəyyənləşmiş olan dozları yuxarı çəkməsi ilə işçilər üçü müəyyənləşən radiasiya məruziyyət səviyyəsi isə 5 il içində 100 milisievertdən 250 milisievertə çıxarılmışdı.

Tokio Qəzetinin xəbərinə görə təcili durum halında çalışmış olan 20 min işçi var. 2014-cü ildə bu şəxslərin nə qədər radiasiyaya məruz qaldıqlarının anlaşılması üçün dövlət əliyilə sağlamlıq daramaları başladılmışdı. Amma təcili durum halında və sonradan dekontaminasiya işlərində çalışan təmizlik məmurları ya sağlamlıq daramalarına qatılacaq büdcə ayıra bilmir, ya da ödənişli tətil günü olmadığı üçün zatən düşük ödəniş almaqda olduğu işindən  istifa edib kontrol prosesinə daxil olmur. Qaldı ki, dövlətin işçilərin sağlamlıq daramalarına girməsi mövzusunda nə bir təşviqi, nə də zorlaması söz mövzusudur. İşçilər müayinəyə qatılaq istərsə, onları bir də yol məsrəfi kimi əlavə ödənişlər gözləyir. Bir qism işçilərin fikri isə sağlamlıq daramalarının müalicə məqsədli deyil, məlumat toplamaq məqsədi ilə edildiyi yönündədir. Nəticədə 20 min işçinin yalnız 42000-ü söz mövzusu testlərə qatılmış durumdadır ki, bu say toplam işçilərin beşdə birinin radiasiya məruziyyəti haqqında məlumat sahibi olunduğu göstərir.

Testlərə daxil olanlardan 6 işçinin radiasiya məruziyyəti 250 milisievertin, 168 işçidə 100 milisievertin üstünə çıxır ki, bu 174 işçinin öncəki doz dəyəri olan 100 miliievertin aşdığını  göstərir. Kontrolları dövlətə mailiyyəti isə 900 min dollar olub hər il üçün işçilərə 3-4 dəfə pulsuz müayinə imkanı verəcək şəkildə yalnızca 6 milyon dollarlıq büdcə ayrılmışdı.

UŞAQLIQ DÖVRÜ TİROİD XƏRÇƏNGİNDƏ ARTIM!

Digər tərəfdən fəlakətin başlanması ilə Fukuşimadakı uşaqlarda tiroid xərçəng sayları artım göstərir. Xəstə olanlar daramadan çıxarılır. Hətta Fukuşima əyalətinə bağlı bəzi şəhərlərdə xərçəng olaylarının ortaya çıxma ehtimalına qarşı sağlamlıq daramaları aparılmır, proqramlar qapadılır. Tiroid xərçənginin Fukuşima bağını qurmağa çalışan elm insanları isə proqramdan ya istefa etdirilir, ya da çıxarılır. Uşaqlıq dövrü tiroid xərçəngi (18 yaş altı) Ümumdünya Səhiyyə Təşkilatı  tərəfindən AES korrelyasiyası tanınan yeganə xəstəlikdir. Çünki bu xəstəlik radiasiya təsiri olmadıqda milyonda 1-2 uşaqda görülür. Fukuşimadan öncə milyonda 2 uşaqda görülərkən sonrasında 380 min uşaqda 194 əlamətin ortaya çıxması bugün bu xəstəliyin 2000 uşaqda bir görüldüyünü və sıxlığın 500 qat artdığını isbatlayır. Fukuşima mərkəzinə qonşu şəhərlərdə bu testlərin aparılması halında sayın daha da artacağı düşünülür. Bu arada testlərin 2011-2018-ci illər arasında 3 tur aparıldığını və bu son rəqəmin 2016-2018-ci illər arasında aparılan 3-cü turun nəticəsi olduğunu qeyd edək.

0 comments :

Post a Comment