Friday 10 November 2017

Oktyabr inqilabı və Petroqrad homoseksualları


Oktyabr inqilabı ilə bərabər sodomiyanı qadağan edən qanunun aradan qaldırılması rus homoseksuallara azad dönəm yaşatdı. Azad olan homoseksuallar arxasında iz buraxan bir çox tədbirlər, hətta toylar təşkil etdilər. İncəsənət tarixçisi Olqa Xoroşilova Sovet iqtidarının ilkin illərində Petroqraddakı homoseksual toplumun həyatından bəhs etdi.

BOLŞEVİKLƏR SODOMİYA CƏZASINI NECƏ ARADAN QALDIRDILAR?

1900-cü illərin əvvəlində yeni cəza qanununun hazırlanması ilə əlaqəli olaraq sodomiya cəza qanununun aradan qaldırılması Rusiyada qızğın şəkildə müzakirə olundu. Məşhur yazıçı Vladimir Nabokovun atası Vladimir Dmitriyeviç Nabokov qanunun ləğvini gündəmə gətirdi, ancaq müzakirələr bir nəticəyə varmadı və qanun ləğv olunmadı.

Oktyabr inqilabından sonra bolşeviklər cəza qanunu da daxil olmaq üzrə ən qısa müddətdə yeni qanunlar hazırlamaq məcburiyyyətində idilər. Bu səbəblə sodomiya qanunu haqqında nə ediləcəyinə, mühafizə yoxsa ləğv ediləcəyinə və bu fakta ümumi olaraq necə yaxınlaşmaq lazım olduğuna qərar verilməsi lazım idi.

Nə siyasətçilərin, nə də bu mövzuda işləyən həkimlərin ortaq fikri vardı. Ancaq yenə də sodomiya maddəsinə nə 1922-ci il cəza qanununda, nə də qanunun 1926-cı ilindəki halında yer verildi.

Burada Berlin Seksologiya İnstitununu quran alman elm adamı Maqnus Hirşfeldin dolaylı olaraq təsiri olmuşdu. Sovet həkimlər Hirşfeldlə əlaqə quraraq onun Avropadakı işlərini maraqla təqib etdilər.

Homoseksuallığın xəstəlik deyil, insan cinsəlliyinin təzahürlərinin sadəcə biri olduğuna əmin olan Hirşfeld bu mövzuda bir çox danışıqlar apardı.

1926-cı ildə cəza qanunu yeniləndiyində Hirşfeld Moskva və Leninqradı ziyarət edərək dərslər verdi. Deyilənə görə homoseksualların Sovet Rusiyasında mənfi davranışa məruz qalmadıqlarını görməkdən olduqca məmnun qalmışdı.

PETROQRADIN HOMOSEKSUAL ALTMƏDƏNİYYƏTİ

Petroqradlı homoseksualların geyimlərini əsk etdirən xas tərz 19-cu əsrin ortalarından bəri davam edirdi. “Özlərinə” aid olmağın işarələri, xüsusilə şalvarların arxa ciblərini bəzəyən qırmızı dəsmallar və boyunlarındakı qırmızı qalstuklar idi.

Rus poeziyasının “gümüş dövr” şairlərindən Mixail Kuzminin Konstantin Somov tərəfindən hazırlanmış məşhur portretində qırmızı qalstuk sadəcə çarpıcı rəng vurğusu deyil, eyni zamanda şairin homoseksual altmədəniyyətinə aid olmasının simvoludur.

20-cı əsrin əvvəlində bəzi gənclər həddindən artıq makiyaj, pudra və göz kölgəsi edirdilər ki, bunlar daha sonra homoseksuallığın işarəsi olaraq qəbul edildi. Ancaq 1920-ci illərdə həddindən artıq makiyaj homoseksual toplumuna aid olmağın göstəricisi olmaqdan çıxdı.

O zamanlar bir çox gənc kinoya heyran idi və səssiz film aktyorlarının görünüşlərini təqlid etdilər. NEP  (Novaya Ekonomiçeskaya Politika-Yeni İqtisadi Siyasət) dövrü qəhrəmanları beləliklə tavernalarda və küçələrdə bir-birlərini tanıya bilirdilər.

Petroqraddakı homoseksuallar arasında müyyən dəb yox idi. Homoseksual toplumun təqlid etdiyi müğənnilər, sənətçilər, yazıçılar vardı. Özəlliklə Oskar Uayld bunlardan biri idi.

O zamanlar modern anlamda “trendsetter”lər və gey ikonalar yox idi. Bu qavramlar çox sonraları gey mədəniyyətinin məcazi “dolabdan çıxaraq” Amerika və Avropa vizual mədəniyyətinin, özəlliklə sənət və modanın önəmli parçası halına gəldiyi 1980-ci illərdə ortaya çıxdı.

Avropada homoseksual mədəniyyətinin vizual tərəfi Rusiyanın əskinə çox sürətlə inkişaf etdi. 1920-ci və 1930-cu illərdə avropalı homoseksuallar görkəmli qiyafətlər geyinir, şıq aksesuarlar taxırdılar. Hətta siqareti belə orta və üzük barmaqları arasında özəl şəkildə tuturdular.

Sovet homoseksuallarının bu burjua lüksü və ifratçılığı asanlıqla qarşılaması mümkün deyildi. Ölkə 1920-ci illərin əvvəlində vətəndaş müharibəsindən yeni çıxmış ikən görkəmli qiyafətlərdən nə qədər bəhs edilə bilər?

Ortada qıtlıq vardı və geyinəcək bir şey yox idi. Buna görə Fransa və İngiltərədə olduğu kimi bir növ geyim “arqo”sunu inkişaf etdirmək 1920-ci illərdə obyektiv səbəblərdən ötrü mümkün deyildi.

“ARİSTOKRATLAR” VƏ “AVAM”

Petorqradlı homoseksual toplum heterogen idi. Lezbiyanlar səssizcə yaşadı və özəl həyatlarını elan etmədilər. Özəl lezbiyan mədəniyyəti 1920-ci illərdə Petroqrad-Leninqradda ehtimalla heç var olmadı.



Onlar bu qapalılığı, məhrəmiyyəti həyatlarına bağlı sənədlərin bu qədər nadir olmasının səbəblərindən biridir. Özəlliklə fotolar həqiqətən nadirdir. Kolleksiyamda sadəcə bir neçə dənə var.

Buna qarşılıq geylər özlərini daha təsirli və yaradıcı olaraq göstərdilər. İncəsənət və ədəbiyyat salonları yaratdılar, partilər və kostyumlu toylar təşkil etdilər, məktublar və gündəliklər yazdılar və xatirə fotoları çəkdirdilər.

Maraqlıdır ki, qulağa nə qədər gülməli gəlsə də, homoseksuallar inqilabdan sona belə siniflərə bölünmüş halda yaşamağa davam etdilər. İnqilabdan əvvəl də, sonra da gerçəkdə tək bir deyil, iki ayrı homoseksual toplumu vardı və bunların təmsilçiləri həqiqətən bir-birləri ilə əlaqə qurmurdular.


“Aristokratlar” deyilən və yaradıcı intelligensiyanın təmsilçilərindən, soylulardan, dövlət rəsmilərindən və çarist ordu zabitlərindən ibarət kəsim vardı. Bunlar kokteyl və konsertlər təşkil edib sənətçiləri bunlara dəvət edirdilər.


Digər topluluğun adı “avam” idi. Bu ad “aristokratlar” tərəfindən verilmişdi. Bunlar inqilabdan əvvəl eksklüziv Peterburq salonlarına qəbul edilməyən, 1917-ci ildən sonra da “aristokratlar” tərəfindən xoş qarşılanmayan şəxslər olan əsgərlər, dənizçilər və məmurlardan ibarət idi.

Anlaşılır ki, inqilab sinif ayrı-seçkiliyini ortadan qaldırmşdı, ancaq homoseksuallar köhnə sinif qəliblərini davam etdirirdi.

Amma bəzən “aristokratlar” istisnalar edərək “avam”dan yaraşıqlı kişiləri gecələrini bəzəmələri üçün aralarına dəvət etdi. Ayrıca sinfi məhdudiyyətlər “qadın təqlidçilərinə” (qadın rolundankı kişi sənətçilər) tətbiq olunmurdu və onlar da həm “aristokrat”, həm “avam” olmaqdan xoşbəxt idilər.


“Qadın təqlidçiləri” inqilabdan əvvəl və sonra rus teatrında var olan ənənəvi travesti janrından ziyadə homoseksual mədəniyyətlə daha çox əlaqədar olan özəl janrın sənətçiləri idilər.


Professional dərzilər tərəfindən tikilmiş kostyumları ilə göz alırdılar. Hətta bu geyimləri kirayələdiklərini və ya məşhur Petroqrad dərzisi Leyfertdən sifariş etdiklərini öyrəndim. Leyfert Mariinskiy teatrının aktyor və aktrisalarını geyindirirdi.

Təqlidçilər kostyumlu homoseksual toylarında gəlin qılığında, rahat ana qılığında və ya sadəcə gecənin nəşəli qonağı olaraq aktiv biçimdə yer aldı.

PETROQRADIN ƏN SƏS-KÜYLÜ TOYU

Petroqradda neçə dənə belə toy təşkil olundu, bilmirəm. 1920-ci illərə aid sənədlərdə yalnız 2 dənəsindən bəhs edilir.

Biri 1920-ci ildə Petroqradın göbəyindəki Ofitserskaya prospektində reallaşdı. Dövlət məmuru Georgi Andreyev gənc fabrik işçisi olan Dina ləqəbli Denis Nesterenko ilə evləndi. İkinci homoseksual toy isə 1921-ci ilin yanvarında reallaşdı.

Bəzi sənədlərə görə bu tərz toylar 1920-ci illərin sonunda, 1930-cu illərin əvvəlində də oldu. Ancaq bunlara sadəcə dolaylı istinadlar edilmiş və bu səbəblə tam olaraq harada təşkil olunub kimlərin qatıldığını müəyyənləşdirmək mümkün deyil.


Amma 1921-ci ildəki səs-küylü toy haqqında daha çox bilinir. Çekist casusu və Baltik donanması dənizçisi olan gənc partiyalı Afanasi Şaur tərəfindən təşkil olunmuşdu. Şaur parlaq partiya karyerası xəyalı qururdu və əlbəttə gözə girmək istəyirdi.

1920-ci ildə əsl sui-qəsdi necə ortayaa çıxaracağını tapdı. Petroqradda hər gün yeni sui-qəsd kəşf edilirdi. Dostları arasında keçmiş zabitlər və düşük rütbəli ordu mənsubları vardı. Hamısı homoseksual idi.

Bütün bu keçmiş ordu mənsublarının əks-inqilabçı olduqlarını və gənc Qızıl Ordunu əxlaqi yöndən təsir edib gəncləri əxlaqsızlığa sövq edərək içəridən parçalamaq istədiklərini ortaya çıxararaq bütün intriqanı pozğuna uğratdı.

Bu “sabiqlər” əsasında “əks-inqilabçı iclaslar” olan dəvətlər verirdilər. Bir homoseksual toyu qılığı altında Şaur Petroqrad gey mədəniyyətinin önəmli təmsilçiləri olan baş “əks-inqilabçıları” bir araya toplamağa və polisin köməyi ilə bir dəfəlik həbs etməyə qərar verdi.

Hər şeyi doğru şəkildə hesabladı. “Avam” və “aristokratlar”dan ibarət qonaqlar sadəcə bir gecə partisi üçün gəlməyə bilərdi. Ancaq toy 2 kişi arasında və kostyumlu idi, ayrıca valideynlərin xeyir-duası və “çörək və duz” kimi rituallar ilə bir də konsertə yer veriləcəkdi. Belə toy bir çoxlarının marağını çəkdi.

Tədbirə aralarında “kişi qılığına girmiş qadının” da olduğu 95 nəfər qatıldı və hamısı həbs olundu. Ancaq məhkəmə nəticədə bitdi və olayın fiquranları xəfif qorxu ilə qurtuldular.

NECƏ SON TAPDI?

Şaurun əməliyyatının ardınca 1920-ci illərdə belə sensasiyalı toylar və ədalətli qovuşdurmalar yaşanmadı. Sodomiya hələ cəza qanununda yer almırdı və gey salonları üçün isə sadəcə gizli müşahidə aparılırdı.

1930-cu illərin əvvəlində durum dəyişdi. İyun 1933-cü ildə ilk həbslər başladı. “Leninqrad homoseksualları məhkəməsi”ndə toplamda 175 nəfər həbs olundu. Çox sənədin hələ gizli olması və araşdırmaçılar tərəfindən əlçatmazlığı səbəbi ilə bu həbslərin səbəbləri hələ bilinmir.

Homoseksuallar siyasi səbəblərdə həbs edildi və bəziləri faşist olmaqla, bəziləri ingilis kəşfiyyatı üçün çalışmaqla, bəzilər “qəsdli əks-inqilabçılıq” və “Qızıl Ordunun əxlaqi yöndən pozulması” səbəbi ilə ittiham edildi.

Şaurun 1921-ci il “toyunun” burada önəmli rol oynadığını düşünürəm. Birləşmiş Dövlət Siyasi İdarəsi (BDSİ) işçiləri Şaurun ittihamlarını “oğlancıqlar sərhəd və dəniz qüvvələrini korlayır” şəklində xatırladılar. Eyni sözlər 1930-cu illərin əvvəlindəki danoslarda da dilə gətirildi, BDSİ tərəfindən ənənəvi şəkildə həbs edilənlərdən alınan ifadələrdə də.

Nəticə olaraq “homoseksual məhkəməsi” əhatəsindəki Leninqrad həbsləri sodomiya maddəsinin 1934-cü ildəki yeni cəza qanununa yenidən girməsinə səbəb oldu.

0 comments :

Post a Comment