Friday 2 September 2016

Orta əsrlər Avropasında dini terror


Latınca "təzyiqçi istintaq və sorğulama" mənasını verən "Inquisition" sözündən gələn “inkvizisiya”, şübhəsiz, bütün orta əsr Avropasının və bəlkə də bütün insanlıq tarixinin ən amansız məhkəmə sistemidir. İnkvizisiya məhkəmələri XIII əsrdə tarix səhnəsinə çıxan və xristianlıqdan dönənləri, kilsə tərəfindən qəbul edilən təlimlərə zidd hərəkət edənləri mühakimə etmək üçün qurulmuş katolik inanc əsaslı məhkəmələrinin ümumi adıdır. İş gördükləri müddət ərzində inkvizisiya məhkəmələrinin qurbanlarının sayı antik çağda romalılar tərəfindən qətl edilən xristianların sayından qat-qat çoxdur. Üstəlik, inkvizisiyanın yaradıcı işgəncələri yanında romalıların etdikləri işgəncələr olduqca adi, hətta çox daha insancıl sayıla bilər.

İnkvizisiya məhkəmələrinin qurulmasıyla nəticələnən prosesin əsas səbəbi orta əsr Avropasında din adamlarının İncildən vəz etdikləriylə tam tərsi olan həyatlarının, pozğunluğa və lüksə olan düşkünlüklərinin yoxsulluqla boğuşan xalqı katolik kilsəsindən soyudaraq yeni axtarışlara yönəltməsidir. 11-ci əsrin başlarında, xüsusilə də, Cənubi Fransa, Şimali İtaliya və qismən Qərbi Almaniyadakı kafir olaraq xarakterizə edilən Katar, Albiqoy, Patarin və s. təriqətlər beləcə gedərək güc qazanmış, katolik kilsəsini və dövləti yalnız dini sahədə deyil, eyni zamanda iqtisadi və siyasi mənada da təhdid etməyə başlamışdır. Bu axınlardan ciddi narahatlıq duyan həm katolik kilsəsi, həm də kilsə ilə çərçivəsi tam çizilməmiş koordinasiya içində davranan siyasi ərk özünü tədbirlər görmək məcburiyyətində hiss etmişdir.

Kilsənin azğın olaraq xarakterizə etdiyi bu şəxslərə qarşı əlindəki ən güclü cəza üsulu təqib olunan şəxsləri aforoz etməkdir. Bu təqib işi ilk olaraq yepiskopların məsuliyyətinə və səlahiyyətinə verildiyindən "yepiskopluk inkvizisiyası - Episcopal Inquisition" olaraq adlandırılmışdır. Lakin xatırlanan dövrdə kilsənin azğın qrupların üzvlərinə verə biləcəyi cəzaların məhdud olması, qruplara iştirakın təxminlərin kənarında bir sürətlə artması, həyata keçirilən mübarizənin müvəffəqiyyətinin olduqca məhdud qalmasına səbəb olur.

12-ci əsrdən başlayaraq azğın inanclar kilsənin səylərinə qarşı daha da güclənərək bütün Avropanı qucaqlamağa başlayır. Katolik Avropanın bəzi bölgələrində (İspaniya, Cənubi Fransa, Yuxarı İtaliya) azğın inanc qruplarının varlığına və fəaliyyətlərinə bağlı olaraq kilsəyə çatan məlumatların artması üzərinə inkişafları izləmək, lazım olduğunda müdaxilə etmək, heretik (azğın) olaraq xarakterizə edilən kafir təriqətlərinin üzvlərini mühakimə etmək və işbirlikçilərini ortaya çıxarmaq bir komissiya qurulur. Komissiyaya çatan məlumatların sıxlığı, görülməsi lazım olan iddia sayındakı artım, ehtiyaclara cavab verə biləcək bir təşkilatlanmanın qurulmasını zəruri etməkdədir. Yenə katolik kilsəsi tərəfindən tətbiq olunan cəzaların qeyri-kafi qaldığına olan inancın papalıq nəzdində gedərək daha çox tərəfdar tapması papalığı kilsə hüququnun normalarına uyğun gələn, ancaq daha təsirli fəaliyyət göstərəcək bir təşkilatlanmağa məcbur etmişdir.

İNKVİZİSİYA MƏHKƏMƏLƏRİNİN QURULMASI

1183-cü ildə Papa III Lusiy kral Fridrixin də (Barbarossa) iştirakıyla yepiskoplar, ilahiyyatçıları və kilsə mənsublarıyla birlikdə Verona sinodunu toplayır. Toplantının ən əhəmiyyətli gündəm maddəsi Cənubi Fransanın çöl bölgələrində sürətlə təşkilatlanan və yayılma meyli göstərən kafir təriqətləriylə mübarizə üsullarının təyin olunmasıdır.

1183-cü ildə Verona sinodunda qəbul edilən qərar katolik kilsəsinin tarixi baxımından dönüş nöqtəsinə işarə edir. Çünki artıq kafirlik anlayışı və kafirlərə tətbiq olunacaq cəza metodları daha əhatəli bir şəkildə yenidən şərh edilməyə başlamışdır. Bu dönəmə qədər əsl inancdan dönmək və kafirlik arasında fərq yox idi, yalnız kafirlər qəddarca cəzalandırılmışdılar. Ancaq artıq kilsənin nüfuzunu sarsıdan, papalığa dil uzadan hər cür doqma kilsənin təlimindən bir qopuşu/ayrılışı bərabərində gətirdiyi və papalığın nüfuzunu inkarı mənasını verdiyi üçün kafirlik olaraq təyin olunacaq, hansı şəkildə ortaya çıxarsa çıxsın, lənətlənəcək və cəzalandırılacaq.

İnkizisiya məhkəmələrinin tam olaraq hansı tarixdə qurulduğu günümüzdə belə müzakirə mövzusu olmaqla birlikdə təməllərinin atıldığı tarix olaraq 1184 il qəbul edilir. Papa III Lusiyin (1181-1185) Verona sinodunda alınan qərarlara istinadən 1184-ci ildə çıxardığı "Ad abolendam diversarum haeresum praviiatem" adlı fərman azğınlarla mübarizənin necə aparılacağı bildirir:

-          - Qraflar, baronlar və digər sinyorlar aforoz əsnasında kilsəyə silah yardımı ediləcəyinə söz verəcəklər.
-          - Bütün vətəndaşlar azğın olduqlarından şübhələndikləri hər kəsi yepiskoplara xəbər edəcəklərinə and içəcəklər.
-          - Yepiskoplar şəxsən heretikləri tutmaq üçün ildə 2 dəfə yepiskopluğa aid kəndlərə və şəhərlər səfər təşkil edə biləcəklər.
-          - Heretik məzhəb tərəfdarları rəzil şəkildə təşhir ediləcək və vəzifələrindən uzaqlaşdırılacaq.

1233-cü ildə Papa IX Qriqoriy Fransadakı kafir təriqətlərinin təqibi məqsədiylə iki fərmanı dərc edir. 1233-ci il tarixli iki fərmandan ilki inkvizitorların kafir ovuna cəlb edilməsinə, digəri isə yepiskopları kafir qrupların təqibində məsuliyyətlərinin müəyyən edilməsinə aiddir.

Beləcə, 1233-ci ildə Yepiskopluk İnkvizisiyasının yerinə qurulan Papalıq İnkvizisiyası yeni təşkilatlanan Dominikan və Fransiskan təriqətlərinin tam səlahiyyətli üzvləriylə Papanın sərhədsiz gücü də arxalarında olduğu halda rəsmi olaraq qurulmuş olur. Vəzifə sahəsi başlanğıcda yalnız vəftiz edilmiş xristianların kilsə təliminə baş qaldıranları mühakimə etməklə məhdudlaşsa da, irəliləyən dövrdə şeytana tapınma, zina, cadugərlik, elm adamları, yəhudilər və ya xristianlaşmış yəhudilər (konvertolar) və qismən də müsəlmanlar və ya xristianlaşmış müsəlmanlar (moriskolar) inkvizisiya məhkəmələrinin vəzifə sahəsinə daxil edilmişdir.

İspaniya inkvizisiyası 1479-cu ildə İspaniya krallığında, papalıqdan müstəqil olaraq qurulmuşdur. Məqsəd əslində dinlərini dəyişdirməyib aldatmaq məqsədiylə xristianlığa keçmiş kimi görünən yəhudiləri və müsəlmanları cəzalandırmaq idi. Papalıq inkvizisiyasından daha çox sərt, daha çox amansız olmasıyla tarixə keçəcəkdi. İspan inkvizisiyası ləğv olunana qədər axmaqlıq dərəcəsinə çatan səbəblərlə minlərlə insana işgəncə edib onları ölümə göndərdi. Elə ki, bir kilsənin divarı (20-ci əsrin sonlarında) yıxıldıqda üzərlərinə divarın hörülməsiylə 2 divar arasında qalmış çox sayda kimsənin skeletləriylə qarşılaşılacaqdı.

Kilsə gedərək möhkəmlənən kafir axınlar içində sehrbazlığın və ya cadugərliyin kök salmasına da tamaşaçı olmayacaqdır. Kafirlik kilsənin və Tanrının inkar edilməsidirsə, sehrbazlıq və cadugərlik də yer üzündə şeytanın gücünün yer üzündə icra edilməsidir. Tanrının varlığı inkar etmək şeytanın yer üzündə krallığının qəbulu deməkdir. Bu səbəblə inkvizisiya sehrbazlığı kafirliyin hərəkətə keçmiş forması olaraq gördüyü üçün davamlı təqib altına almışdı. Bu inancın təbii nəticələri erkən sayıla biləcək mərhələdə görülmüşdür. Papa IV Aleksandr (1254-1261) 1258 və 1260-ci illərdə inkvizitorlara fövqəltəbii güclərin köməyi kilsə hüququnca qadağan edilmiş falçılıq, cadugərlik, cadugərlik və s. hərəkətlərin sahiblərinə hədlərini bildirmələrini əmr edir. İnkvizisiyanın başlatdığı bu cadugər ovu dövründə minlərlə qadın cadugər olduqlarından şübhə duyulduğu üçün öldürülür.

MƏHKƏMƏ PROSESİ

İnkvizisiya məhkəmələri ictimaiyyət adına açılır, çünki cinayət ictimaidir və 2 təməl qaydaya görə yürüdülür. Birincisi, məhkəmə şəxsən davanın seyrinə müdaxil olaraq cinayətin işləndiyini sübut etməklə mükəlləfdir. İkincisi, inkvizisiya anlayışından kafirlərin təsbiti və mühakiməsi məqsədiylə Papa tərəfindən qurulmuş ağır cəza məhkəmələri başa düşülür. İnkvizisiya məhkəmələrinin əsl məqsədi cəzalandırmaq deyil, şübhəlini girdiyi yanlış yoldan dönddürmək və düzəltməkdir; şübhəlini sahib olduğunu zidd düşüncələrdən arındırmaq, ortağı olduğu hərəkətlərin yanlışlığına razı salmaq hər zaman mümkündür.

İnkvizisiya mübarizəsində “inquisitio”  prosesini başladan ən vacib amil şübhədir. Kilsənin anlayışına görə bütpərəstlik, şeytana və kafir tanrılarına xidmət məqsədinə istiqamətli gizlicə yürüdülən bir fəaliyyət olması səbəbiylə ancaq şübhə ilə ortaya çıxarıla bilər. İnkvizisiya məhkəmələrində şəxs haqqında "pis duyumlar" alınması səbəbiylə iş açılmış ola bilər. Pis duyumların mənası sorğuya çağırılan şəxs haqqında dəlillərin olmaması, ancaq qeyri-dini düşüncələr içində tapıldığından duyulan şübhədir. Sorğuya çağırılan şəxsi ailə üzvlərindən hər hansı birinin daha öncədən heretik qruplara üzvlüyü bilinirsə, “pis duyumlar” söz mövzusudur. Bunun kafir təriqətlərinin intensiv olaraq fəaliyyətdə tapıldığı bölgələrdə tətbiq edilən adi metod olduğu bilinməkdədir.

Şübhəlilərin inkvizisiya məhkəmələrinə çıxarılmasına kömək edən digər bir mühüm amil məlumatlandırma və denonsasiya fəaliyyətləridir. Bu üsul inkvizitorlar kafirlər, əməkdaşları və tərəfdaşları haqqında məlumatlandırılmasını təmin edə bildiyi üçün seçilir. Müxbirlər notarius və şahidlər önündə içdiyi andla məlumat verirdilər.

Başqalarının azğın hərəkətləri haqqında bir şeylər bildiyi halda bunları inkvizisiya hakimlərinə və məhkəmənin digər üzvlərinə anlatmayanlar bu azğın qrupların hərəkətlərinə ortaq olmuş sayılır və kafirlik günahından mühakimə edilirdi. Bu durum informalizmin qurumlaşmasına ən əsas səbəbidir. Heretik təqibə məruz qalan ailələrin mal varlıqların istintaq nəticəsinə görə asanlıqla əl dəyişdirməsi də müxbirliyin artmasının digər səbəbidir. Bu prosesi fürsət bilən qonşular, hətta ailə üzvləri belə müxbir karvanına qatılmışdılar.

Şübhə ya da xəbər yolu ilə azğınlıqla günahlandırılan şəxslərə təxminən 15-30 gün arasında bir müddət tanınır, bu müddətin sonunda günahlarını etiraf edib tövbə etmələri gözlənilirdi. Bu müddət içində cinayətlərini etiraf etməyənlər məhkəməyə çağırılır, gəlməzlərsə, zor işlədilərək məhkəməyə gətirilir və məhkəmə prosesi başlayır.

Şübhəli sorğulanmaya başlamazdan əvvəl hansı cinayətləri işlədiyi, müxbirə istinadən (ancaq müxbirin şəxsiyyəti verilmədən) özünə bildirilir, işlədiyi cinayət və ya cinayətlərə dair detallar müxbir tərəfindən məhkəməyə verilməmişsə, şübhəli ümumi olaraq heretik təriqətlərə üzv olmaq günahından mühakimə olunmağa başlayır. Günahlandırılan şəxsin vəkil tutmaq haqqı var. Ancaq vaxt keçdikcə ittihamları müdafiə edən vəkillərin də azğınlıqla ittiham olunmağa başlanmasıyla təbii olaraq  bir daha azğınları müdafiə edəcək vəkil çıxmamışdır.

Inkvizisiya məhkəmələrində iddialar müəyyən bir məqsədlə açıldığı və mütləq nəticələndirilməsi lazım olduğu üçün şübhəlilə bağlı hər cür şəxsi məlumat və sənədin toplanması və qiymətləndirilməsi böyük bir vasvasılıqla edilirdi. Məhkəmə prosesinin əsas məqsədi hər hansı bir qərara varılmaqla şübhəlinin və ya günahkarın günahını etiraf etməsidir və bunun əsas vasitəsi çox zaman inkvizisiya işgəncələridir.

İstintaq irəlilədikcə işgəncəçinin də əməyiylə digər cinayət isnatları özünə qəbul etdirilir. Lakin çox zaman təqsirləndirilən şəxsin ittiham edilən cinayətləri qəbul etməsi də yetərli gəlməz; İşgəncədən qurtulmaq istəyənlər məcbur olaraq arvadlarını, uşaqlarını, valideynlərini və ya yaxın dostları günahlandırmaq məcburiyyətində qalırlar.

İnkvizisiya məhkəməsndə bir dəfə mühakimə edilən birinin bəraət alması mümkün deyildi. O, ən yaxşı ehtimalla bütün hüquqlarından məhrum edilirdi. Teorik olaraq bir tək Papanın qərar təbliğ edilmədən öncə davanın yenidən görülməsini istəmək səlahiyyəti vardır. Bu kimi hallarda yenidən baxılmağa başlanan davanın bütün xərcləri şübhəliyə aid olurdu. Heretika ittihamı ilə mühakimə olunan şübhəli fərarilik etdiyində qiyabən kafirlikdən hökm geyinər və günahı dəqiqləşirdi. Mühakimənin nəticəsində ya şübhəlinin günahı sübut olunur, ya da məsum olduğunu iddia etməsinə qarşılıq kafirlikdən günahkar tapılır, ya da hal və davranışlarından kafirlik günahı işlədiyinə qərar verilirdi. Qısacası, hər halda, şübhəli heretiklikdən mühakimə olunaraq cəzalandırılırdı Şübhəli məhkəmənin yekun qərarı açıqlanana qədər necə cəzayla hökm geyindiyini öyrənə bilməzdi.

İnkvizisiya məhkəmələri tərəfindən tətbiq edilən cəzalar aşağıdakı kimi yekunlaşdırıla bilər:

-         - Ölüm cəzası,
-         - Həbsxana cəzası,
-         - Malların müsadirəsi və evlərin məhv edilməsi,
-         - Qamçılamaq cəzası,
-          - Rəsmi qurumlardan qadağa cəzası,
-          -Həccə göndərmək cəzası,
-          - Kafirlik işarəsi daşımaq cəzası,
-          - Tövbə etmək, sürgün, oruc tutmaq, dua əzbərləmək, aforoz və pul cəzaları.

İnkvizisya məhkəməsinin son qərarı şübhəliyə kütlənin qarşısında keçirilən mərasimlə açıqlanır. Eynən sorğulama dövrünün başlanğıcında olduğu kimi xalqın üzvləri və ruhani kəsiminin üzvləri qərarın şübhəliyə təbliğ edilişini izləmək üçün toplanırlar. Mühakimə nəticəsi alınan qərarın şübhəlilərə bazar günləri təbliğ edilməsi qaydadandır. Qərar açıqlamaq mərasiminə qatılan əyalət səlahiyyətliləri və ya yerli məmurların and içməsinin ardından öncəliklə cəzaları xəfiflədilən şübhəlilərlə əlaqədar qərarlar açıqlanır. Bəzən ağır cəza məhkumiyyətləri kilsənin xidmətində çalışmaq cəzasına çevrilərkən, bəzən kilsədən ixrac cəzasıyla qurtula bilmək mümkündür. Nədamət gətirmək heç bir zaman tam anlamıyla ağız cəza məhkumiyyətindən qurtuluşla nəticələnməsə də, veriləcək cəzanın xəfiflədilməsinə kömək edir. Xəfiflədilmiş cəzalara verilə biləcək parlaq nümunə şübhəlinin geyiminin üzərinə cizilən sarı xaç işarəsiylə dolaşması, nümayış edilməsidir. Məhkum sarı xaç işarəsini cəzası bitənə qədər hər kəsin görə biləcəyi bir biçimdə davamlı daşımaq məcburiyyətindədir Geyimin üzərində daşınacaq sarı xaçın böyüklüyü işlənəcək boya və bənzər ayrıntılar inkvizisiya məhkəməsi tərəfindən təyin edilir.

Qərarın açıqlanması mərhələsində həbsxana məhkumiyyətlərinin kilsənin xidmətində çalışmaq cəzasına çevrilməsi imkanı hər zaman vardır. 3 fərqli ağır cəza məhkumiyyəti söz mövzusudur. Ən xəfif həbsxana əhkumiyyəti olan “murus largus”da məhkum cəzasını digər məhkumlarla koğuş paylaşaraq keçirir. Məhkumiyyətin bir az daha ağır biçimi olan “murus strictus”da məhkum tək adamlıq hücrəyə qapadılarkən "murus strictissimus"da tək adamlıq hücrə cəzasına əlavə olaraq prangaya vurulmaq söz mövzusudur. İflah olmayacağı düşünülən inadçı kafirlər isə tək adamlıq hücrədə ömür böyü prangaya vurulmağa məhkum edilir. Son anda yandırılmaqdan qurtulan kafirlərin əfv edilməsi isə ömür boyu tək adamlıq hücrədə prangaya vurulmaları anlamına gəlir.

İnkvizisiya məhkəmələri tərəfindən verilmiş ölüm cəzası 3 müxtəlif üsulla tətbiq edilir:

-          - Diri-diri torpağa gömmək,
-          - Suda boğmaq,
-          -Tonqalda yandırmaq.

İNKVİZİSİYA MƏHKƏMƏLƏRİNİN İYERARXİK QURULUŞU VƏ İNKVİZİTORLAR

Tanrının yer üzündəki təmsilçisi Papa inkvizisiyanın da mübahisəsiz lideri idi. İnkvizisiya məhkəməsi qeyri-adi mühakimə mexanizmi olaraq papalıq iyerarxiyasında yer alan digər üzvlər və hətta üst səviyyə təriqət mənsublarından müstəqil, hər hansı senzura və yoxlamaya bağlı olmadan fəaliyyət göstərirdi. İnkvizisiya məhkəmələriin belə müstəqil və fövqəladə səlahiyyətlərlə təchiz edilmiş olaraq çalışmasına icazə verilməsinin səbəbi şeytanın əmrinə girərək “katolik dünya” ölkəsinə savaş açmış azğın təriqətlərlə sürətli və qərarlı savaş yürüdə bilməkdir.

İnkvizitorlar Papa tərəfindən təyin edilir və sadəcə ona qarşı məsuliyyətlidirlər. Ancaq kafir təriqətlərinin təqibiylə vəzifələndirilmiş bu ordunun 13-cü əsrin ortasından etibarən Papalığa çatdırdığı məlumatların sayı o qədər artmışdı ki, Roma bu məlumatları dəyərləndirə bilməz hala gəlmişdi. Papa IV Urban (1261-1264) bu mövzuya “səhahiyyət dövrü” yoluyla həll tapmışdır. Mahiyyətindən kardinal Qaetano Orsiniyə fərqli bölgələrdən gələcək məlumatları dəyərləndirmək və ölkələr arasında inkvizisiya fəaliyyətlərini koordinasiya etmək vəzifəsi verərək onu ba inkvizitor olaraq təyin etmişdi. Zamanla rəqabət içinə girən kardinalların da təzyiqiylə papalıq sahib olduğu böyük gücü paylaşdırmaq məcburiyyətində qalmışdır. Beləcə, papalıq sarayında bir çox vəzifə inkvizitorların əlinə keçmişdir.

İnkvizitorlar başlanğıcda Dominikan təriqətinin üzvlərindən seçilməklə birlikdə zamanla Fransiskanlar da inkvizisiya məhkəmələrində vəzifə almağa başlamışdılar. İnkvizisiya məhkəmələrinin səlahiyyət hədlərinin genişlənməsi və iş yükünü artmasıyla fərqli təriqətlərdən, hətta ruhani sinfindən olmayan kəsimlərdən seçilmiş inkvizitorlara sıx-sıx rast gəlinmişdir. Fərqli keçmişlərə sahib olan inkvizitorların seçilmək yaşı Papa V Kliment (1305-1314) dönəmində 40 olaraq təyin edilmişdir. Zalım və mərhəmətsiz, enerjili, karyera düşkünü, ehtiraslı və fanatik quruluşda olmaq inkvizitorluğa seçiləcək adamda axtarılan xüsusiyyətlərin başında gəlməkdədir. Təmiz keçmişə sahib olmaq inkvizitorluğa seçilməkdə önəmli avantaj təşkil etməklə birlikdə bəzi istisnalar da mövcuddur. Məsələn, dominikan Robert le Burj  tövbə etmiş keçmiş katar olaraq 1233-cü ildəə Luara bölgəsi inkvizitorluğuna axtarılmışdı. İnkvizisiya tarixində işlətdiyi cinayətlərdən dolayı kilsə tərəfindən mühakimə edilərək cəzalandırılan ilk və son inkvizitor Le Burjdur.

Ehtiraslı bir Əziz  Tommazo heyranı olan Eymerik hazırladığı “Directorium Incfuisitorum” adlı əsəriylə azğınlarla əlaqəli geniş araşdırmadan əlavə məsləkdaşlarına azğınlara tətbiq ediləcək sorğulama, işgəncə və edam üsulları mövzusunda yeni məlumatlar vermişdi. Yuxarıda sayılar bütün inkvizitorlar içində amansızlığı ilə  məşhurlaşmış İspaniyanın ilk baş inkvizitoru Tomas de Torkvemada ayrı yerə sahibdir. Vəzifədə olduğu 9 il içində (1480-1489) sorğuladığı təxminən 100.000 adamın 9000-ni işgəncəylə sorğuladığı təxmin edilməkdədir.

İnkvizitor hüdudsuz səlahiyyətə sahibdir; hər hansı şəhəri ziyarətindəən bir neçə gün sonra kilsə səlahiyyətlilərindən xalqa “ola bildiyincə qısa müddət içində toplanaraq günah çıxarmaqları” təlimatını verməklərini istəyə bilər. Yenə toplu günah çıxarmağa qatılmayanların “ipso facto” kilsədən ixrac ediləcəyi inkvizisiyanın təlimatı olaraq xalqa eşitdirmək məcburiyyətindədir. Tək başına bu örnək belə inkvizitorların nə qədər böyük gücə sahib olduqlarını və bu gücün nə qədər pisə işlətdiklərinə işarə etməkdədir. Papa xaricində heç bir güc onların kilsəylə əlaqəsinə son verə bilməz. Papanın maiyyəti belə xüsusi icazə almadan inkvizitorlara xəbərdarlıq edə bilməz, vəzifədən əl çəkdirə bilməz. İnkvizitorun fəaliyyətlərini məhdudlaşdıran və əngəlləyən hər kəs aforoz edilir. İnkvizitorlar iyerarxik quruluşda ən az özləri qədər amansız kafir ovçuları olan yepiskoplardan öndə gəlirlər. Papanın yepiskoplara “qardaşım” deyə xitab edərkən, inkvizitorlara “oğlum” deyə xitab etməsi aralarındakı əlaqə haqqında bir fikir verməkdədir.

MÜQƏDDƏS İNKVİZİSİYA MƏHKƏMƏSİ HEYƏTİ

“Müqəddəs inkvizisiya məhkəməsi heyəti” 1 və 2 inkvizisiya hakimi, notarius, danışıqların qeydini tutan katib, həkim və cəlladdan təşkil olunur. 14-cü əsrdən etibarən davalarda inkvizitorlara yardımçı olmaq üzrə ruhani sinfindən gəlmə hüquqşünaslar vəzifələndirilməyə başlamışdır. Təməl vəzifələri davalı haqqında təşkil edilən iddianamə və qərarın sivil hüquq hökmləriylə ziddiyətlərini əngəlləyəcək tədbirlər görməkdir. Ancaq tətbiqatda özlərinə şübhəli haqqında verilən məhdud bilgilərlə (şahidlərin adı adətən gizli tutulur) hazırlanan dosye haqqında obyektiv, etibarlı fikir bildirə bilmək hüququna sahib deyildilər. Zira müxbirlərin adı inkvizitorlr tərəfindən şübhəliyə edilən işgəncədə gizli tutulur. Praktikada inkvizisiya məhkəmələrinin məmuru olaraq vəzifə görən hüquqşünaslar yalnız şübhəli tərəfindən verilən ifadədə yer alan məlumatların qaydalar uyğun protokollara keçirilib-keçirilmədiyini kontrol edirlər.

Məhkəməni əvvəldən sonuna qədər izləyən, sorğulamağa və işgəncəyə şahidlik edən notariusun əsas vəzifəsi şübhəlini və şahidlərin ifadələrinin kilsə hüququnun normalarına uyğun olaraq alındığını təsdiqləməkdir. Papa tərəfindən vəzifəyə edilən notarius ödənişini inkvizitordan alır. Məhkəmə heyətində yer alan katiblər adətən Dominikan təriqəti üzvü rahiblər arasından təyin olunurlar. Katiblər digər inkvizisiya məhkəməsi üzvləri kimi təmkinli olmaq məcburiyyətindədirlər. “Müqəddəs məhkəmə”nin fəaliyyəti haqqında danışmaq və verilən qərarlar üzərində şərh etmək ağır cəza tələn edən cinayətdir. Hər addımlarında inkvizitorlara qarşı məsul olan notariuslar və katiblər məhkəməylə bağlı bütün məlumatlatın altına atdıqları imzalarla məhkəmə prosesini qanuniləşdirmiş olurlar.
Məhkəmə komissiyasında yer alan həkimin 2 vəzifəsindən biri şübhəlinin sorğuda işgəncə səbəbiylə “erkən ölməsini əngəlləmək”, digəri isə cəlladlara işgəncə sənətlərini icra edərkən kömək etmək, yeni “texnikalar” göstərməkdir.

Yuxarıda qeyd edilənlərdən əlavə heyətə kömək edən, 2-ci dərəcədən dəstək-xidmət təqdim edən bir köməkçi personal qrupu vardır. Bu qrupda inkvizisiya mexanizmasının işləyişini şəxsiyyətlərini məhkəmədə “gizli” tutularaq asanlaşdıran müxbirlər, həbsxana gözətçiləri, kuryerlər və digər  xidmətli personal yer alır. Gizli müxbirlər toplumun fərqli kəsimlərindədirlər; krallıq sülaləsindən bəsit kəndlilərə, din adamlarından aristokratlara uzanan toplum kəsimlərindən geniş qatılım olmuşdur. “İnkvizisya ailəs”nə qatılmış bəzi hörmətli vətəndaş və aristokratlar şübhəliyə mühakimə olunduğu məhkəmədə əvvəldən axıra qədər yoldaşlıq edərək bir növ könüllü yardım ilə vicdanlarını rahatlatmaq yoluna getmişdilər. Vəzifələri hökm geyinmiş kafirlə danışmaq, mənəvi güc vermək, nədamət gətirməsini təmin edərək kilsəylə təkrar barışdırmaqdır. Edama hazırlıq prosesində də davam edən vəzifə qurbana inkvizisiyadan yandırılmağa qədə yoldaşlıq edilməsi, atəşin yandırılmasına kömək etmək və atəşi gücləndirmək üçün odunn atmaq kimi rituallarla sona çatır. Təxmin ediləcəyi üzrə bu “şərəf” sadəcə toplum tərəfindən təqdir edilən, ləyaqət sahibi şəxslərə verilir. İnkvizisiyanın pik çalışdığı dönəmlərdə “şərəf” arxasınca qaçan könüllü yardımçıların sayı yüzlərlə idi.

Avropa “inkvizisiya” adlanan lənətdən nə vaxt xilas oldu? İnkvizisiya məhkəmələri nə vaxt aradan qaldırıldı?

Avropanın inkvizisiya məhkəmələrini aradan qaldırması üçün yüz illər boyunca gözləməli olmuşdur. Avropada kapitalizmin inkişaf etməsi və praqmatik bilimləri də bərabərində inkişaf etdirməsi kilsənin və inkvizisiyanın gedərək təsirsizləşməsinə səbəb olurdu. Bu inkişaflara paralel olaraq papalıq inkvizisiyasından ayrı olaraq qurulan Portuqaliya inkvizisiyası 1820-ci ildə, İspaniya inkvizisiyası isə 1834-cü ildə aradan qaldırılaraq işlərinə son verildi. Papalıq inkvizisiyası isə Vatikan konsulundan alınan qərarlar istiqamətində 1908-ci ildə “müqəddəs büro”ya (Saint Office) çevrildi. 1965-ci ildə adı “The Congregation for the Doctrine of the Faith- CDF” olaraq dəyişdirildi.

0 comments :

Post a Comment