Wednesday 31 August 2016

Uğursuz cümələr: 13-cü cümənin "olmayan" lənəti


13-cü cümənin uğursuzluğunun bir çox batil inanc kimi kökü tamamilə tapıla bilmir. Nə var ki, özəlliklə xristianlıq və kilsə tarixinə baxdığımızda qorxu filmlərinə ilham olan 13-cü cümə qorxusunun qaynağını az da olsa ortaya çıxarda bilirik.
Xristianlıq öncəsində də 13 rəqəmi uğursuz olaraq görülməkdəydi. Bunun ən önəmli səbəbi 12 rəqəminin bəlli bütünlük və tarazlığı simvolizə etməsidir. İlin 12 aya bölünməsi, 12 bürc olması, Olimpin 12 tanrısından Odinin 12 oğluna qədər bir çox paqan inancında da bu rəqəm böyük yer tutmuşdu. Nəticə olaraq 13 rəqəmi tarazlığı bozan olaraq qəbul edilmişdi.
Xristianlıq və 13-cü cümə bağlantısı isə İsanın çarmıxa gərilişi ilə əlaqələndirilir. Pasxadan əvvəlki cümə axşamı (Maundy Thursday), yəni Romanın yəhudi əyalətinin V prefekti Ponti Pilatın əmri iə həbs olunmadan əvvəl İsa 12 həvarisi ilə birlikdə son yeməyini yeyir, yeməkdən sonra Qefsimaniya bağçasına gəlirlər və İsa burada dua edir. Ancaq xəyanətin yaxınlaşdığını anlayan İsa həvarilərini oyandırır və xainin gəldiyini söyləyir. Bu əsnada Yəhuda bağçaya gəlmişdi, yanındakı əsgərlərə gedib ilk salam verəcəyini adamı həbs etmələrini söyləyir, İsaya yaxınlaşır və onu öpür. Bu öpüş xəyanətin öpüşü olur və isa həbs olunur. Təqib edən cümə günü çarmıxı gəriləcəkdi. 3 gün sonra, bazar günü yenidən dirilir ki, o bazar Pasxa olaraq qeyd edilməkdədir.
Ancaq hekayədəki bağlantı açıqdır, son yemək olaraq 13 nəfər yeyir və içlərindən biri, Yəhuda İsaya xəyanət edir, bunun nəticəsində İsa cümə günü çarmıxa gərilir. Xristianlıqda bundan fərqli göndərmələr də tapıla bilər. Bəzilərinə görə Həvva qadağan olunmuş almanı cümə günü dişləmişdi, Nuh tufanı cümə günü başlamışdı.
İsanın son yeməyinə oxşar bir hekayə də Skandinaviya mifologiyasınndan qarşımıza çıxır. Valhallada 12 tanrı yemək yeyərkən dəvətsiz qonaq Loki 13-cü olaraq yeməyə qatılır və tanrı Hoderi xoşbəxtlik tanrısı Balderi öldürməyə sövq edir. Yenə yemək süfrəsindəki 13-cü şəxsin xəyanəti söz mövzusudur.
 Ancaq əgər bu uğursuzluğu din və inancdan çıxardıb tarixə yaxınlaşdırmaq lazımdırsa, Məbəd cəngavərlərindən bəhs etmək lazımdır. Ümumi rəyə görə Fransa kralı 4-cü Filip Məbəd cəngavərlərinin həbs əmrini 13 oktyabr 1307-ci ildə cümə günü vermişdi. Beləcə, yüzlərlə şəxs həbs olunmuş, işgəncə görmüş və çoxu da edam edilmişdi. Özəlliklə cəngavərlərin lideri Jak de Molenin həbsi və yandırılması bu əsnada da IV Filipi və Papanı lənətləməsi öz yerini tapır. İkisi də 2 il içində ölür, hətta Filipin 300 illik xanədanı çökür.
Bütün bu misallara rəğmən 13-cü cümənin uğursuz olduğu inancına 19-cu əsrə qədər rast gəlinmir. Rəqəm olaraq 13 uğursuzdur, ancaq cümə ilə əlaqələndirilməsindəki bir çox olay sonradan uydurulmuşdu. Məsələn, E.Kobhem Breverin “Təbirlər və məsəllər lüğəti”ndə 13-cü cüməni adı keçmir, sonrakı nəşrlərində adı keçdiyində isə oxucu 13 rəqəminə yönləndirilir. Yəni, bütün bu uğursuzluğun üstünə qurulduğu 13-cü cümə yanlış adlandırmadır, zamanla romanlara və fantastik ədəbiyyatda yer almış fabrikdır.

Buna rəğmən batil inanclar insan həyatını təxmin ediləndən daha artıq təsri göstərməkdədir. Yunanca “paraskevidekatriaphobia” ("paraskevi"-cümə, "dekatreis"-13) adı verilən bu qorxu hardasa tamamilə saxta olsa da, ABŞ-da hər 13-cü cümədə qorxudan evindən çıxmayan insanlar ucbatından təxminən 800-900$ zərər edildiyi deyilir. 

0 comments :

Post a Comment