Monday, 27 June 2016

Səssizlik


"Qorxunc gerçək uzun müddət gizli qaldı."

Bir film hər şeyi dəyişdirə bilərmi? Çox gec olsa belə, bəli.

Filmin real hadisə əsasında çəkilmiş olmamasını diləyərdim, ancaq bu filmdə anladılan olayların hamısı 2000-2005-ci illər arasında Cənubi Koreyanın Kvanju bölgəsində yer alan In Hva Məktəbində meydana gəlmiş hadisələrdir.

Cənubi Koreya seriallardan tanıdığımız aktyor Kon Yu əsgərlik vəzifəsini yerinə yetirərkən bir kitabla tanış olur: Do-ga-ni. Mənası “Səssizlik”dir. Gerçək bir olayı anladan bu kitabdan çox təsirlənən Kon Yu əsgərliyi bitdikdən sonra yazarını tapır. Bu romanı ssenariləşdirib film etmək istədiyini söyləyir. Müəllif Kon Ci Yon rejissor Hvan Don Hyok ilə razılaşır və Kon Yunun baş rolunda iştirak etdiyi Cənubi Koreya kino tarixinin bəlkə də ən narahatedici filmini çəkirlər. Film narahatedici ancaq hadisənin özü qədər deyil. Bəzən gerçəklər bütün çılpaqlığıyla gözlər önünə sərilməlidir, bir şeylərin dəyişə bilməsi üçün.


Kar və lal məktəbinə bir professorun referansıyla rəsm müəllimi olaraq təyin olunmuş Kan İn Ho yolda kiçik bir qəza keçirir. Özünü məktəbə aparması üçün təsadüfən tanış olduğu Yu Cindən kömək istər. Yu Cin İnsan Haqqları Mərkəzində çalışan bir qadındır. In Ho məktəbə gəldiyi ilk gün buranın özünü zorlayacağını anlayırr. Əkiz olan məktəb direktoru və idarə komandiri özündən məktəb hədiyyə fondu adı altında yüklü bir miqdar pul istəyir. Şagirdləriylə qarşılaşdığında isə işlər daha da qəribə hal alır. Uşaqların bəzilərinin özündən qorxduğunu fərqinə varır. Bu uşaqların üzləri yara-bərə içindədir. Keçmişlərinə baxdığındaysa bunların yetim olduğunu, ya da ailələrinin də əngəlli olduğunu görür. Şagirdlərdən Yu Rinin onu qolundan sürükləyib məktəbin çamaşırxanasına aparmasıyla In Ho şokedici bir həqiqətlə qarşılaşır. Məktəbin katibəsi şagirdlərdən Yon Dunun başını paltaryuma maşınının içinə soxub boğmağa çalışır. Katibənin "cəza" üsulu budur. Yon Dunu aldığı kimi xəstəxanaya aparan In Ho Yu Cindən kömək istəyir. Xəstəxanada məktəbdə baş verən hadisələrin dayaqdan ibarət olmadığı aydın olar. Yon Du məktəbdə yaşadığı hər şeyi tək-tək yazır. İllərdən bəri məktəbin müdiri, idarə komandiri, müəllimlər bir çox uşağa cinsi təcavüz və hücumda yer almaqdadlr. In Ho və Yu Cini şok edən bu gerçək Yu Ri və Min Sunun anlatdıqlarıyla daha da pis bir hal alır. Bu məktəb bir sıra canavar ruhlu insanın yetim bu uşaqları istifadə etdiyi, şiddət tətbiq etdiyi və heç bir şey olmamış kimi yaşamağa davam etdikləri bir yerdir. In Ho və Yu Cin bunları ortaya çıxarmaq üçün böyük bir mübarizə başlayır. İşin içinə girdikdə isə pis qoxular yüksəlməyə başlayır. Polisin də bu işin içində olduğunu öyrənirlər. Bələdiyyə, təhsil nazirliyi - heç biri onları dinləməz. Medianı hərəkətə keçirirlər, yetərli olmaz. Nəticədə toplanan dəlillərlə və uşaqların anlatdıqlarıyla dava açılır. Bu dəfə də vəkillər, prokuror və hakim günahkarın yanında yer alır. Oğurladıqları bütün qapılar üzlərinə bağlanmışdır. Günahkarlar çox az cəzalar alaraq bu işdən xilas olar. Uşaqlar isə cəmiyyətin hər yerindən gələn köməksevər insanlarla, amma kürəklərində ədalətin sancdığı bıçaqla yaşamağa davam edilər. Bir şeyləri dəyişdirə bilməmişdilər. Amma məqsədləri bu deyildi zatən. Yu Cinin dediyi kimi;

"Mübarizə aparmağımızın səbəbi dünyanı dəyişdirmək üçün deyil, dünyanın bizi dəyişdirməsinə icazə verməmək üçündür."

Filmdə bir şeylər dəyişmir, ədalət yerini tapmır. Onsuz da olan da bu idi. Gerçəkdə də belə olmuşdu. Kvanju In Hva Məktəbində müdirin də daxil olduğu 6 müəllim 9 kar və dilsiz şagirdə 5 il ərzində cinsi hücumda tapılmış, şiddət tətbiq etmişdi. Məktəbə yeni gələn bir müəllimin bunu fərqinə varması və vətəndaş cəmiyyəti hərəkətə keçirməsiylə dava açılmışdı. Həbs olunan 6 nəfərdən ikisi zaman aşımıyla sərbəst qalmışdı. Məktəb direktoru həbs cəzasına çarpdırılsa da, yenə bəzi endirimlərlə və təzminatla bu işdən sıyrılmıştı. Geriyə qalan müəllimlər isə məktəbə təkrar dönmüşdü. O illərdə qüvvədə olan qanunlar cinsi cinayətlərlə əlaqədar ağır cəzaları öngörmür, əgər qurbanının ailəsi uzlaşırsa, şikayət də ortadan qalxırdı. Yəni ədalət gerçəkdə də yerini tapmamışdı.

2009-cu ildə “Do-ga-ni” kitabı çıxdıqdan sonra xalqın buna marağı böyük idi. Vətəndaş cəmiyyətin və insan hüquqları təşkilatlarının müqavimətiylə 2010-cu ildə bəzi qanunlarda dəyişikliyə gedildi, ancaq yenə də kafi olmadı. Günahkarlar hələ çöldə, məktəb hələ açıq idi. 2011-ci ildə eyni adlı “Do-ga-ni” filmi nümayişə girdiyindəysə Cənubi Koreyada yer yerindən oynadı. 4.7 milyon izlənilməyə çatan film bütün cəmiyyəti hərəkətə keçirdi. Prokurorluq iddianı təkrar açdı və yeni şahidləri dinlədi. Məktəbin məzunları 1964 və 1975-ci illərdə məktəb müdirinin bir uşağı döyüb ölümə tərk etdiyini və iki qız şagirdi də təcavüz etdiyini söylədi. Filmin yayınlanmasından 2 ay sonra Kvanju In Hva Məktəbi bağlanıldı. Müəllimlər və məktəb müdiri həbs cəzasına məhkum edildi. Yetməzdi. Günahkardan yana olan qanunların da dəyişməsi lazım idi. Parlament “Dogani layihəsi” adı altında qanun dəyişikliyinə getdi. 13 yaşın altındakı uşaqlar və qadınlar üçün cinsi cinayətlərdə “time-out” qaldırıldı. Layihə eyni zamanda bu cinayətlər üçün həbs müddətini maksimuma çıxarmağı nəzərdə tuturdu. Nəticədə bir film, ədalətin -gec də olsa- yerini tapmasını təmin etdi.

"Silenced" filminin əsl məqsədi həqiqətləri anlatmaq olduğu üçün kinomatik mənada çox müvəffəqiyyətli deyil. Buna rəğmən belə narahatedici bir mövzunu tamaşaçının bam telinə basaraq izah etməsi filmin təsirliliyini artırır. Kar və lal, eyni zamanda şiddət görən, qorxmuş uşaqları oynayan uşaq oyunçular bu filmin önə çıxan qəhrəmanlarıdır. Uşaqların yaşadığı ağrını bir-bir içimizdə hiss etməmizi yanında, bunların gerçək olduğunu və hələ də bir yerlərdə bunlara məruz qalan uşaqlar olduğunu bilmək filmin bütün qüsurlarını örtür. Rejissorun məqsədi yaxşı bir film çəkmək deyil, qorxunc bir mövzunu izah etməkdir. Bunu da ola bildiyi qədər həqiqi bir şəkildə edir. KOFRA Film Mükafatlarında ən yaxşı film seçilən “Silenced” daha çox tərifi haqq edirr. Film olaraq deyil, cəmiyyətdə yaratdığı təsir üçün. Filmi izlədikdən sonra bu mövzudakı hissləriniz açılır və ətrafınıza daha diqqətli baxmağa başlayırsınız.

Uşaq şiddəti və istismarının gündəmimizi məşğul etdiyi bu günlərdə, uşaqları qorumağın cəmiyyətin, yəni bizim əlimizdə olduğunu göstərən bu filmi filmi izləsək də, izləməsək də, bu gerçək bilmədiyimiz bir yerlərdə bütün acısı və qorxuncluğuyla eləcə dayanır.


0 comments :

Post a Comment